26 sentyabr 2021


SƏHİYYƏ VƏ SAĞLAMLIQ > Tibbi avadanlıqlar > Sağlamlaşdırma mərkəzləri > Qaralma studiyaları > Əczaçılıq firmaları > Baytarlıq xidmətləri > Klinikalar > Apteklər > Müayinə və Müalicə Xaricdə

"VELFAR"
 
 Velfar

Haqqımızda

Tariximiz

Velfar şirkətinin bünövrəsi  1993-cü ildə “Odlar Yurdu-95” topdansatış əczaçılıq şirkətinin yaradılması ilə qoyulmuşdur. Əczaçılıq sektorunun sürətli inkişafı və dərman preparatlarına hər artan tələbat “Odlar Yurdu-95” şirkətinin sürətlə təkamülünə səbəb olmuş və 2001-ci ildə bu şirkətin bazası üzərində “Spesfarma” və “Ünalfarm” əczaçılıq marketinqi şirkətlərinin təməli qoyulmuşdur.Bu şirkətlər Azərbaycan əczaçılıq bazarında ilk əczaçılıq marketinqi şirkətlərindəndir.

Zaman keçdikcə Azərbaycan əczaçılıq bazarı sürətli inkişaf və geniş əczaçılıq fəaliyyəti üçün kiçik olduğundan yeni bazarların fəth edilməsinə ehtiyyat yaranmış və şirkət genişlənərək bir sıra dünya ölkələrində “qız” əczaçılıq-marketinq şirkətlərinə başlanğıc vermişdir.

2009-cu ildə bütün ölkələrdə fəaliyyət göstərən şirkət filialları birləşərək vahid “Velfar” şirkətini yaratmış və mərkəzi ofisi Türkiyədə yerləşən uluslararası bir şirkətin təməli qoyulmuşdur.

Bünövrəsi qoyulan gündən əsas məqsədi dünya əczaçılıq bazarını yüksək keyfiyyətli dərman preparatları ilə təmin etmək və insanların həyat keyfiyyətini artırmaq olan «Velfar» əczaçılıq şirkəti daim bu yolda uğurla addımlamış və hazırkı mükəmməl səviyyəsinə çatmışdır.

Yalnız satış-marketinq prosesi ilə öz fəaliyyətini məhdudlaşdırmayan «Velfar» şirkəti 2010-cu ildən etibarən bir sıra yeni dərman molekullarının istehsalına start vermişdir. Hazırda şirkət bu istiqamətdə dünya və Azərbaycan əczaçılıq bazarını ən yeni dərman molekulları ilə zənginləşdirmək amalına yetişmək üçün səylə çalışır.

Dünya vətəndaşının lazım olan yerdə, lazım olan anda tələb olunan dərman vasitəsini və ya dərman vasitələri haqqında ətraflı məlumatı əldə edə bilməsi üçün «Velfar» əczaçılıq şirkəti geniş fəaliyyət şəbəkəsi qurmağı və daim qloballaşmaya doğru irəliləməyi qarşısına məqsəd qoymuşdur.

Biz 17 illik zəngin tarix təcrübəmizə və sürətli təkamülümüzə arxalanaraq, Sizə sağlam və yüksək keyfiyyətli həyat vəd edirik.

Missiyamız

Əsas missiyamız əczaçılıq bazarını yüksək keyfiyyətli və unikal preparatlarla təmin etməklə, insanların həyat keyfiyyətinin artırılması və sağlam cəmiyyətin formalaşmasıdır.

Strategiyamız

Velfar şirkətinin 3 əsas strategiyası var:

·         Məhsul və xidmət keyfiyyətinin təminatı

·         Yüksək peşəkar kadrların yetişdirilməsi və inkişafı

·         Böyük, transmilli Velfarın formalaşdırılması

Bu strategiyaların həyata keçirilməsi üçün, Velfar şirkəti aşağıdakı potensial bazasına dayanır:

·         Kadr potensialı

·         Zəngin tarix və təcrübə

·         Maliyyə-material ehtiyatlar

 

Liderlik və struktur

Velfar şirkətinin mərkəzi ofisi Türkiyə Cümhuriyyətində yerləşmiş və digər ölkələrdə fəaliyyət mərkəzi ofislə bağlı şəkildə qurulmuşdur.

Velfar şirkətinin idarəedici rəhbərliyi şirkət üçün önəmli qərarların alınmasında və personalın bütöv olaraq idarə olunmasında liderlik edir. Bu, şirkətin maliyyə- strateji  problemləri tez bir zamanda həll etməsinə və daim vəziyyətdən uğurla çıxmasına xidmət edir.

Iş fəaliyyətinin qurulmasında hər üç prinsipdən- məhsul, personal və ərazi prinsiplərindən istifadə olunur. Bu şirkətin bütün səhiyyə sahələrini tam, tez və keyfiyyətli məlumatla təmin etməsinə imkan yaradır.

Hər bir işçi üçün konkret vaxt ərzində əldə olunacaq hədəflərin müəyyənləşdirilməsi və vaxtında bu hədəflərə çatmaq üçün işçinin müxtəlif vasitələrlə təmin edilməsi, sağlam və səmərəli iş mühitinin yaradılması şirkətin əsas məqsədinə yetişməyə təkan verir.

İnkişaf edən əczaçılıq bazarında daha geniş imkanlara malik olmaq və insanları innovativ dərman preparatları ilə daha tez və daha uğurla təmin etmək üçün Velfar şirkətinin nəzdində - Araşdırma və inkişaf şöbəsi fəaliyyət göstərir.

Əmtəə çantasını daim təkmilləşdirən şirkət yeni əczaçılıq bazarlarının tutulmasına da böyük önəm verir və bir çox Asiya ölkələrində fəaliyyət göstərir.

Fəaliyyət göstərdiyi bütün ölkələrdə, ən ucqar əraziləri belə əhatə etmək üçün, şirkətin nəzdində 5 Regional Qrup təsis edilmişdir. Bu qruplar mərkəzi qruplarla üfiqi iş əlaqələri yaradaraq, rəhbərlikdən şaquli asılılıq üzrə fəaliyyət göstərir.

Əsas dəyərlərindən biri peşəkar kadrların yetişdirilməsi olan Velfar şirkətində mütəhərrik iş mexanizminə malik Marketinq şöbə fəaliyyət göstərir. Bu şöbə məhsulun bütün həyat sikli dövrlərində inkişaf etdirilməsini, məhsul haqqında dolğun və etibarlı məlumatın istehlakçıya çatdırılmasını təmin edir.

Velfar şirkətinin strukturu burada çalışan hər bir fərdin maraqlarını qorumaqla şirkətin ümumi marağının, əsas məqsədinin əldə olunmasına və qorunmasına yönəlmiş şəkildə qurulmuşdur.

Korporativ dəyərlər

Velfar şirkətinin əsas dəyərləri aşağıdakılardır:

1.       Effektivlik- biz minimal ehtiyat (maddi, insan və zaman) sərf etməklə maksimal nəticə əldə etməyə çalışırıq. Qeyd etmək lazımdır ki, yüksək effektivlik əldə etmək üçün personalın yüksək peşəkarlığı və öz işinə məsuliyyətlə yanaşması vacibdir. Buna görə də, işçilər üçün sağlam iş mühiti yaratmaq, onların və cəmiyyətin faydalanmasını təmin etmək bizim əsas işimizdir.

2.       Müştəriyə yönəlmə- daim əczaçılıq bazarını və müştəri tələbatını öyrənərək, müştəriləri ehtiyacını daha düzgün qiymətləndirməyə və onları tələbatlarına uyğun müasir, effektiv, təhlükəsiz və əldə oluna bilən preparatlarla təmin edirik. Biz müştərilərimizə məhsullarımız haqqında obyektiv, əsaslandırılmış və kəsilməz məlumat veririk.

3.       Yenilikçilik və inkişaf- bizim bütün fəaliyyətimiz müştərilərimizə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəlmişdir. Hər bir vəziyyəti düzgün qiymətləndirir və onun həllinin ən münasib yolunu seçirik. Müştərilərimizə daim yeni, unikal məhsullar təqdim etməklə rəqiblərimizdən fərqlənməyə çalışırıq.

4.       Komanda ruhunun yaradılması- Bizim ən başlıca dəyərimiz insanlardır.  Bizim idarəetmə əsaslarımız bilavasitə işçilərə qarşı ədalət prinsipləri üzərində qurulmuşdur. İşçilərimizin tədrisi və peşəkarlığının artırılmasına böyük diqqət ayırır, onlar üçün geniş karyera imkanları yaradırıq. Biz hər bir işçinin əməyini düzgün qiymətləndiririk, çünki kompaniya fəaliyyətinin nəticəsi bizim hər birimizin əməyindən asılıdır.

5.       Partnyorlarla iş- biz müştərilərimizlə qarşılıqlı fayda əldə etməklə və kömək göstərməklə iş münasibətləri qururuq.

6.       Yüksək etik prinsiplər və etibarlılıq- biz işimizdə yüksək etik prinsipləri rəhbər tuturuq. Biz 17 illik fəaliyyətimiz dövründə yüksək keyfiyyətli xidmətimizlə sizin etibarınızı qazanmışıq.

A&İ

Araşdırma və İnkişaf şöbəsi yeni dərman molekullarının inkişaf zəncirini həyata keçirir. Hər bir yeni molekulun seçilməsində onun insan həyatı üçün təhlükəsizliyi və geniş tibbi tələbatla uzlaşması əsas götürülür. Bu zəncir yeni molekulun seçilməsi ilə başlayır və onun keyfiyyətli şəkildə müştəriyə təqdim olunması ilə başa çatır. Dərman molekullarının inkişaf zənciri böyük maliyyə məsrəfləri, elmi-texniki zəhmət və uzun zaman sərfi hesabına uğurla nəticələnir.

Dərman inkişaf etdirmədə əsas məqsəd insanların həyatını yaxşıya doğru dəyişməkdir. Bu səbəbdən daim innovativ, unikal, təhlükəsiz və münasib dərman preparatlarının cəmiyyətə təqdim olunması üçün Aİ işi sonsuz və kəsilməz bir şəkildə həyata keçirilməlidir.

Velfar şirkəti daim unikal dərman preparatlarının yayımlanmasına önəm verdiyindən, Aİ istiqamətində sürətli tərəqqi yolunu seçmişdir. Hər bir molekulun seçimi və inkişaf etdirilməsi prosesində yalnız geniş bazara və böyük müştəri potensialına malik dərmanlar deyil, həmçinin kiçik müştəri tələbatına malik, az rast gəlinən konkret patologiyaların müalicəsində istifadə olunan preparatlara da önəm verilir.

Son illərdə əczaçılıq sektorunun sürətli inkişafı yeni, fərdi brendlərin yaradılması və inkişaf etdirilməsi prosesinə təkan verdi. Velfar şirkəti də bu istiqamətdə öz təməl addımlarını atmağa başladı. Daim unikal preparatları ilə çalışdığı əczaçılıq bazarlarında liderlik etmiş Velfar şirkəti innovasion dərman preparatlarının istehsalı və müştəri əllərinə təqdim olunması üçün var gücü ilə çalışır və yaxın illərdə bu preparatlar ilə insan cəmiyyətinin sağlamlaşmasına xidmət edəcək.

İnsan Qaynaqları

Ən yaxşı sərmayə kadrlara qoyulan sərmayədir

Velfar şirkətinin önəm verdiyi təməl prinsiplərdən biri kadr potensialının artırılmasıdır. “Ən düzgün sərmayə kadrlara, təhsilə qoyulan sərmayədir”- devizini əldə rəhbər tutan kompaniya 17 illik biznes fəaliyyəti dövründə bunu dəfələrlə sübut etmişdir. 

Velfar şirkəti effektiv insan qaynaqları planlaması ilə rəqabət gücünü daim artıran və əczaçılıq sektorunda liderlər yetişdirən bir şirkətdir.

Velfar şirkətinin kadr potensialını artırmaq istiqamətində əsas prinsipləri aşağıdakılardır:

·         Ümumi missiyamızı yerinə yetirmək və şirkət hədəflərinə yetişmək üçün mühüm olan İnsan qaynaqları siyasəti və texnikaları formalaşdırmaq

·         Nəticəyə yönələn, manevrli, çevik bir şirkət yaratmaq

·         Bütün vəziyyətlərdən aktiv çıxa bilən və sərbəst qərar qəbul edə bilən fərdlər formalaşdırmaq

·         Optimal iş mühiti yaratmaqla personalın məmnunluğunu və şirkətə bağlılığını artırmaq

·         Şirkət ənənələrinin və doğmalığının beyinlərə aşılanması yolu ilə işçilərdə daimi iş yeri təsəvvürünün yaradılması

·         Hər bir işçi üçün geniş karyera imkanları yaratmaq və inkişaf üçün bütün yardımları göstərmək

·         Şirkət hədəfləri istiqamətində kadr ehtiyaclarını müəyyənləşdirərək peşəkar kadrlar yetişdirmək

·         Ana hədəfə yönəlmiş idarəetmə yolu ilə  işçi uğurunu və sürətli inkişafını daim dəstəkləmək

·         Şirkətin komanda şəklində fəaliyyətini təşkil edən daxili münasibət-ünsiyyət əlaqələrini inkişaf etdirmək

 

Velfar şirkətinin kadr potensialı

Velfar şirkətində hazırda toplam 350 nəfər çalışır. Müxtəlif ölkələrdə çalışan tibbi nümayəndə ordusu 240 nəfərdən ibarətdir. Fəaliyyəti müddətində kadrların peşəkarlığının artırılmasına daim böyük diqqət ayıran Velfar şirkəti, kadr potensialının kəmiyyət göstəricilərinə deyil, keyfiyyət göstəricilərinə daha çox istinad edir. Məhz bu səbəbdən də şirkətdə mütəmadi olaraq müxtəlif tədris proqramları, treninqlər, mühazirələr və s. təşkil olunur.

Daimi kadr müraciətinin əldə olunması və fəaliyyət göstərdiyi bütün sahələrdə seçilən bir şirkət olmaq üçün çalışanlarına ən optimal, ən perspektivli, ən etibarlı iş mühiti təklif edən kompaniya personalın tərəqqisi və təkamülünə , əczaçılıq biznesi sahəsində peşəkar kadrların yetişdirilməsinə böyük maddi və mənəvi dəstək göstərir.

Velfar şirkətinin kollektiv idarəetmədə əsas prinsipləri-işçi kollektivində komanda ruhunun yaradılması, şirkət hədəflərinin çalışanların hədəflərindən daha üstün mövqeyə sahib olması, tək-tək fərdlərin inkişafının şirkətin ümumi inkişafının hərəkətverici qüvvəsi olması, şirkətə bağlılıq və hörmət hissinin aşılanmasıdır.

Velfar şirkətinin daxili mədəniyyəti

 

 

Məhsul çantası

Biz yenilik, keyfiyyət, təhlükəsizlik və etibarlılıq vəd edirik

Velfar şirkətinin preparat siyahısına 55 adda dərman vasitəsi daxildir. Əsas strategiyalarından biri unikallıq strategiyası olan kompaniya daim bazara ən yeni innovativ preparatlar daxil etməklə, əczaçılıq bazarını zənginlləşdirir və müştəri tələbatının daha yaxşı təmin olunmasına şərait yaradır.

Velfar şirkəti daha çox kardioloji, nevroloji, ginekoloji və endokrinoloji bazarları tutmağa can atdığından assortiment siyahısında və seçim prosesində də bu profillər üstünlük təşkil edir.

Partnyorlar

Dünyanın aparıcı dərman istehsalçıları ilə gücbirliyi

Velfar şirkəti  dünyanın 25 – э yaxın aparıcı dərman istehsalçısı ilə əməkdaşlıq edir. Aparıcı şirkətlərlə iş birliyi, bir sıra ortaq layihələrə atılan imzalar şirkətin inkişafına, böyüməsinə və qloballaşmasına təkan verir və bu proses bu gün də sürətlə davam edir.

 

 

 

 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu