26 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Metal Konstruksiyalar" MMC
 

Bu və ya digər istehsalçının xeyrinə seçim etməyə nə vadar edir? Əlbəttə ki, sözügedən sahədə iş təcrübəsi, məhsul istehsalı texnologiyasının unikallığı, seçilmiş xammalın keyfiyyəti, icra keyfiyyəti, yüksək məhsuldarlıq və sərfəli qiymətlər. Bu da “Steel Structures” şirkətinin fərqləndirici xüsusiyyətidir. Metal konstruksiyalar Fransa, Almaniya, İtaliyanın müasir avadanlıqlarında hazırlanır. Bu cür avadanlıqların qonşu ölkələrdə analoqu yoxdur.

Bu gün metal konstruksiyalardan istifadə edilməyən bina və tikililərə rast gəlmək mümkün deyil, onlar bizi hər yerdə əhatə edirlər. Bu təsadüfi deyil. Tikinti zamanı metal konstruksiyalardan istifadə bir sıra üstünlüklərə malikdir: uzun ömürlülük, zəlzələyə qarşı davamlılıq, minimal istilik sərfiyyatı, müqayisə ediləcək dərəcədə aşağı qiymət, möhkəmlilik, tez bir zamanda hazırlıq və yığılma, daşınma rahatlığı, geniş memarlıq imkanları.

Hazırkı dövrdə istehsal edilən metal konstruksiyalar bütün daşıyıcı konstruksiyalar spektrinin ən yüngülüdür. Tikintidə metal konstruksiyalardan istifadə zamanı ənənəvi üsullara nisbətən 20-30 faiz az vaxt sərf olunur.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu