03 may 2024


SƏHİYYƏ VƏ SAĞLAMLIQ > Tibbi avadanlıqlar > Sağlamlaşdırma mərkəzləri > Qaralma studiyaları > Əczaçılıq firmaları > Baytarlıq xidmətləri > Klinikalar > Apteklər > Müayinə və Müalicə Xaricdə

"Medical Plaza"
 
 
RENTGEN müayinələr

Klinikamızda Rentgen müayinələr rəqəmsal Cənubi Koreya istehsalı olan “SHİMADSU” cıhazının vasitəsi ilə aparılır. Müasir kompüter texnologiyalarının rentgenologiyaya tətbiqi sayəsində bu metodun diaqnostik imkanları daha da artmış, müayinə zamanı şüalanmanın dozası qat-qat azaldılmışdır.

Adi lentlər əvəzinə rəqəmli rentgen aparatında yüksək həssaslığa malik elektron ötürücüdən istifadə edilir ki, bu da rentgen şüalarını toplayaraq təsviri kompüterə ötürür. Bir neçə saniyəyə rentgen şəkli artıq hazır olur. Kompüter vasitəsilə alınmış təsviri dəyişmək, təkrarlamaq və detallara ayırmaq olur.

Üstünlükləri:
  • Təsvirin yüksək keyfiyyəti müayinənin diaqnostik cəhətdən informativliyini artırır.
  • Alınmış təsvir üzərində müəyyən əməliyyatların aparılma imkanı rəqəmli rentgen müayinəsinin ən üstün cəhəti hesab olunur. Buraya şəklin parlaqlığının, kontrastlığının dəyişdirilməsi, konturlarının dəqiqləşdirilməsi və s. aiddir. Müxtəlif səslərin aradan qaldırılması üçün istifadə olunan xüsusi filtrlər müxtəlif struktur və toxumaların vizualizasiyasını daha da artırır.
  • Rəqəmli rentgen aparatında şülanma dozası adi rentgen müayinəyə nisbətən on dəfələrlə azdır.
  • Elektron sistemlər nəinki rentgenoqrafik, eyni zamanda rentgenoskopik fiksasiyanın aparılmasına imkan verir. Əldə olunmuş nəticə kinematoqrafik (dinamik) xarakter daşıyır – ürək döyüntüləri, kontrast maddənin mədə-bağırsaq traktı boyunca hərəkəti və s. film şəklində yazıla bilər, bu isə dəqiq diaqnostika üçün əlavə imkanlar yaradır.
Pasiyent nəticəni yüksək keyfiyyətli lent və ya CD-diskə yazılmış şəkildə ala bilər. Elektron şəkil adi rentgen şəklinə nisbətən daha etibarlı olub uzun illər saxlanıla bilər, rentgen şəkli isə müəyyən müddətdən sonra keyfiyyətini itirməyə başlayır. Hər bir həkim öz personal kompüterində təsvirin elektron variantına baxıb ətraflı məlumat ala bilər. Bu xüsusilə də dinamik müayinələr (histerosalpinqoqrafiya, mədə-bağırsaq traktının kontrastlaşdırılması) üçün daha aktualdır.


USM- müayinələr

Ultrasəs müayinəsi əsas tibbi görüntüləmə metodlarından biri hesab olunur. Bu metod exolokasiya prinsiplərinə əsaslanmışdır. Ekranda olan təsvir bədən strukturlarından əks olunan müxtəlif ultrasəs keçiriciliyinə malik dalğaların analizi nəticəsində formalaşır. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların müayinəsində geniş istifadə edilir. Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir. USM dölün inkişafı, fetoplasentar qan dövranı barəsində dəqiq informasiya verir.

High Definition İmaging. Geniş sahəli rəqəmli texnologiya ekrandakı təsvirin daha dəqiq və qüsursuz olmasına zəmin yaradır.

Tissue Harmonic İmaging. Toxuma harmoniyası proqramı adi USM üçün xarakterik olan bir çox çatışmazlıqları aradan qaldırır. Ultrasəs dalğaları dəri, dərialtı toxuma, qabırğalardan seçici olaraq keçir, bu isə dərialtı piy toxuması həddindən artıq inkişaf etmiş şəxslərin belə asanlıqla müayinə olunmasına imkan yaradır.

Live 3D/4D – real zaman daxilində 3 ölçülü təsvirlərin alınması. Bu metod həkimə daha dəqiq diaqnozun qoyulması və düzgün müalicə taktikasını seçməyə kömək edi.

Dölün 3D/4D USM-i. 3 ölçülü USM-in köməyilə həkim real zaman daxilində dölün təsviri və hərəkəti barəsində dəqiq informasiya ala bilir. Bu isə bətndaxili inkişaf dövründə mövcud ola biləcək anomaliyaları vaxtında aşkara çıxarmağa imkan verir. Gələcək ana keyfiyyətinə görə heç də fotoşəkildən geri qalmayan təsvir və videoyazı vasitəsilə körpəsini görmək imkanını qazanır.

Doppleroqrafiya. Bu metodun iş prinsipi doppler effektinə əsaslanır. Əks olunan siqnalların tezliyi qan dövranının sürətinə proporsional olaraq dəyişilir. Doppleroqrafiya qan-damar sisteminin müxtəlif hissələrində qan dövranının vəziyyəti barəsində dəqiq informasiya verir, arterial və venoz sistemdə əmələ gəlmiş pozğunluqları aşkar edir. Damarlarda əmələ gəlmiş stenozun dəqiq lokalizasiyasını göstərir. Hamiləlik vaxtı doppleroqrafiya vasitəsilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barəsində dəqiq informasiya almaq olar. Döldə olan ürək qüsurlarını vaxtında aşkar etmək üçün doppleroqrafiya əvəzsiz bir metoddur.

Klinikamızda USM-müayinələri müasir Yaponiyada istehsal olunmuş “Toshiba Xario” cihaz vasitəsi ilə aparılır.



EXOKARDİOQRAFİYA (ExoKQ)

Exokardioqrafiya – ürək əzələsinin və klapan aparatının ultrasəs vasitəsilə müayinəsidir. Klinikada müasir ultrasəs aparatı vasitəsilə exokardioqrafiya müayinəsi aparılır. Aparat ürəyin işi, ölçüləri, divarlarının qalınlığı, magistral damarların vəziyyəti, klapan aparatı barəsində ətraflı məlumat verir. Həmçinin aparat vasitəsilə ürəkdaxili qan dövranının rəngli doppler kartlaşdırılması, ürək boşluqlarında təzyiqin ölçülməsi də aparıla bilər. Ürək nahiyəsində ağrılar, EKQ müayinə zamanı aşkar edilmiş dəyişikliklərin dəqiqləşdirilməsi, auskultasiya zamanı ürəkdə küylərin eşidilməsi, ritm pozğunluqları, hipertoniya xəstəliyi, keçirilmiş infarkt, ürək qüsurları, ürək çatmamazlığı əlamətləri və s. exokardioqrafik müayinənin aparılmasına göstərişdir. Elektrokardioqrafiya və exokardioqrafiya müasir kardiologiyanın əsas diaqnostik metodları hesab edilir. Klinikamızda exokardioqrafiya Yaponiyada istehsal olunmuş “Toshiba Xario” cihaz vasitəsi ilə aparılır.


ENDOSKOPİYA

Endoskopiya – xüsusi optik alətlər – endoskoplar vasitəsilə boşluqlu orqanları vizual olaraq müayinə etməyə imkan verən bir metoddur. Mədə-bağırsaq traktının selikli qişasının böyüdülmüş təsviri endoskopun incə optik lifləri vasitəsilə monitora ötürülür. Müasir endoskopik müayinənin üstün cəhətləri:
  • Yüksək keyfiyyətli dəqiq təsvir (bir neçə dəfə böyüdülmüş). Bu daxili orqanların selikli qişasında ən xırda dəyişikliyi belə aşkar etməyə və xəstəliyə erkən mərhələdə diaqnoz qoymağa imkan verir;
  • Lazım gələrsə morfoloji müayinə üçün biopsiya materialının götürülməsi;
  • Bir sıra müalicəvi manipulyasiya və əməliyyatların həyata keçirlməsi (mədə-bağırsaq traktı poliplərinin aradan qaldırılması, yad cisimlərin çıxarılması və s.).
Müayinənin videoyazıya alınması.


KOLPOSKOPİYA

Videokolposkopiya (rəqəmsal), hədəf biopsiyanın aparılması ilə birlikdə videokolposkopiya, arxa duqlas boşluğunun punksiyası.


ELEKTROKARDİOQRAFİYA (EKQ)

Ürək əzələsinin hər bir hüceyrəsi öz-özlüyündə sanki kiçik bir elektrik generatoru olub qıcıq dalğasına cavab olaraq yüklənir və boşalır. EKQ elektrik impulslarının ürək əzələsində yayılmasını göstərərək hüceyrələrin summar işi barəsində məlumat verir.

EKQ nəticəsinə əsasən ürək vurğularının müntəzəmliyi, tezliyi, ürəkdaxili qan dövranının vəziyyəti, ürəyin müxtəlif şöbələrinin hipertrofiyası və s. barəsində məlumat almaq olar.


TREADMİL

Treadmil test ABŞ istehsalı olan “Mortara” cihazı inkişaf etmiş ölkələrdə istifadə olunan, dünya standartlarına cavab verən, Elektrokardioqrammanı fiziki gərginliyin müxtəlif mərhələlərində izləməyə imkan verən aparatdır. Bu aparatla ürək əzələsində olan gizli işemiya əlamətlərini, atipik stenokardiyanı, gizli ürək çatışmazlığını və s. üzə çıxartmağa imkan verir


A/T və EKQ-in sutkalıq nəzarət aparatı (ABŞ istehsalı)

Avropanın müasir kardiologiya institutlarında istifadə olunan aparatdır. Bu aparat sutkanın müəyyən vaxtlarında əmələ gələn və xəstənin həkimə izah edə bilmədiyi gizli aritmiyaları təyin etməyə, müalicə taktikasının düzgün seçilməsinə imkan verir. A/T-in günün hansı vaxtında qalxmasını dəqiqləşdirərək, antihipertenziv preparatların vaxtında qəbuluna istiqamət verir.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu