07 may 2024


SƏHİYYƏ VƏ SAĞLAMLIQ > Tibbi avadanlıqlar > Sağlamlaşdırma mərkəzləri > Qaralma studiyaları > Əczaçılıq firmaları > Baytarlıq xidmətləri > Klinikalar > Apteklər > Müayinə və Müalicə Xaricdə

"STMED" Tibb mərkəzi
 
  • AZ 1006, İsmayıl Qutqaşınlı küç., 36
    Tel.:  (99412) 497 62 46/ 47/ 48
    Fax:  (99412) 497 62 47
    Моb.: (99450) 359 30 10
    E-mail: office@stmed.az
    Web: www.stmed.az
Mərkəz fəaliyyətə başladığı ilk gündən saflıq və sağlamlıqla devizi altında öz işini davam etdirir. Çox da böyük olmayan kollektiv pasientlərə və klinikaya müraciət edən hər bir vətəndaşa nümunəvi xidmət göstərir. Sosial vəziyyətindən asılı olmayaraq hər bir vətəndaş klinikamızda klinikanın rəhbəri Sona xanımın qoyduğu düzgün diaqnoz və müalicə nəticəsində öz sağlamlığına qovuşur. Bundan başqa ağırlıq dərəcisindən asılı olaraq klinikada müxtəlif cərrahi əməliyyatlar aparılır. Bu gün hamını narahat edən bir çox xəstəliklər məs.qadın və kişi sonsuzluğu, daxili orqanlarda olan bir çox xəstəliklər o cümlədən qara ciyər, öd kisəsi və diğər orqanların müxtəlif dərəcəli patologiyalarına dair aparılan peşəkar müayinələr və müalicələr öz nəticəsini elə ilk günlərdən göstərir. Cərrahi əməliyyatlar təyinata uyğun laproskopik və adi üsulla həyata keçirilir. Müdaxilədən öncə aparılan laborator və instrumental müayinələr xəstəlik haqqında tam bilgi əldə etməyə zəmin yaradır. Bu da düzgün yanaşma və problemin birdəfəlik aradan qaldırılması üçün çox vacibdir.Hər bir əməliyyat insan orqanizmi üçün travmadır. Buna görədə cərrahın işini bəzən zərgər işi ilə müqayisə edirlər. Məhz düzgün müdaxilə bir inasanın həyatını işığa yaxud da qaranlığa qərq edə bilər.Bu baxımdan St med tibb mərkəzinin əvəzsiz xidmətləri var. Personalın peşəkarlığı və yüksək ixtisaslı həkim kollektivinin olması bu işdə çox önəmlidir. Bu gün müxtəlif yolarla yoluxan çox yayılmış virus mənşəli xəstəliklərdən qorunmaq üçün klinikamızda alətlərin sterilizasiyası dəqiq mexanizmlə həyata keçirilir.Hər bir əməliyyat tam sterilizə olunmuş alətlərlə aparılır. Bundan başqa klinikada VİP palatalar fəaliyyət göstərir. Xəstə otaqları ən müasir cihazlarla təchiz olunmuş xəstənin rahatlığı üçün hər bir şərait yaradılmışdır. Hər xəstəlikdən qorunmağın ən yaxşı yolu onu vaxtında aşkar edib düzgün müaliçə etməkdir. Bunun üçün əhalinin maarifləndirilməsi çox əhəmiyyətlidir. Hamı həkim ola bilməz amma öz probleminə dair minimum bilgiyə malik olması vacibdir. Klinikanın çox fərqli bir profilidə sıradan deyil illərin təcrübəsinə əsaslanan dərman bitkiləri ilə apardığı müalicələrdir. Buradada çoxillik praktiki təcrübəsi olan həm cərrah həm müalicə həkimi kimi öz sözünü demiş,təbib kimi müalicələrinin bəhrəsini dəfələrlə gürmüş Sona xanım Əsgərovanın xidməti əvəzsizdir.Hər bir tibbi müdaxilə belə peşəkar həkimlərin və məsuliyyətli insanların əli ilə daha yaxşı nəticə verir.İnsanlar şəfa tapır və yenidən normal həyata qayıdır. Məhz Sona xanımın simasında əminliklə demək olar ki. Azərbaycanda sağlamlığın keşiyində duran vicdanlı həkimlərimiz və nümunəvi tibb işçilərimiz var. Klinikada həmçinin travmatoloji, endokriniliji. ginikoloji, uroloji, androloji və bir çox digər sahələrdədə seviyyəli xidmətləri var. Aparılan Laprotomik sistektomiya, vaginal histerektomiya, Konservativ miomektomiya, metroplastika, və.s bir çox əməliyyatlar, həmçinin qadılarda uşaqlığın sallanması, sidik saxlama qabiliyyətinin pozulması və.s xəstəliklərin rekonstruktiv bərpası başda Sona xanım olmaqla təcrübəli cərrahlar tərəfindən həyata keçirilir. Əmliyyat sonrası xəstələrə düzgün qulluq və diqqqətli yanaşma sağalma prosesini birazda sürətlənirir və pasientlər tez bir vaxtda şəfa taparaq normal həyata dönürlər.

Klinikada olan avdanlıq və cihazlar.Rəqəmsal kalposkop dölün ürək döyüntüsünü təyin edən doppler cihazı,"Aloko"markalı ultrasəs aparatı, exokordioqrafiya, rəngli dopleroqrafiya, avtomat və yarımavtomat manual tipli müayinə metodları

-Kliniki
-İmmunoloji
-Hemotoloji
-Biokimyəvi
-Seroloji
-bakterioloji və.s.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu