01 fevral 2023


Mülk və İnşaat > Asma və dartma tavanlar > Qaynaq materiallari > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Təmir və dizayn > Xüsusi sistemlər > Tikinti şirkətləri > Tikinti materialları > Tikinti texnikası > Layihə nəzarəti > Hovuzlar, akvaparklar > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"ROYAL PARK"
 
  • AZ 1070, "Royal Park" Kənar Dairəvi yol 10, Yeni Yasamal
    Tel.:  (99412) 504 21 11, 504 21 33
    Fax:  (99412) 504 21 33
    Моb.: (99450) 291 40 09
    E-mail: crm@royalpark.az
    Web: www.royalpark.az
Bakının şimal-qərb hissəsində, qaynayan paytaxtımızdan sanki kənarda, Qanlı Göl gölünün yaxınlığında şəhər mənzilinin rahatlığı ilə bağ həyatının gözəlliklərini özündə cəmləşdirən rahat və əzəmətli Royal Park yaşayış kompleksi yerləşir. Royal Park kimi unikal və mötəbər bir yaşayış kompleksini layihələndirmiş mühəndislər bu məqsəd üçün əbəs yerə Yasamal rayonunu seçməmişlər – həqiqətən də, Royal Parkdan şəhərin istənilən yerinə asanlıqla çatmaq olar. Bu yaşayış kompleksinin yaxınlığında zərərli istehsalat obyektlərinin olmaması, ərəzisinin təbii qaydada yaxşı havalandırılması Royal Park yaşayış kompleksini yüksək həyat səviyyəsinə malik olan bir kottec şəhərciyinə çevirir. Bu kottec şəhərciyinin konsepsiyası vahid klassik memari üsluba əsəslanır. Buranın infrastrukturu ən kiçik detallara qədər düşünülmüşdür. Yaşayış binalarının konsepsiyası sahəsi 150 m2-dən başlayan mənzillərin və 300 m2 və daha artıq sahəsi olan kotteclərin tikilməsini nəzərdə tutur. Avtomobillər üçün ayrılmış ümumi dayanacaq və hər evin girişi yanında nəzərdə tutulan fərdi dayanacaq yerləri sizin özünüz və qonaqlarınız üçün əlavə rahatlıq yaradacaq. Royal Parkda əyləncə, sport və təhsil üşün geniş imkanlar vardır. Memarlar, layihəçilər və inşaatçıların səyləri nəticəsində Royal Parkın ərazisində beynəlxalq uşaq baxçası və beynəlxalq TİSA məktəbi fəaliyyət göstərməkdədir. Royal Parkın konsepsiyası SPA mərkəzlərinin, oyun meydançalarının və istirahət zonalarının tikintisini nəzərdə tutur. Beləliklə, şəhərdən kənarda yaşaya-yaşaya səs-küydən və dəm qazı dolu havadan uzaq Royal Parkın sakinləri şəhər həyatının bütün üstünlüklərindən zövq ala biləcəklər.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu