20 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Lerik Broyler" MMC
 
  • AZ 1000, Mehdi Abbas küç .,1
    Tel.:  (99412) 323 99 39
    Fax:  (99412) 323 99 39
    Моb.: (994 77) 323 99 39
    E-mail: office@lebro.az
    Web: www.lebro.az
 Azərbaycanın ən iri quşculuq müəssisələrindən biri olan “Lerik Broyler” MMC    22 noyabr 2010-cu ildə təhsis edilmişdir.Quşçuluq Kompleksinə daxil olan sahələrdə əsaslı tikinti inşaat işləri 2011-ci ilin avqust ayından başlanmış, 2013-çü ildə sona catdırılmışdır. “Lerik Broyler” MMC-nin tərkibinə, İnkubator sexi, Broyler sexləri,Kəsim sexi,Rendrinq (təkrar emal) sexi, Yem zavodu, Taxıl qurultma sexi, Taxıl  anbarı və Əkincilik sahələri daxildir.

“İnkubator” sexi
İnkubator sexi binasının ümumi sahəsi 1210 m2-dir. Avadanlıqları İngiltərənin “Chick-Master” şirkətindən alınıb, quraşdırılmışdır. Sexin aylıq cücə çıxışı 528 000 ədəddir.

“Broyler” sexləri
Quşçuluq Kompleksinə daxil olan broyler sexlərindən hal-hazırda 12-si fəaliyyət göstərir. Hər bir sexdə ümumi sahəsi 1700 m2 olmaqla, 30000 baş çüçə yetişdirilir. Sexlər Hollandiya texnologiyaları əsasında, Türkiyə firması tərəfindən quraşdırılıb və avtomatlaşdırılmışdır. Bundan əlavə Quşçuluq Kompleksi üçün daha 9 yeni broyler sexlərinin tikintisi aparılır.

“Kəsim” sexi
Kəsim sexi binasının ümumi sahəsi 3700 m2-dir. Kəsim sexi Hollandiyanın “MEYN” şirkətinin istehsalı olan, istehsal gücü saatda 6 000 baş toyuq kəsən tam avtomatlaşdırılmış avadalıqlarla təhciz edilmişdir.Kəsim sexinində, İtaliya texnologiyaları əsasında hər biri 15 ton -38°C olmaqla, 2 ədəd şoklama və hər biri 200 ton -18°C olmaqla, 2 ədəd soyuduçu kameraları Türkiyənin “Friqo Mexanik” şirkəti tərəfindən quraşdırılmışdır.

“Rendrinq” sexi (tullantıların təkrar istehsalı)
Rendrinq sexinin ümumi sahəsi 740 m2-dir. Rendrinq sexi “Amerika Birləşmiş Ştat”ında istehsal etdilmış avadanlıqlar əsasında,Türkiyənin “Yemtar” şirkəti tərəfindən quraşdırılmışdır.Toyuq əti istehsalından ayrılan atqı məhsulları, müasir texnologiyalar əsasında  istehsal prossesindən kecərək, toyuq yagı və toyuq unu alınır ki, bundan da yüksək proteinli məhsul kimi, yem istehsalında istifadə edilir .

“Yem” zavodu
Quşçuluq Kompleksinə daxil olan yem zavodu Lənkəran rayonunun Liman şəhərində, dəmir yol qovşağında yerləşir. Zavodun avadanlıqları Türkiyənin “Freedech” və “MySilo” şirkətlərindən alınıb,”Asena” Azərbaycan şirkəti tərəfindən  quraşdırılmışdır. Zavodun yem istehsalı gücü saatda  15 tondur.

“Taxıl qurutma” sexi
Taxıl qurultma sexi, Türkiyənin “MySilo”,”Freedech” və “BGT” mühəndislik sirkətinin, Amerikan texnologiyaları əsasında istehsal edilmiş avadanlıqlardan ibarət olub, ”MySilo” şirkəti tərəfindən quraşdırılmışdır.Taxıl qurultma sexinin istehsal gücü saatda 10 tondur.

“Taxıl ” anbarı
Taxıl  anbarı yem zavodu ərazisində, Türkiyənin  “MySilo” şirkəti tərəfindən quraşdırılıb. Taxıl saxlanç silosunda 6 min tona qədər xammalı,  tam havalandırma şəraitində uzun müddət  saxlamaq mümkündür.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu