04 may 2024

Toya hazırlaşırsız? > MEBEL VƏ İNTERYER > MÜSİQİÇİLƏR VƏ MÜĞƏNNİLƏR > TEXNİKİ VƏ QAB-QACAQ MAĞAZALARI > FOTOSTUDIYALAR > TOY TORTUNUN SEÇİMİ VƏ SİFARİŞİ > GƏLİNLİK PALTARLARI, KİŞİ KOSTÜMLARI > NİŞAN ÜZÜKLƏRİ, ZƏRGƏRLİK BƏZƏKLƏRİ > GÖZƏLLİK SALONLARI > ŞADLIQ SARAYLARI > BAL AYI > TOY MAŞINLARIN TƏRTİBATI > Çiçəklər, bitkiləк və hədiyyələr > Dəvətnamələr > Bəy - gəlin rəqsi

"FGF" fotostydiyası
 
 Fərid Xayrulin – Azərbaycanın ən yaxşı fotojurnalistlərindən və reklam fotoqraflarından biridir, Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür, “Azərbaycanın Fotoqrafları” yaradıcı birliyinin üzvüdür, H. Zərdabi adına mükafatın laureatıdır, “Qızıl Arqus”və çoxsaylı respublika və xarici fotosərgilərin mükafatlarının daşıyıcısıdır.

21 iyul 2010-cu il tarixində Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğluna “Əməkdar Mədəniyyət İşçisi” adı verilib.

Fərid Xayrulin özünün yaradıcılıq fəaliyyəti ərzində bizim ölkəmizin fotosəlnaməsini aparır. Hələ sovet dövründən fotojurnalist kimi formalaşan fotoqraf yenidənqurma dövründə Azərbaycanda baş verən qızğın hadisələrin içərisində olmuşdur. Fərid Xayrulin dünyanın bir çox ölkələrində baş verən mühüm beynəlxalq hadisələri işıqlandırmaq məqsədi ilə çoxsaylı xarici səfərlərdə fotoreportajlar çəkmişdir.

Son vaxtlar o, peşəkar reklam fotoçəkilişləri ilə fəal məşğul olur və Avropanın ən yaxşı reklam fotoqraflarından olan İqor Saxarovun yanında təcrübə keçib. 2004-cü ildə Fərid Xayrulin Bakıda FGF peşəkar rəqəmsal fotostydiyasını yaradıb ki, bu studiya da Azərbaycanda peşəkar reklam fotoçəkilişləri sahəsində tanınmış lider olub.

Fərid Xayrulin istənilən mürəkkəb çəkilişin öhdəsindən gələn fotoqraf kimi tanınır.

 

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu