ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Son Xəbərlər

29.04.2024

“Ekol Mühəndislik Xidmətləri” QSC-də “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” nə həsr olunmuş tədbir keçirilmişdir

Aprelin 26-da “Ekol Mühəndislik Xidmətləri” QSC-də “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” devizi altında 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə QSC-nin ayrı-ayrı struktur bölmələrinin rəhbərləri, mühəndis və texniki işçilər iştirak etmişlər. Tədbirdə QSC-nin Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov və Həmkarlar İttifaqı Komitəsinin sədri Ramin Abbasov çıxış etmişlər.
Qeyd olunmuşdur ki, Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada hər il istehsalatda təxminən 280 milyon bədbəxt hadisə baş verir. Nəticədə 2 milyondan artıq insan həlak olur və milyonlarla insan ömürlük şikəstliyə düçar olur. Bütün bunlar dünyada əməyin mühafizəsi işinin daha çox aktuallıq kəsb etməsinə səbəb olub və cəmiyyətin diqqətini insanların taleyinə, onların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması məsələsinə yönəltmək məqsədilə, Beynəlxalq Əmək Təşkilatı 28 apreli "Ümumdünya Əməyin Mühafizəsi Günü" elan etmişdir. 2004-cü ildən etibarən Azərbaycanda "Ümumdünya Əməyin Mühafizəsi Günü" dövlət səviyyəsində qeyd olunur. Hər il yeni mövzuya həsr olunmuş bu günü 2024-cü ildə “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” devizi  altında  keçirilməsinə  qərar verilmişdir.
Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov öz çıxışında QSC-nin Əməyin mühafizəsi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın fəaliyyətindən danışmış, bu sahədə görülən müsbət işlərlə yanaşı mövcud nöqsanlar və onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” devizi altında QSC-də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur ki, bu tədbirlərdə işçilərin iştirakı maksimum dərəcədə təmin ediləcəkdir. Daha sonra o mövzu ətrafında iş yerlərində təhlükəsiz və sağlam iş mühiti, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, yanğın təhlükəsizliyi qaydalarına riayət olunması və təhlükəsizlik mədəniyyətinin inkişafına müsbət təsir göstərməsi haqqında geniş məlumat verdi.
Həmkarlar İttifaqı Komitəsinin sədri Ramin Abbasov mövzu ətrafında çıxış edərək "Ümumdünya Əməyin Mühafizəsi Günü" ilə əlaqədar QSC üzrə həyata keçirilən tədbirlər, müvafiq qanunvericilik tələblərinə əsasən iş yerində çalışarkən müəssisədaxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi haqqında geniş məlumat vermiş bu məsələnin daim diqqət mərkəzində olduğunu xüsusilə vurğulamışdır.
Tədbirin sonunda əməyin mühafizəsi sahəsində göstərdikləri yüksək peşəkarlığa görə Torpaqların rekultivasiyası departamentinin 1-ci sahəsinin bağbanı Şöhrət Abdullayev, Torpaqların rekultivasiyası departamentinin 2-ci sahəsinin bağbanı Bəhruz Hacıyev, Tullantıların emalı departamentinin 4-cü sahəsinin elektrik montyoru Ədalət Mehralıyev, 5-ci sahəsinin operatoru Mehman Rəfiyev və 6-cı sahəsinin operatoru Ceyhun Sadıqov, Elektromexanika sexinin qazanxana operatoru İlham Cəfərov, İnzibati təsərrüfat şöbəsinin yardımçı fəhləsi Əli Mustafayev, Nəqliyyat sexinin nasos qurğuları üzrə operatoru Rasim Məmmədov, Tullantı Mərkəzinin operatoru Zaur Hüseynov, Eko Park İnnovasiya Mərkəzinin yaşıllaşdırma işi üzrə fəhləsi Anar Novruzov QSC rəhbərliyi tərəfindən Təşəkkürnaməyə layiq görülmüşlər.
Tədbirin sonunda təşəkkürnamə alan işçilər onların əməyinə verilən qiymətə, diqqət və qayğıya görə cəmiyyətin Baş direktoruna öz minnətdarlıqlarını bildirmişlər.




















26.04.2024

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Eko - Park İnnovasiya Mərkəzində Qlobal Metanın Azaldılması (Advancing Global Methane Reduction-AGMR) təşəbbüsünə dair beynəlxalq tədbir keçirilmişdir.

23 aprel 2024-cü il tarixində SOCAR və BP şirkətinin təşkilatçılığı ilə Cəmiyyətin Eko - Park İnnovasiya Mərkəzində “Metan Rəhbər Prinsipləri” (“Methane Guiding Principles”-MGP) çərçivəsində həyata keçirilən Qlobal Metanın Azaldılması təşəbbüsünə dair beynəlxalq tədbir keçirilmişdir.
Tədbirdə SOCAR-ın, BP şirkətinin, Beynəlxalq Enerji Agentliyinin, BMT-nin Ətraf Mühit Proqramının, Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiyasının (İOGP), Neft - Qaz İqlim Təşəbbüsünün (OGCİ) və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin nüməyəndələri iştirak etmişlər.
Metan emissiyalarının Monitorinqi və Metan Emissiyalarının azaldılması seminarları tədbirin əsas mövzusu olmuşdur.
Seminarlar zamanı metan emissiyalarının ölçülməsi, inventarlaşdırtılması, emissiyaların monitorinqi prosesində müasir texnologiyaların rolu, sızmaların azaldılması üçün mümkün həll yolları, bu sahədə ən yaxşı texnologiya və təcrübələr, “LDAR” layihələrinin icrası,  habelə texniki yardım və layihələrin maliyyələşdirilməsinə dair məruzələr edilmiş və qarşılıqlı müzakirələr aparılmışdır.
Bu baxımdan sözügedən tədbirin əsas məqsədi neft-qaz əməliyyatlarında metan emissiyalarının azaldılmasına dair qabaqcıl bilik və bacarıqların təkmilləşdirilməsi, ölçülməsi, hesabatlığı, habelə mövcud ən yaxşı texnologiyaların tətbiqini dəstəkləməkdən ibarət olmuşdur.
Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar QSC-nin Eko – Park İnnovasiya Mərkəzinin ərazisində təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirilmiş, sərv ağacı əkilərək suvarma və abadlıq işləri aparılmışdır.

















Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.