25 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

“AVM” MMC
 
 Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi sayəsində Azərbaycan ötən əsrin sonlarından başlayaraq bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olmasına nail olub. Dövlət başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik mükəmməl iqtisadi strategiya nəticəsində iqtisadi inkişaf daha da sürətlənib. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, kompleks islahatlar iqtisadiyyatın şaxələndirilməsinin əsas komponentləri olub.  AVM şirkəti yarandıgı gündən Azərbaycan iqtisadiyatının qeyri neft sektorunda ölkəmizin  inkişafı üçün öz kiççik tövhəsini verməyə calışmış və cənab Prezident İlham Əliyevin bü sahədə hər zaman dəstəyini hiss etmişdir .

“AVM”MMC firması ölkəmizdə gedən tikinti işlərinə qoşulmuş və bu sahəyə öz tövhəsini vermişdir.

“AVM”MMC firmasının əsas fəaliyyət növü:

İstehsalat, layihələndirmə, inşaat, istilik, ventilyasiya, kondisionerləşdirmə, avtomatik idarə olunma sistemləri və bu sahələr üzrə servis xidmətlərinin təşkil edilməsindən ibarətdir.

“AVM”MMC – Almaniyanın “WOLF” firmasının Azərbaycandakı yeganə rəsmi dileridir.

Elecə də Almaniyanın “KERMİ”, Yunanıstanın “İNTERKLİMA”, Amerikanın “CARRİER” firmasının da Azərbaycan üzrə eksklüziv distrubuteridir və  “SAUTER” firmasının Azərbaycandakı “Mühəndis – mərkəzi”-dir.

Fəaliyyət göstərdiyi dövr ərzində firma yerinə yetirdiyi işlərin münasib qiymətlərlə, vaxtında və keyfiyyətlə görülməsinə görə Respublikada özunəməxsus imic qazanmış və müvafiq olaraq bir neçə tenderlərin qalibi olmuşdur.

“AVM” firması aşağıda göstərilən bir sıra mühüm obyektlərdə görülmüş işlərin icraçısıdır.

  1. Azərbaycan Dövlət Opera və Balet Teatrının binasında ventilyasiya və binadaxili isitmə sisteminin (fan-koyl və radiatorların) Avropa standartlarına uyğun yenidən quraşdırılması.
  2. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin təlim – tədris kompleksində saatda bir milyon kkal. istilik verən “RENDAMAX” istilik qazanının quraşdırılması və bu günkü günə kimi istilik qazanxanasına servis xidmətinin göstərilməsi.
  3. Bakı Metropoliteni tikintisinin Şərq sahəsidə ventilyasiya və havanın kondisionerləşdirilməsi üzrə avtomatika sisteminin quraşdırılması.
  4. Bakı şəhəri Nərimanov rayonunda inşa edilmiş Uşaq Reabilitasiya Mərkəzinin istilik qazanxanasının istilik xətti ilə birlikdə quraşdırılması.
  5. Azərbaycan Dövlət Flarmoniyasının mərkəzi avtomatik idarəetmə sistemlərinin quraşdırılması.
  6. Azərbaycan Dövlət Dram teatrının binasının çiller,  ventilyasiya, kondisioner və fan-koyl sistemlərinin quraşdırılması.
  7. “Qafqaz” konserv zavodunun ventilyasiya sisteminin və avtomatik idarəetmə sistemlərinin quraşdırılması.
  8. Quba, Bərdə Olimpiya komplekslərinin istilik, ventilyasiya sistemlərinin quraşdırılması.
  9. 16 mərtəbəli yaşayış binasında mərkəzi kondisioner sisteminin quraşdırılması (ELİT – İnşaat).
  10. 15 mərtəbəli yaşayış binasında mərkəzi kondisioner sisteminin quraşdırılması (İNŞAATÇILAR MTK).
  11. “PALAS – OTEL” mehmanxanasının mərkəzi kondisioner, istilik və fankoyl sistemləri.
  12. Lənkəran idman stadionu – istilik və kondisionerləşmə işləri (“Xəzər” futbol klubu)
  13. H. Əliyev adına İdman – Konsert Kompleksi – istilik sistemləri qazanxana və ventilyasiya sisteminin quraşdırılması.
  14. “Gülüstan” sarayı ventilyasiya sisteminin quraşdırılması.
  15. Lənkəran “Süd” zavodu – ventilyasiya sisteminin quraşdırılması.
  16. Əl oyunları və Yüngül atletika manejində ventilyasiya, kondisionerləşmə və istilik sistemlərinin quraşdırılması.
  17. Zığ izolyasiya zavodu – ventilyasiya və avtomatlaşdırma sistemləri.
  18. “AZƏRSUN” yağ zavodu   – ventilyasiya sisteminin quraşdırılması.
  19. “KARAT HOLDİNG”-in inşa etdiyi 25 mərtəbəli və 16 mərtəbəli binalarda mərkəzi kondisioner sistemi.
  20. “ZQAN HOLDİNQ”-ə məxsus 14 mərtəbəli ofis binası.
  21. “BAGHLAN QRUP”-un sifarişi ilə tikilən “Beynəxalq Avtovağzal”-ın mərkəzi kondisioner sistemi quraşdırılması.
  22. “AGDAM” Olimpiya Kompleksinin mərkəzi kondisioner sisteminin quraşdırılması.
  23. “Azəriqaz” İnzibati binasının mərkəzi kondisioner sisteminin quraşdırılması.
  24. “ÇIRAQ – PLAZA” mehmanxanasının mərkəzi kondisioner sisteminin quraşdırılması.
  25. Badamdart qəsəbəsində MONALİT PLAZA otelin mərkəzi kondisioner sisteminin quraşdırılması.

“AVM” firması öz istehsal sahələri ilə də tanınmışdır. Firma ventilyasiya sistemində istifadə olunan: mənfəz, slot, diffuzor, zaslonka, jalyüz, damper,  inşaat işlərində divar və tavan  profilləri ,elektrik avadanlıqları, yangın şitləri,kollektor dolabları və.s  istehsalı ilə də məşğuldur.

Beləliklə, qeyd edilənləri nəzərə alaraq müasir tələblərə uyğun İstehsalat, layihələndirmə, tikinti-quraşdırma, sazlama işlərinin mükəmməl icraçısı kimi “AVM” firması ilə işbirliyi Sizin gələcək planlarınızın reallaşmasında DÜZGÜN istiqamət olardı.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu