11 dekabr 2018


İstehsalat > Kağız > İsitmə və soyutma avadanlıqları və istehsalı > Maşın və avadanliq > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Asfalt, beton, sement firmaları və layihələr > Kondisioner və soyuducular > Zavodlar > Tikinti materialları > Tikinti şirkətləri > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > Kimya sənayesi > Elektrik və elektron avadanlıgı > Energetika > Tütün və alkoqol > Ətraf mühiti qoruma vasitələri > Sənaye avadanlıqları > Yeyinti sənayesi və süd məhsulları > Neft sənayesi > İçkilər > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Bakı Neft Maşınqayırma Zavodu" TASC
 
"Bakı Neft Maşınqayırma zavodu" TASC 2009-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən üç zavodun birləşməsindən yaranmışdır. Bu üç zavodun - "Səttarxan Adına Maşınqayırma Zavodu", "Bakı Neft-Mədən Maşınqayırma zavodu" və "Bakı Maşınqayırma zavodu" nun birləşməsindən yaranan Bakı Neft Maşınqayırma zavodu bu gün istehsal gücünə görə maşınqayırma sənayesi üzrə Azərbaycanda nəhəng zavodlardan biridir. Azneftkimyamaş ASC-nin tabeliyində olan bu zavod hal hazırda məhsullarını Azərbaycanla yanaşı MDB ölkələrinədə ixrac edir.

Zavodda 600 işci çalışır. Zavodun daxilində beş böyük sex və bir labaratoriya fəaliyyət göstərir. Bu sexlərin dəzgah bazası daima yenilənir və məhsullar ən son texnalogiyalar əsasında hazırlanır. Polad əritmə, Kəsmə, Mexaniki-Termiki emal, Dəmirçi və Məhsul yığma sexlərində işlərə daima yüksək səviyyəli mühəndislər tərəfindən nəzarət edilir.

Hazırlanan avadanlıqların hissələri ayrı ayrı halda tökmə üsulu ilə hazırlanır. Bu da hazırlanan məhsulun yüksək keyfiyyəyindən və dözümlülüyündən xəbər verir. Burda istehsal olunan avadanlıqlar 1500-1700 atmosfer təyziqinə davam gətirə bilir ki, bu göstəriciyə Azərbaycan da ilk dəfə "Bakı Neft Maşınqayırma zavodu" TASC nail olmuşdur.

Zavaodun labaratoriyasında hazırlanan hər bir metal yoxlamadan keçrilir. Labaratoriyada bu sahədə dünyanın ən qabaqcıl ölkələrinin avadanlıqlarından və təcrübələrindən istifadə olunur. Burda müxtəlif ölçülərdə və müxtəlif təzyiqlərə davam gətirə bilən siyirtmələr, fontan Armaturları, PSS tipli sütun sarğıları, geoloji kəşfiyyat boruları üçün qıfıllar, qazma nasosu üçün nəqledici manifoldlar, rotorlar, fırlanğıclar, preventor qurğuları, atqıya qarşı avadanlıqlar,İdarəedici pultlar, qaldırıcı qurğular istehsal olunur. İstehsal olunan avadanlıqlar ən son qurğularda sınaqdan keçrildikdən sonra sifarişciyə çatdırılır. Hər bir istehsal olunan avadanlığa keyfiyyət zəmanəti verilir.

Zavod dünya bazarına çıxmaq üçün rəqabətə davamlı və keyfiyyətli avadanlıqların hazırlanması üçün işlər aparır. Yuxarıda sayılan avadanlıqlardan başqa "Bakı Neft Maşınqayırma zavodu" TASC yaxın gələcəkdə istehal gücünü artırmağı və neft və qaz sənayesi üçün üçün lazım olan digər avadanlıqların istehsalını planlaşdırır.

"Bakı Neft Maşınqayırma zavodu" TASC daima sizinlə əməkdşlıq etməyə hazırdır.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu