18 may 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"INNOVATION TECHNICAL & Construction Services LLP"
 
 

Biz kimik?

İNNOVATİON TECHNİCAL & Construction Services (ITCS), xidmət sahəsində çalışan özəl bir şirkətdir.
 

Şirkət harada yerləşir?

İTCS şirkəti Birləşmiş Krallıqda qeydiyyatdan keçib, yerli nümayəndəliyi isə Azərbaycan Respublikasında qeydiyyatdan keçmişdir.
 

Şirkət nə işlə məşğuldur?

İTCS şirkəti əsasən neft və qaz sənayesi sahəsində xidmət göstərməklə - elektrik, avtomatika, mexanika, telekommunikasiya, tikinti və quraşdırma, kalibrləmə işləri üzrə geniş sahəli xidmətlər təklif edir.

Şirkətin fəlsəfəsi nədən ibarətdir?

Şirkətin fəlsəfəsi, hər bir müştərinin konkret məqsədlərini, çalışdıqları mühiti və çətinlikərini bilmək üçün onlarla daha yaxından işləməkdir. Bu tələblərə yaxından bələd olduqdan sonra İTCS şirkəti, layihənin kommersiya və texniki tələblərinə cavab vermək üçün yerinə yetiriləcək konkret xidmətləri müəyyən edir. Bundan başqa İTCS şirkəti hər bir layihə üçün ətraflı, dəqiq icra planı, təhlükəsizlik və ətraf mühitin qorunması siyasətini hazırlayır ki, həmin planda da işin başa çatdırılması dəqiqliklə təsvir edilir.
 
Bununla belə, şirkətin əsas məqsədi hər bir layihə üzrə keyfiyyətli iş görməklə yanaşı iş cədvəlinə, təhlükəsizlik qaydalarına və maliyyə planına əməl etməkdir.
 

Şirkətinin gələcəyə baxışı necədir?

İşçi heyətinin bacarıq və təcrübəsindən yararlanaraq müştərilərin istəklərinə uyğun innovativ həll yolları təklif edən Mühəndislik, Tikinti, Təchizat və İstismara başlama kimi xidmətlər göstərən dünya səviyyəli bir şirkətə çevrilmək, eyni zamanda işə cəlb edilən hər kəs üçün təhlükəsiz və xoş mühit yaratmaqdır.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu