05 may 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Azprod - Azərbaycan Təbii Məhsulları"
 
  • AZ 0132, Ramiz Qımbərov küç., 12, mən. 16
    Tel.:  (99412) 429 94 93
    Fax:  (99412) 429 94 93
    Моb.: (99450) 215 90 88
    E-mail: office@azprod.az
    Web: www.azprod.az
 Azprod - Azərbaycan Təbii Məhsulları

Azprod Azərbaycanın qida sənayesi sahəsində təbii məhsulların xarici ölkələrə təchizatçılarından biridir, məhsulun emalından tutmuş qablaşdırılmasına və daşınmasına qədər geniş çeşidli xidmətlər göstərir.

Azprod müxtəlif növ məhsullar təklif edir və onun əsas fəaliyyəti fındıq, quru meyvələr, meyvə və tərəvəzlər, nar və digər şirələr, zeytun, konservləşdirilmiş təbii məhsullar, müalicəvi otlar, otlardan hazırlanan çay və digər bu kimi təbii məhsulların ixracı ilə bağlıdır.

Azprod yüksək keyfiyyətli məhsulları üçün yeni bazarlar açmaq istəyən Azərbaycan istehsalçılarına xidmətlər göstərir və Azərbaycanda yetişdirilən təbii məhsullara maraq göstərən xarici istehlakçılara kömək edir.


BİZİM İSTEHSALÇILARIMIZ VƏ TƏCHİZATÇILARIMIZ

Azprod təbii məhsulların emalı, qablaşdırılması, çeşidlənməsi və daşınmasına yüksək texniki yanaşma tətbiq edən ən müasir yerli emal müəssisələri ilə tərəfdaşlıq edir.

Biz təchizatçıların seçilməsinə ciddi yanaşaraq onların istehsal və keyfiyyətə nəzarət proseslərinin ən yüksək səviyyəli beynəlxalq standartlara uyğun olmasına əmin olduğumuza ğörə onlarla əməkdaşlıq edirik.həmişə nəzarət edirik.

BİZİM BAZARLAR

Azprod Azərbaycanın yüksək keyfiyyətli təbii məhsullarının Avropaya, Baltic ölkələrinə, Rusiyaya, Ukraynaya və digər MDB ölkələrinə ixracı sahəsində bir neçə illik təcrübəsi olan peşəkarların və şirkətlərin birliyidir.

Azprod-un peşəkarları istehlakçılara onların tələblərinə cavab verən və ən yaxşı beynəlxalq təcrübələrə uyğun olan təbii məhsulların seçilməsi və qiymətləndirilməsi üzrə məsləhətlər verərək ixrac fəaliyyətlərini uğurla həyata keçirdiklərini sübuta yetiriblər. Biz beynəlxalq səviyyədə bəyan edilən qida məhsullarının emal və keyfiyyət standartlarına sadiqik. Bizim əsas məqsədimiz ümumdünya ticarətindəki irəliləyişləri müşahidə etməklə və üstəlik həmin irəliləyişləri bizim istehsalat sisteminə gətirməklə istehlakçılarımızın artan tələbatlarını səmərəli şəkildə təmin etməkdir.

BİZİM KEYFİYYƏT ZƏMANƏTİMİZ

Azprod-un işçiləri ixrac biznesi barədə əla bilikləri olan, beynəlxalq bazarların yüksək və ciddi tələblərinə cavab verən təbii məhsulların seçilməsində və qiymətləndirilməsində geniş təcrübəsi olan yüksək səviyyəli azərbaycanlı personaldır.

Azprod-un keyfiyyət zəmanəti və xidmət təchizatı sahəsində ən yaxşı beynəlxalq təcrübələri rəhbər tutan uğurlu beynəlxalq fəaliyyət xətti həm azərbaycanlı tərəfdaşlarla, həm də beynəlxalq istehlakçılarla uzunmüddətli əlaqələr qurmağa imkan verir.

BİZİMLƏ ƏLAQƏ

Bakı AZ 1065, C.Cabbarlı 44, Kaspian Plaza Biznes Mərkəzi. Tel: +99450 215 90 88; E-mail: office@azprod.az


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu