26 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"AROC"
 
  • AZ 1025, Süleyman Vəzirov küç., 22
    Tel.:  (99412) 464 21 46
    Fax:  (99412) 464 21 45
    E-mail: office@aroc.az
    Web: www.aroc.az

Şirkət 22.07.1998 - ci il tarixdə "PLUS" firmasının bazasında yaradılmış və "PLUS" firmasının hüquqi varisidir. "PLUS" firması 1998-ci ildən 2005-ci ilə kimi kondisioner və havalandırma avadanlıqlarının Azərbaycana idxalı ilə məşğul olmuşdur.

2005 - ci ildən adını dəyişərək "AROC" MMC olan şirkət fəaliyyətini davam etdirərək müxtəlif böyüklükdə yaşayış binalarının, Dövlət-İnzibati binalarının, ofis binalarının, iş və əyləncə mərkəzlərinin, idman və sağlamlıq komplekslərinin, supermarketlərin, otellərin, villaların, SPA və üzmə hovuzlarının mərkəzi isitmə - soyutma və havalandırma sistemləri (HVAC), santexnika və yanğın sistemlərinin layihələn-dirilməsi və montajı, böyük həcmli və yüksək təzyiqli qazanların quraşdırılması ilə məşğuldur.

Şirkətimiz Azərbaycanda qurulmuş ilk və tək jeotermal boru istehsalı ilə də məşğuldur. (Daha ətrafli İstehsal bölməsində).

"AROC" şirkəti olaraq fəaliyyətimizin əsas profili Bakıda və Azərbaycanın müxtəlif regionlarında Avropa istehsalçılarının məhsulları olan isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı, quraşdırılması və servisindən ibarətdir. Ən müasir, keyfiyyətli ventilyasiya, isitmə - soyutma sistemlərini Azərbaycana idxal etməklə və onların quraşdırılması ilə şirkətimiz müştərilərinə görülmüş işlərdə tam zəmanət verir.

Şirkət əsasən dörd sahə üzrə peşəkar fəaliyyət göstərir:

1.    İdxal (Fransa, Almaniya, İtaliya və Türkiyədən kondisioner və havalandırma avadanlıqları);

2.    İstehsal (İzolasiyalı paket boru – Azjeobor);

3.    Montaj (İsitmə-Soyutma, havalandırma, santexnika, kanalizasiya, drenaj, elektrik, yanğın və baxça sulama sistemlərinin quraşdırılması);

4.    Servis xidməti;

Hal-hazırda şirkətdə 100 nəfərdən çox təcrübəli mühəndis-texniki işçilər çalışır. Şirkət təcrübəli kadrların sayəsində eyni vaxtda bir neçə tikinti obyektində müasir tələblərə cavab verə bilən, yüksək istismar etibarlılığına, qənaətcil iş rejiminə malik avadanlıqlarla təchiz edilmiş isitmə-soyutma sistemlərinin qısa müddətdə quraşdırılmasına qadirdir.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu