18 may 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"Pasha Strabag Concrete Supply Company"
 
  • AZ1108, Əhməd Rəcəbli küç.11/33
    Tel.:  (99412) 404 82 02
    Fax:  (99412) 404 82 02
    Моb.: (99450) 265 98 08
    Web: www.pashastrabag.az

"Pasha Strabag Concrete Supply Company" ("Paşa Strabag" beton təchizatı) Qapalı Səhmdar Cəmiyyəti 2009-cu ilin dekabr ayında təsis edilmişdir və "PAŞA İnşaat" MMC-nin tam özəlləşdirilmiş törəmə şirkətidir.

"PAŞA İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhərində bir sıra ən nüfuzlu layihələri reallaşdırmaq məqsədi ilə təsis edilmiş, kompleks xidmətlər təqdim edən layihə-tikinti şirkətidir. "PAŞA İnşaat" şirkətinin inşaat portfelinə ümumi ərazisi 1.100.000 kvadrat metrdən yuxarı olan müxtəlif tikinti layihələri daxildir ki, bunun da 775.000 kvadrat metri hazırda inşa olunmaqdadır. Bu layihələrə pərakəndə satış, yaşayış və ofis mərkəzləri, otellər, habelə iri və müxtəlif təyinatlı obyektlərin tikintisi daxildir.

Güclü rəqabətin və tələbkar mühitin mövcud olduğu beton istehsalı bazarında uğur əldə etmək və  həyata keçirdiyi əməliyyatların səmərəliliyini artırmaq məqsədi ilə "Pasha Strabag" şirkəti iri inşaat meydançaları üçün səyyar betonqarışdırma qurğularına malik olan və beton istehsalı sahəsində ixtisaslaşan Avstriyanın məşhur "Mobil-Baustoffe GmbH" şirkəti ilə İdarəetmə xidmətlərinə dair saziş imzalamışdır.

Bakı şəhərində bir nömrəli beton istehsalçısı kimi, "Pasha Strabag" şirkətinin əsas məqsədi öz müştərilərini Avropa standartlarına uyğun olaraq istehsal etdiyi yüksək keyfiyyətli və davamlı beton məhsulları ilə təmin etməkdir. Biz müştərilərimizə real fayda vermək, onları dəstəkləmək və rahat iş prosesini təmin etmək istəyirik.

Xidmətlər: Biz inşaat sənayesi üçün xidmətlər göstərən bir şirkətik və öz müştərilərimizi hər bir inşaat sahəsinin özəl ehtiyaclarına cavab verən, müvafiq spesifikasiyalı beton və materiallar ilə təmin edirik.

Keyfiyyətin təmin edilməsi üzrə biliklər: Biz dünyanın istənilən yerində, hər bir inşaat meydançası üçün tələb olunan keyfiyyət və həcm əsasında beton istehsal edərək sifarişçilərə çatdırırıq. Biz kommersiya baxımından faydalı olan istənilən işi yerinə yetirməyə hazırıq.

Məlumat: Sənədləşdirmə və idarəetmə cari tələblərə uyğun, dəqiq və şəffaf formada həyata keçirilir. Bizim müştərilər tələb olunan bütün məlumatları tez və etibarlı şəkildə əldə edə bilərlər.

Uyğunluq: Biz müştərilərimizə anlayışla yanaşaraq onları razı salmaq üçün hər gün işləyir və yaranan problemlər ilə obyektiv, operativ və etibarlı şəkildə məşğul oluruq. Biz həmişə işgüzar mühiti təmin edir və mümkün səhvlərimizə görə məsuliyyət daşıyırıq.



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu