07 may 2024


ƏYLƏNCƏ VƏ İSTİRAHƏT > Əyləncə mərkəzləri > Restoranlar > Turizm agentlikləri > Sanatoriyalar və istirahət zonaları > Distribütiv bron sistemləri > Mehmanxanalar > Aviaşirkətlər > Pablar və barlar > Klublar > Kafe - Restoran > Şadlıq sarayları

"EL RESTAURANT"
 
İşgüzar görüşlər, mərasim və korporativ tədbirlər keçirmək və ya dostlarla istirahət etmək üçün restoranımızda hər bir şərait yaradılmışdır.

Yay zalı

"EL" restoranının açıq yay zalı təmiz havada istirahət etmək üçün ideal imkandır. Burada insan yumşaq kresloda əyləşərək sakitliyə qərq olmaq və baş aşpazlar tərəfindən xüsusilə yay mövsümü üçün hazırlanmış yeni təamlardan dadaraq zövq almaq istəyir. Biz hamını qızğın şəhər həyatından və qayğılarından ayrılıb burada təmiz havada dincəlməyə dəvət edirik. Restoranın açıq yay zalı gözəl mənzərəlidir. Burada Sizi rahat külafirəngilər və kabinetlər gözləyir. Milli elementli səma dizaynına malik olan zal xoş musiqi ilə tamamlanır – bura paytaxtımızın qonaqlarının və eləcə də bakılıların sevimli istirahət guşəsinə çevriləcək! !

Mətbəx


Azərbaycan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. "Azərbaycan mətbəxi" - təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də mətbəx mədəniyyəti və tarixini, fəlsəfəsi və süfrə psixologiyasını, adət və ənənələrini, gigiyenanı, etika və estetikasını və digər mətbəx aspektlərini, eləcə də tarixi Azərbaycan xalqının yaratdığı praktik vərdişləri özündə birləşdirən maddi mədəniyyətin əsas hissəsidir. Bizim restoranımızda Siz ən yaxşı baş aşpazlar tərəfindən hazırlanan Avropa və Azərbaycan mətbəxinin ən fövqəladə təamlarını dadacaqsınız.

Mərasimlər

Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq "EL" restoranı Sizin qarşınıza Azərbaycan estradasının ən parlaq ulduzlarının ifasında yeni şou-proqram ilə çıxır. Bura gələn hər bir kəs gözəl atmosfer, hamının zövqünü oxşayacaq ləzzətli və yüngül yay yeməkləri, gözəl musiqidən məmnun qalacaq.

Kafe

Tünd və yaşıl tonların bir-birini əvəzlədiyi, klassik ingilissayağı bar detallarının fonunda bar piştaxtası, bilyard stolu, dəridən olan kreslo və divanlar olan kafedə insan sanki başqa bir aləmə düşür. "El Cafe" menyusunda Avropa və Azərbaycan mətbəxlərinin ən məşhur yeməkləri təqdim olunur. Kafemizdə Avropa menyusunun hamı tərəfindən qəbul olunmuş “hitləri” – klassik salatlar və karpaççodan steyklərə kimi hər cür qəlyanaltılar, eləcə də milli qəlyanaltılarımız təqdim edilir. Desert menyusunda orijinal resept əsasında hazırlanmış şirniyyatlar: pirojnalar, tortlar, müxtəlif çeşidli içlərdən hazırlanmış piroqlar və aşpazların digər qənnadı möcüzələri təqdim olunur.

 

 



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu