20 aprel 2024


ƏYLƏNCƏ VƏ İSTİRAHƏT > Əyləncə mərkəzləri > Restoranlar > Turizm agentlikləri > Sanatoriyalar və istirahət zonaları > Distribütiv bron sistemləri > Mehmanxanalar > Aviaşirkətlər > Pablar və barlar > Klublar > Kafe - Restoran > Şadlıq sarayları

"AF HOTEL-AQUA PARK"
 
  • AZ 0119, Novxanı qəs, (dəniz kənarı)
    Tel.:  (99412) 448 30 30, 447 30 43, 447 03 03
    Fax:  (99412) 447 30 43
    Моb.: (99450,55) 223 32 85, 506 66 66
    E-mail: office@afhotel.az
    Web: www.afhotel.az
Restoran  Turizm  Aquapark  Chimerlik  Deniz  Hotel  Istirahet  Eylence  Hovuz   

  “AF Hotel-Aqua Park” ailəvi əyləncə kompleksində dənizə baxan 300 standart ikinəfərlik otaqlar təqdim olunur. Ailəsi ilə birlikdə istirahəti daha üstün tutan müştərilərə isə kompleksin ərazisində 40 ədəd dənizə baxan üçotaqlı lüks nömrələr, eləcə də 16 ədəd mətbəxli lüks koteclər təklif olunur.

   Müştərilərə müxtəlif kateqoriyalı otaqlarda (standart otaqlardan tutmuş ikimərtəbəli, mətbəxi olan ailəvi lüks koteclərə qədər) yerləşdirmən təklif olunur. Aktiv istirahətin həvəskarları üçün isə burada su təpəcikləri olan 4 hovuzlu “Aqua Park”, açıq tenis kortu, idman zalı, eləcə də, futbol, voleybol və basketbol oynamaq üçün meydançalar təqdim edilir.

   Gecə diskotekasında əylənmək və barın sizə təqdim etdiyi xidmətlər Sizin gecə istirahətinizi unudulmaz edəcək. Kompleksin ərazisində sizin rahat günəş və qum vannaları qəbul etməniz, yaxtada, skuterlərdə və kvadrosıkllarda səyahətiniz üçün xüsusi çimərlik var.

   Burada iş görüşləri və ya konfranslar keçirmək istəyənlərə 150 nəfərlik konfrans-zal təqdim olunur. Müştərilərin istəyi ilə biz şəhərə və ölkənin bölgələrinə ekskursiyalar da təşkil edirik.

“AF Hotel-Aqua Park” ailəvi əyləncə kompleksində 7 restoran və bar fəaliyyət göstərir. Bunlardan üçü mehmanxananın binalarında, qalan üçü açıq səma altında, biri isə çimərlikdə yerləşir.

   Bizim aşbazlarımız tərəfindən milli və Avropa mətbəxinin ənənələri ilə hazırlanan yeməklərdən Siz böyük zövq alacaqsınız.

   Mehmanxananı əhatə edən restoran Xəzər dənizinin çox gözəl mənzərəsinə açılır, belə bir mənzərəni seyr etməkdən hər bir insan zövq alar. Açıq səma altında səhər yeməyi və siz bütün gün ərzində müsbət enerji ilə dolusunuz.

   Mehmanxananın içəri həyətindəki açıq səma altında, çoxlu hovuzlarla əhatə olunmuş çoxyaruslu restoran Aqua Park-dan çıxmadan Sizə gözəl bir nahar etmək imkanı verir.

   Əgər siz axşamınızı bir qədəh orijinal kokteyllə keçirməyi üstün tutursunuzsa, onda Sizi bara dəvət edirik. Canlı musiqi sizə gözəl bir yay axşamı keçirməyə imkan verəcək.

“AF Hotel-Aqua Park” ailəvi əyləncə kompleksində müştərilərin əylənməsi üçün bütün şəraitlər yaradılmışdır. Belə ki, müştəriləin əylənməsini yüksək səviyyədə təşkil etmək məqsədilə masaj otaqları və sauna fəaliyyət göstərir.

   Kompleksin ərazisində Avropa standartlarına uyğun açıq tenis kortu, idman zalı, futbol, voleybol (çimərlik voleybolu) və basketbol oyunları üçün meydançalar, eləcə də, VIP bilyard zalı fəaliyyət göstərir. Uşaqlar üçün isə burada atraksionlarda əylənə biləcəkləri oyun avtomatlarının yeraltı zalı fəaliyyət göstərir.

       “AF Hotel-Aqua Park” kompleksində Avropa standartlarına uyğun 4 açıq hovuzu olan (eləcə də, uşaqlar üçün), uşaqlar və böyüklər üçün təpəcikli “Aqua Park” fəaliyyət göstərir. Mehmanxananın çimərlik ərazisində müştərilər şezlonqlardan, çətirlərdən istifadə edə bilər, günəş və qum vannaları qəbul edə, kvadrosıkllarda, katamaranlarda, skuterdə gəzintiyə çıxa bilərlər. Yaxtalarda dəniz gəzintiləri də mümükündür. Müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə çimərlikdə xilasetmə briqadası da fəaliyyət göstərir.

Qiymətlərə daxildir:

-Səhər yeməyi (açıq bufet)

-Səhər idmanı

  --Xüsusi çimərlik sahəsi

-Wi-Fi Internet zonası

-Uşaqlar üçün "Uşaq klubu"

  -İdman zalı

  -Futboll, volleybol və basketboll meydançaları

  -Çimərlik volleybolu

  -Şou proqram və canlı musiqi saatı

-Muxtəlif konkurslarda istirak etmək ve hədiyyə qazanmaq imkanı

  -Diskoteka (open air) hər həftə sonu

  -Domino,şahmat,şaşki

  -"Karaoke" müsabiqəsində iştirak

  -Dayanacaq xidməti

  -Təhlükəsizlik xidməti



"AF HOTEL"-dən yay tur paketləri:



  Standart nömrə

AZN
1 günlük
      (1 günün qiyməti)
3 günlük
      (1 günün qiyməti)
5 günlük
(1 günün qiyməti)
7 günlük
 (1 günün qiyməti)
 Single
Double
90
120
70
90

60
80

50
70



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu