04 may 2024


NƏQLİYYAT XİDMƏTLƏRİ > Aviadaşınmalar (təyyarə daşınmaları) > Avtomobil daşınmaları > Dəmiryol daşınmaları > Kuryer xidmətləri > Dəniz daşınmaları və gəmilərin təmiri > Sərnişin daşınmaları

"Elad" MMC
 
  • AZ 1026, M. İbrahimov küç., 6
    Моb.: (99450) 374 74 10, (99455) 674 74 10
    E-mail: info@elad.az
    Web: www.elad.az
 Müasir nəqliyyat şirkəti necə olmalıdır? Bu şirkət komfort və yüksək xidmətə üstünlük verən, hər bir dəqiqəsini qiymətləndirən paytaxt sakininə nə təklif edə bilər? İmkanlarımızı mütəmadi olaraq genişləndiririk və bu sahədə təklif olunan standart xidmət siyahısı ilə məhdudlaşmaq istəmirik. İmkan daxilində genişlənir və hər bir müştərimizin qayğımıza arxalanaraq öz vaxtından səmərəli istifadə etməsi və özünü təhlükəsiz və komfortlu hiss etməsi üçün çalışırıq.

«ELAD»– avtomobil sahəsində 10 ildən artıq təcrübəsi olan, dinamik olaraq inkişaf edən, perspektivli şirkətdir. Bu müddət ərzində avtoxidmət bazarında məsuliyyətli və etibarlı bir şirkət kimi özümüzü tanıtmışıq. Bizim əsas partnyorlarımız siyahısa aşağıdakı şirkətlər daxildir:

  • Bakcell LTD MMC
  • A&B Paint MMC
  • Taraggi MMC
  • Azinshaat MMC
  • Engin LTD
  • Conte Verde

Hal-hazırda şirkətimizin iki nümayəndəliyi Azərbaycanda bu sahədə geniş xidmət spektrına malikdir. Gələcək planlarımıza –Azərbaycanın müxtəlif regionlarında və başqa ölkələrdə nümayəndəliyimizin yaradılması, həmçinin bu sahədə fasiləsiz inkişaf və digər istiqamətlərdə iş daxildir. 

Şirkətimizin rəhbərliyi və bütün heyəti göstərdiyimiz xidmətin yüksək keyfiyyətini saxlamaq və müştərilərimizlə davamlı münasibət qurmaq üzərində mütəmadi olaraq çalışırlar. Komandamız bu sahədə böyük təcrübəyə malik olaraq, təyin olunmuş məntəqəyə təhlükəsiz, vaxtında və rahat çatdırılmaya zəmanət verir. İş tədbirləri, müştərilərlə görüş, görməli yerləri gəzmək, şəhərdə gəzinti –səfərinizin məqsədindən asılı olmayaraq bizdə hər bir xüsusi hadisə üçün sizin tələblərinizi ödəyəcək avtomobillər və təcrübəli sürücülər var. Bundan başqa «ELAD» şirkətinin heyəti sizin bütün tələblərinizə fərdi yanaşmanı təmin edəcək.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu