31 mart 2023


Mülk və İnşaat > Asma və dartma tavanlar > Qaynaq materiallari > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Təmir və dizayn > Xüsusi sistemlər > Tikinti şirkətləri > Tikinti materialları > Tikinti texnikası > Layihə nəzarəti > Hovuzlar, akvaparklar > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

“AS Inşaat-N” MMC
 
  • AZ 1000, Ş. Mehdiyev küç. 93, 8-ci mərtəbə
    Tel.:  (99412) 533 07 23, 533 07 24, 533 07 25
    Fax:  (99412) 533 07 24
    Моb.: (99450) 216 66 62
    E-mail: office@asinshaat-n.az
    Web: www.asinshaat-n.az

 

..... Biz inşaat biznesimizin inkişafında və həyata keçirdiyimiz işlərin keyfiyyətinə müştərilərimizin verdiyi yüksək qiymətin qazanılmasında davamlı uğurların hesabına həm Azərbaycanın, həm də dünyanın tikinti bazarında rəqabət üstünlüyü əldə edəcək və özümüzü dəyərli tərəfdaş olaraq təsdiq edəcəyik. Işlərimizdə rəhbər tutduğumuz başlıca məqam istehlakçılarımızın tələblərinin ödənilməsi öhdəliyinə bağlı qalmaq, eləcə də Azərbaycan Respublikasının qanunlarına və beynəlxaq normalara əməl etməklə şərtlənir.
   Baş Direktor: Nuşrəvan Cəlilov

“AS Inşaat-N” MMC kollektivi vahid layihə komandası olaraq fəaliyyət göstərmiş və ölkə daxilində silsilə layihələr həyata keçirmişdir. İcra etdiyi layihələr məzmun və istiqamət baxımından çoxçeşidili olmuşdur: mürəkkəb mühəndis qurğuları, sənaye obyektləri ilə əlaqədar tikinti və tikinti-quraşdırma, yenidənqurma, bərpa, layihələndirmə və s. işlər. Hazırda layihələrin keyfiyyətlə, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi prinsiplərinə riayətlə icra edilməsi şirkətdə İSO 9001:2008, İSO 14001:2004, OHSAS 18001:2007 beynəlxalq standartların tələblərinə əsasən inteqrə edilmiş idarəetmə sisteminin tətbiqi və peşəkar kadrların cəlb edilməsilə mümkün olmuşdur. Tikinti və tikinti-quraşdırma işlərilə əlaqədar həyata keçirilən layihələrin keyfiyyətinə sifarişçilərin verdiyi yüksək dəyərləndirmələr şirkətin davamlı uğurlarını təmin etmiş, onu ölkəmizin tikinti bazarında dəyərli tərəfdaş olaraq tanıtmışdır. Şirkətin tikinti bazarında özünün rəqabət qabiliyyətinin yüksəldilməsi qayğısına qalması yönümündə üstünlük verdiyi başlıca məsələlərdən biri də müasir tələblərə cavab verən tikinti materialları və yeni tikinti texnologiyalarından istifadə etməklə şərtlənir ki, bu da sifarişçilərin müasir tələblərinin yüksək keyfiyyət göstəricilərilə və qısa zamanda ödənilməsinə öz təsirini göstərir.
Şirkətin 2010-cu ilin əvvəllərindən etibarən həyata keçirdiyi layihələr başlıca olaraq Qaradağ Sement Zavodu və Şahqaya karxanası ərazisində müxtəlif istiqamətli işlərin icrası ilə əlaqədar olmuşdur. Bunlara Qaradağ Sement Zavodunun ərazisində yerləşən Gara 6 Quru Soba layihəsi çərçivəsində 6-cı sobanın eskiz layihəsinin işlənməsi, Sement Dəyirmanlarının Yenidən Qurulması, Sement Dəyirmanı Modernizasiyası çərçivəsində torpaq, beton və beton-armatur işlərinin aparılması, Yükboşaltma Stansiyasının Tikinti İşləri, Şahqaya Karxanasında Əhəngdaşı Doğrayıcı Sexinin Tikintisi, sadalanan işlərlə bağlı müvafiq qaydada layihələrin adaptasiyası, müəllif nəzarəti, keyfiyyət yoxlanışı, eskiz layihələrin işlənməsi, işlərin xidmətlərinin icra edilməsi, layihələrin Azərbaycan Respublikası tikinti normalarına uyğunlaşdırılması və s.daxildir. Qeyd olunan layihələrin sifarişçiləri «Qaradağ Sement» ASC və CBMİ Construction Co Ltd. olmuşlar.

“AS İnşaat-N” MMC hazırda “Azərsu” ASC-nin sifarişilə paytaxtımızda (Bakı, İnqilab küçəsi) içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə də öz töhfəsini verməkdədir.



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu