04 mart 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"GIDROTRANSPROYEKT"
 

    «Gidrotransproyekt» Layihə İstehsalat Müəssisənin əsası 1989-cu ildə körpülər üzrə mühəndis İsmiyev Əfəndi Murad oğlu tərəfindən qoyulmuşdur. Əvvəldən müəssisə hər bir körpü və layihə üzrə individual qərarın qəbul olunmasını  əsas məqsəd hesab edirdi. Müasir konstruksiya və materialların, müasir texnologiyaların təhlili, dəyişik şəkildə layihələndirmə və sifarişçi ilə birlikdə son qərarın qəbulu, konstruksiyaların texnolojikliyi və istismar möhkəmliyi müəssisənin mühəndisləri üçün əsas prinsipdir.
     Müəssisə avtomobil yollarının, körpülərin, mülki və sənaye obyektlərinin, meliorasiya və su təsərrüfatı obyektlərinin, hidrotexniki, çay və dəniz qurğularının layihələndirilməsi, müəllif nəzarəti və texniki nəzarətin aparılması, daha mürəkkəb kateqoriyalı yol qurğularının tikintisi və yenidən qurulması zamanı layihələrin idarə edilməsi, konsultativ xidmətlər, tender sənədlərinin hazırlanması sahələrində fəaliyyət göstərir. «Gidrotransproyekt» müəssisəsi böyük təcrübəyə, o cümlədən, yuxarıda sadalanan sahələrdə yüksək ixtisaslı mütəxəssislərə və müxtəlif profilli ixtisaslı mühəndislərdən ibarət daimi ştata malikdir.