25 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"AZNAR NATURAL PRODUCTS"
 
  • AZ 1095, İçəri Şəhər, Mirzə Şəfi küç., 17
    Tel.:  (99412) 492 35 32, 492 00 21, 492 15 45
    Fax:  (99412) 492 35 08
    E-mail: sales@aznar.az
    Web: www.aznar.az

 

Göyçay narları

zərbaycan tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır. Narlar tarixən Azərbaycanın demәk olar ki, bütün regionlarında yetişdirilir. Lakin quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilmәsi mərkəzi kimi qəbul edilmişdir. Şirə istehsalı üçün əsas etibarı ilə Göyçay rayonunda yetişən narlardan istifadə olunur.

əhz Göyçay narı dünyada tanınaraq, “əsl Azərbaycan narları” üçün sinonimə çevrilmişlər. Qöyçay narlarının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibidir.

Nar şirəsinin tarixində yeni dövr

erli sakinlər ta qədimdən narlardan şirə sıxırdılar, lakin müvafiq saxlanma şəraitinin olmaması ucbatından onlar şirəni konsentrat kimi qaynadır və indi “narşərab” adı ilə geniş tanınmış sous formasında istifadə edirdilər.

ar şirəsinin yeni tarixi keçən əsrin 60-ci illərində başladı. Belə ki, o dövrdə Azərbaycan SSR-nin Göyçay rayonunun rayonlararası tәdarük kontorunun bazası əsasında meyvələrdən konservləşdirilmiş şirələrin istehsal edilməsi ilə əlaqədar zavod yaradıldı. Bu zavodun əsasını və onun ilk direktoru, respublikanın kənd təsərrüfatının tarixinә çoxlu sayda şanlı səhifələr yazmış və Azərbaycanda meyvə şirələrinin istehsal olunmasının bünövrəsini qoymuş Teymur Fərəc oğlu Əhmədov oldu. Alma və tomat şirələrinin istehsalından başlayaraq o, birinci olaraq nar və heyvanın emal edilməsi təklifi ilə çıxış etdi və artıq 1978-ci ildə “Erfrut-78” (Almaniya) və “Plevdiv-86” (Bolqarıstan) adlı beynəlxalq sərgilərdə nar şirәsinә görə qızıl medalla təltif olundu. Teymur Əhmədov öz yurdunun və onun yaqut kimi narlarının vurğunu idi və arzu edirdi ki, bu narların dadı haqqında bütün ölkədə və bütün dünyada bilsinlər və tanısınlar. Beləliklə onun səyləri nəticəsində yeni ixtisaslaşdırılmış nar sovxozları yaradıldı, seleksiya nəticəsində ən yaxşı nar sortlarının köhnə plantasiyaları genişləndirildi və yeni plantasiyaların əsası qoyuldu. Bu da öz növbəsində nəinki Şirvanda, həmçinin qonşu regionlarda da narların yetişdirilmәsinin genişləndirilməsi üçün stimul verilməsinə gətirib çıxartdı.

ar istehsalı ilə məşğul olan sahənin sabit inkişafı ilə əlaqədar 1983-cü ildə artıq mövcud olan zavodla yanaşı SSRİ-də yeganə olan, 3 konveyer sistemli, o zaman ən müasir texnoloji xəttə malik, istehsal gücü saatda 15 tona çatan yeni Göyçay konserv zavodu istismara verildi. Artıq 1984-cü ildə zavodun məhsulları respublika üzrə və SSRİ-nin regionları və eləcə də dünyanın bir çox ölkələrinə tədarük olunaraq göndərilməklə böyük beynəlxalq müsabiqələrdə nüfuzlu mükafatlar əldə edirdi.

Ənənələrin bərpa olunması

SRİ-nin dağılması və bunun nəticəsi kimi ümumi istehsalın azalması Göyçay zavoduna da təsir göstәrdi. Ancaq 2006-ciı ilin əvvəlində öz atasının layiqli oğlu, tanınmış siyasi xadim və sahibkar Fərhad Teymur oğlu Əhmədov ailəsinin xeyirxah әnәnәsini davam etdirərək, onun şanlı adını özünə qaytarmaq və şöhrәtini bərpa etmək məqsədi ilə zavodu aldı.

elə ki, Fərhad Teymur oğlu Əhmədov nəinki zavodu bərpa etmək, həmçinin də baxımsız hala düşmüş və qırılıb-doğranmış nar plantasiyalarının yerində yeni nar bağlarının salınması qərarına gəlir. Onun rəhbərliyi altında qeyd olunan istehsalat sahəsinin ən müasir texnologiyalar əsasında yenidən qurulmasını və əfsanəvi nar plantasiyalarının bərpa olunmasını nəzərdə tutan investisiya proqramı işlənib hazırlandı. 2007-ci ildə zavod üçün sahə, texnoloji və sanitar-gigiyenik standartlarının ən ciddi tələblərinə cavab verən, təbii və konsentrasiyalı şirələrin istehsalının tam avtomatlaşdırılmasına şərait yaradan Avropanın “Bertussi” (İtaliya), “Riekermann” və “Şmidt” (Almaniya) kimi aparıcı firmalarının müasir texnoloji xәtlәri alındı.

ərhad Teymur oğlu Əhmədovun ən yaxın planlarında 1000 hektar sahədə yeni nar plantasiyalarının salınması, həmçinin bundan sonra da yeni texnologiyaların tətbiq edilməsinin davam etdirilməsi, keyfiyyətin artırılması və hazır məhsulların çeşidinin genişləndirilməsidir.

akin onun ən başlıca arzusu dəyişməz olaraq qalır: atası Teymur Fərəc oğlu Əhmədovun arzu etdiyi kimi – Azərbaycanın əfsanəvi narlarının təbii şirələrinin unikal dadını və çox qiymәtli təbii xüsusiyyәtlәrinin daxili keyfiyyətlərini müasir texnologiyaların köməyi ilə qorumaqla son istehlakçıya qayğı ilə toxunulmamış çatdırılmasına nail olmaq.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu