16 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"EMA" şirkəti
 
   "EMA" şirkəti.1996-cı ildə öz fəaliyyətini başlayib. 16 iyul 1996-cı il tarixində Azərbaycan Milli Məclisi Respublikada aqrar islahatın keçirilməsi üçün qanun qəbul edir. Həmən ilin 13 avqustunda ölkə Prezidenti bu qanunun icra olunmasına dair sərəncam imzalayır. Bu kompaniyanın gedişinə nəzarət məqsədilə Nazirlər Kabinetinin yanında Dövlət Komissiyası təşkil edilir.
     Mövcud Dövlət Komissiyasının yaradılması, hüquq- normativ sənədlərinin işlənib hazırlanması islahatın I-ci mərhələsinin başlanğıcı oldu. 1-ci mərhələnin əməli olaraq həyata keçirilməsi isə keçmiş sovxoz və kolxozların tabeliyində olan texnikanın və torpaq sahələrinin kəndlilərə verilməsindən və yeni yaranmış kiçik kəndli təsərrüfatları arasında bölünməsindən ibarət oldu.
     Respublikada kənd təsərrüfatı məhsullarını istehsal edən yeni istehlakçı – Azərbaycan Fermeri yarandı. 
     Respublikada kiçik fermer təsərrüfatlarının yaradılması, ictimai isyehsal sektorundan fərdi sektora keçid ölkədə ərzaq probleminin qısa bir zamanda çox asan həll olunması kimi qəbul edilə bilməzdi. Əksinə, kənd təsərrüfatı malları istehsalının sütunu sayılan toxumçuluqda, gübrə və bitki mühafizə vasitələrilə təminatda aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün zəruri texnika təminatında çətinliklərlə üzləşdi (traktorlar, kombaynlar, çiləyicilər, kotanlar, toxum səpənlər, ot biçənlər və s.)
     Çətinliklər sırasında texnika və bitki mühafizə sahəsi ilə əlaqəli məsələlər daha qabarıq nəzərə çarpırdı, çünki ölkənin kənd təsərrüfatının texnika və bitki mühafizəsi vəsaitlərinə olan tələbatını planlı, müntəzəm və lazımi həcmdə təmin edən kənd aqrotexnika və kənd aqrokimya birliyi artıq fəaliyyət göstərmirdi. Yenisi isə yaradılmamışdır. Müasir texnika olmadan və bitki mühafizə vəsaitlərindən istifadə etmədən (gübrələr və pestisidlər) məhsuldarlığı artırmaq, nə də məhsulun keyfiyyətini yaxşılaşdırmaq mümkün deyildir. Odur ki, ölkəyə texnikaları və bitki mühafizə vəsaitlərini idxal edən və onun satışını təşkil edən bir sabit şirkət iazım idi. Məhz bu zərurətdən “EMA” şirkətinin yaranması və fəaliyyəti mənim qabağıma qoyduğum vacib məsələlərdən biri oldu. Bu günkü gündə “EMA” şirkəti yerli fermerlər arasında yüksək reyting və populyarlığa malikdir.

Kompaniya texniki , realizasiya , marketing, muhasibatlıq və servis – dezinfeksiya şöbələrindən ibarətdir:

1. Bitki mühafizəsi sahəsi ( gətirilmə və realizasiya)
  1. Pestisidlər (insektisidlər, funqisidlər, herbisidlər və sairələr)
  2. Makro, mikro gübrələr
  3. Toxumlar
  4. Şitilçilik

2. Baytarlıq sektoru
  1. Baytarlıq dərman preparatları
  2. Yem və yem qatqıları
  3. Heyvandarlıq sahəsi üçün mexaniki vəsaitlər

3. Sulama sistemi
  1. Damcı- sulama sistemi
  2. Damcı- püskürtmə sistemi

4. Dezinfeksiya və deratizasiya
  1. Məişət obyektləri, otellər və iaşə obyektləri
  2. Bağlar və şəxsi həyətyani sahələrin dərmanlanması Amerika və Avropa istehsalçılarının texnikası ilə dezinfeksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsi.

5. Aqrotexniki servis
 1. Dərman preparatlarının sahələrə səpilməsi üçün Turbo və Ştanklı çiləyicilər.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu