26 aprel 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"Beteko Group" LLC
 
  • AZ 1000 Səməd Vurğun küç., 49 World Business Center, 15
    Tel.:  (99412) 597 30 75, 597 30 76, 597 30 76, 597 30 78
    Fax:  (99412) 597 30 81
    E-mail: office@beteko.az
    Web: www.beteko.az

 

“Beteko Group”un yüksək ixtisaslı mütəxəssisləri müştərilərinin tikinti və dizayn sahəsində olan hər hansı bir sifarişini yerinə yetirirlər. Onlar gələcək obyektin layihələşdirilməsindən başlamış, onun tam hazır şəkildə təhvil verilməsinə kimi bütün mərhələləri həyata keçirmək iqtidarındadırlar.




“Beteko Group” MMC, ingilis variantında “Beteko Group Limited Liability Company” şirkəti 2006-cı ilin oktyabr ayından etibarən tikinti xidmətləri bazarında fəaliyyət göstərir. Bu müddət ərzində şirkət yerinə yetirdiyi işlərin bütün spektri boyunca – həm əhatə diapazonu, həm də keyfiyyətinə görə rəqibləri qarşısında öz üstünlüyünü sübut edə bilmişdir.

“Beteko Group”un yüksək ixtisaslı mütəxəssisləri müştərilərinin tikinti və dizayn sahəsində olan hər hansı bir sifarişini yerinə yetirirlər. Onlar gələcək obyektin layihələşdirilməsindən başlamış, onun tam hazır şəkildə təhvil verilməsinə kimi bütün mərhələləri həyata keçirmək iqtidarındadırlar.

“Beteko”nun yerinə yetirdiyi xidmətlərin tam siyahısı aşağıdakılardan ibarətdir:

  • sənaye müəssisələrinin binalarının memarlıq layihələşdirilməsi, tikintisi, yenidən qurulması, avadanlığın quraşdırılması və sazlanması;
  • obyektlərin memarlıq layihələrinin baş planlarının hazırlanması;
  • sənaye, ictimai və yaşayış təyinatlı obyektlərin memarlıq layihələşdirilməsi, tikintisi və yenidən qurulması;
  • mühəndis-tədqiqat işlərinin aparılması;
  • bina və qurğuların təmir layihələrinin işlənib hazırlanması;
  • tikinti sahəsində ekspert və məsləhət xidmətlərinin yerinə yetirilməsi;
  • tikinti və təmir layihələrinin həyata keçirilməsinə nəzarət və onların koordinasiyası;
  • telekommunikasiya sektorunda obyektlərin layihələşdirilməsi, tikintisi və texniki cəhətcə dəstəklənməsi üzrə xidmətlərin geniş spektri.

“Beteko Group” şirkəti hər bir zaman tikinti xidməti bazarının ən son meyllərini duyur və və onları öz fəaliyyətində istifadə edir. Şirkətin mütəxəssisləri öz səriştəlik səviyyələrini daima müxtəlif təlim kurslarında, treninqlərdə və seminarlarda artırırlar. Onlar burada əldə etdikləri bilikləri iş təcrübəsində müvəffəqiyyətlə tətbiq edirlər. “Beteko Group” – Azərbaycandakı müasir, ekoloji və texnoloji tikinti ideyasının canlı təzahürüdür.

Planlı şəkildə inkişafının bütün bu illəri boyu “Beteko Group” özünü etibarlı partnyor kimi göstərə bilmişdir. Elə kontragentlərin şirkətə etdikləri etimad da onun bütün öhdəlikləri dəqiq şəkildə yerinə yetirməsinin qanunauyğun nəticəsidir. “Beteko Group”la əməkdaşlıq – arzuedilən nəticəyə 100 % çatmaq deməkdir. Bu gün “Beteko” tikinti xidmətləri bazarının əsas dayaqlarından biridir. Bütün bu nailiyyətlərə baxmayaraq “Beteko Group” yerində dayanmaq fikrində deyildir, çünki şirkətin strategiyası – fasiləsiz inkişafdır.
 

Fəaliyyət fəlsəfəsi

“Beteko” öz işində – böyük təcrübəyə və əla maddi-texniki bazaya istinad edərək, hər bir müştəriyə fərdi yanaşma, bütün təhlükəsizlik tələblərinin yerinə yetirilməsi, ekologiyaya qayğı ilə yanaşma prinsiplərinə həmişə riayət edir.



XXI əsrdə tikinti həqiqi incəsənətə çevrilməyə başlamışdır. Darıxdırıcı, boz, biri-birindən fərqlənməyən eynitipli evlər arıq keçmişdə qalmışdır. Artıq orijinal maraqlı binalar, qeyri-standart memarlıq həlləri belə evləri əvəz etməyə başlamışdır. “Beteko Group” şirkətinin yaratdığı hər bir layihə öz-özlüyündə unikaldır. Şirkətimizdə çalışan mütəxəssislərin bütün qüvvəsi ən tələbkar və qəliz sifarişçinin belə istəklərinin ödənilə bilməsinə yönəldilmişdir.

Amma, belə incənətlə məşğul olanda da tikintinin ünsürləri olan digər tərkiblər, məsələn, obyektin etibarlılığı və təhlükəsizliyi, iqtisadi aspekti, işlərin yerinə yetirilməsi müddətlərini, ətraf mühitə diqqətli münasibəti kimi məqamları da yaddan çıxarmaq olmaz. “Beteko Group” şirkəti, müştərilərilərinin bütün gözləntilərini ödəyən layihələr hazırlamaq üçün daima yeni texnologiyaları öyrənir və mənimsəyir. Şirkətimizin tikinti işlərini yerinə yetirmək üçün tikinti materiallarının, texnikanın və avadanlığın etibarlı təchizatçıları ilə olan işgüzar əlaqələri, sifarişçiyə həqiqətən də keyfiyyətli məhsul təqdim etməyə imkan verir.

“Beteko” öz işində – böyük təcrübəyə və əla maddi-texniki bazaya istinad edərək, hər bir müştəriyə fərdi yanaşma, bütün təhlükəsizlik tələblərinin yerinə yetirilməsi, ekologiyaya qayğı ilə yanaşma prinsiplərinə həmişə riayət edir.
 

Ekologiya

“Beteko Group” şirkətinin mütəxəssisləri kövrək təbiət balansının qorunub saxlanması istiqamətində daima və fasiləsiz şəkildə tədbirlər həyata keçirirlər.

ВMüasir dünyada ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələlərə getdikcə daha çox diqqət ayrılmaqdadır. Bu problemin mühümlüyü göz qabağındadır. Təbii ki, gələcəyi düşünən hər bir şirkət fəaliyyətinin ekologiyaya vura biləcək mənfi və zərərli təsirini sıfıra bərabər etməyə çalışmalıdır.

“Beteko Group” şirkətinin mütəxəssisləri kövrək təbiət balansının qorunub saxlanması istiqamətində daima və fasiləsiz şəkildə tədbirlər həyata keçirirlər. Hazırlıq mərhələsində olan hər bir layihə ekoloji baxımdan qiymətləndirilir, onun gələcək fəaliyyətinin potensial təhlükə səviyyəsi, insanların sağlamlığına təsiri dərəcələri müəyyən edilir. Eyni zamanda, hər hansı bir layihə sənədləşməsi tərtib edilən zaman “Beteko Group” şirkətinin mütəxəsisləri ətraf mühitin mühafizəsi tədbirləri hazırlayırlar. Bu tədbirlər müxtəlif növ işlərin yerinə yetirilməsini əhatə edə bilər. “Beteko” özünün bütün obyektlərində “Tikinti tullantıları ilə davranma üzrə texniki Reqlament”in tələblərinə riayət olunmasına çox ciddi nəzarət edir.
“Beteko Group” şirkəti tərəfindən ətraf mühitin mühafizəsi yönündə fəal şəkildə inkişaf etdirilən istiqamətlərdən biri də tikinti işlərində ekoloji cəhətcə təhlükəsiz materiallardan və enerjiyə qənaət edən texnologiyalardan istifadədir.

 

 



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu