"DÜBƏNDİ" firması 1995 ci ildə yaranmışdır və 1998-ci ildən Norveçin Jotun boyalarının Azərbaycana idxalı ilə məşğuldur. 2002-ci ildən Jotun boyalarının Azərbaycan üzrə eksklüziv distribütorudur. Şirkət Jotun boyalarının topdan və pərakəndə satışı ilə yanaşı digər xidmətləri də göstərir.
- evlərin və villaların, idarə və müəssisələrin interyerinin təmiri
- villaların fasadının boyanması
- fasadlarının suvağının xüsusi qatlarla vurulması və xüsusi boyalarla izolyasiya edilərək boyanması
- dəniz kənarında, su ilə yaxın təmasda olan evlərin və villaların xaricdən izolyasiya edilməsi
- Dəniz və dəniz üstü tikililərin antikorrozyası və su izolyasiyası
- İçməli su anbarlarının izolyasiyası
- Binaların damlarının, divarlarının istilik və su izolyasiyası (Mantolama)
- Zavodların, fabriklərin, qida və dərman istehsal edən müassisələrin, qapalı avtodayanacaqların, anbarların döşəmələrinə sanitar-gigiyenik epoksid boya sistemlərinin tətbiqi (Coating, Mortar, Multilayer, Self levelling)
- Metal konstruksiyaların qumlanaraq xüsusi təyinatlı boyalarla boyanması (antikorroziya boyaları
Evinizi təmir edərkən boyanın hansı növündən istifadə edəcəyinizi müəyyənləşdirmək mühüm amildir. Siz evinizin içərisini təmir edirsinizsə o zaman otaqların təyinatına görə boya seçməyiniz məqsədə uyğundur. Belə ki, yataq və uşaq otaqları, mətbəx üçün antibakterial su tərkibli, dəhliz üçün yuyula bilən yarıparlaq boyalar, sauna və açıq eyvanlar üçün isə isti-soyuqa davamlı izolyasiya qabiliyyətli boyalar istifadə etsəniz rastlaşa biləcəyiniz problemləri əvvəlcədən həll etmiş olarsınız . Dübəndi firması sizə jotun boyalarının geniş çeşidini təklif edir:
- Azərbaycanın istənilən bölgəsində
- istənilən hündürlükdə hətta 30 mərtəbəli binalarda belə
- istənilən şəraitdə ən çətin şəraitdə belə
- operativ və sürətli