24 aprel 2024


BİZNES VƏ MALİYYƏ > Bank avadanlıqları > Biznesə köməkçi (yardımçı) xidmətlər > Broker və diler şirkətləri > Birja və Fond > Bazar araşdırmaları > Kreditlər və investisiyalar > Lizinq > Sığorta > Holdinqlər > Biznes mərkəzləri > Banklar

"SYNERGY GROUP" ASC
 
2010-cu ildə təsis edilən "Synergy Group" ASC Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərdən biridir. "Synergy Group" ASC yüksək inkişaf potensiallı strateji sənaye sahələrinə sərmaye qoyur və həmin sahələrin müasir beynəlxalq tələblərə uyğun inkişafına çalışır. "Synergy Group“ 22 müxtəlif inkişaf yönümlü şirkətlərdən ibarətdir. Qrupda ümumilikdə 900-dən çox müxtəlif profilli mütəxəssis çalışır.

"Synergy Group“-un çox-sektorlu investisiya portfeli aşağıdakı sahələrə iri yatırımlardan ibarətdir: inşaat və tikinti materiallarının istehsalı, turizm, İKT, istehsalat və kənd təsərrüfatı. "Synergy Group“-a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial iqtisadi inkişafına öz töhfəsini verir.

"Synergy Group" ASC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayelərin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.

Müasir Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələr sırasındadır. Azərbaycanın inkişaf templəri ölkəmizi dünya iqtisadiyyatının mühüm iştirakçılarından birinə çevirib, Azərbaycanın həm daxildə, həm də xaricdə investisiya imkanlarını artırır, müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığı gücləndirir. Azərbaycanın çoxşaxəli inkişafı həmçinin yeni nəsil biznes idarəetmə təcrübəsini zəruri edir.

"Synergy Group" ASC-nin səhmdarları və Müşahidə Şurasının üzvləri Qrupu ölkəmizin davamlı inkişafı və səhmdarların mənfəətinin artırılması üçün çalışan yeni nəsil biznes şirkəti kimi görürlər.

"Synergy Group“-un missiyası – müxtəlif profilli uğurlu biznes şirkətlər yaratmaq və sahib olmaq vasitəsilə investisiya qoyulan sahələrdə uzunmüddətli inkişafa nail olmaqdır.

"Synergy Group”-un gələcəyə baxışı – ölkənin biznes sektorunda xüsusilə də qeyri-neft sahəsində aparıcı investisiya şirkətinə çevrilməkdir.

 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu