25 aprel 2024


BİZNES VƏ MALİYYƏ > Bank avadanlıqları > Biznesə köməkçi (yardımçı) xidmətlər > Broker və diler şirkətləri > Birja və Fond > Bazar araşdırmaları > Kreditlər və investisiyalar > Lizinq > Sığorta > Holdinqlər > Biznes mərkəzləri > Banklar

"FinansLizinq" ASC
 

FinansLizinq ASC 2007-ci ilin 01 may tarixindən etibarən fəaliyyət göstərir.Şirkət 11 nəfər rezident fiziki şəxs tərəfindən təsis olmuşdur. Nizamnamə kapitalı (təsis kapitalı) 100.000 AZN həcmində olmuşdur. Şirkət əsasən minik, yük və sərnişin avtomobillərinin, daşınmaz əmlakın, maşın və avadanlıqların lizinqini həyata keçirir. Şirkət müxtəlif sektorları təmsil edən subyektlərə lizinq xidməti göstərir. Onlardan nəqliyyat, kənd təsərrüfatı, sənaye, ticarət, istehlak, daşımaçılıq və sair sahələr üstünlük təşkil edir. Şirkətin əsas maliyyə göstəriciləri 2007, 2008 və 2009-cu ilin yekunlarına görə müvafiq olaraq aşağıdakı kimi olmuşdur: (min AZN-lə) cəmi aktivlər 933.9, 2050.5 və 2011.8 manat nizamnamə kapitalı 100 və 1200, lizinq portfeli 926, 2038.7 və 1847.5 xalis mənfəət 11.2, 160.6 və 223.8 manat təşkil etmişdir. Şirkət 2008-ci ildə ardıcıl olaraq iki dəfə səhm emissiyası (mart ayında 500 min, sentyabr ayında isə 600 min) həyata keçirərək nizamnamə kapitalını 1200 min manata çatdırmışdır. Eyni zamanda şirkət hər biri 600 min manat olmaqla üç dəfə də istiqraz emissiya etmişdir. Şirkət 200-dən artıq təqribi 20-si hüquqi şəxs olmaqla müştəriyə lizinq xidməti göstərmişdir. Şirkətin fəaliyyət coğrafiyası da kifayət qədər genişdir, belə ki, müştərilər respublikanın 25-dən artıq rayonunu təmsil edir. Şirkətin strateji hədəfləri portfelin həcmini artırmaq, sağlam lizinq portfelinə malik olmaq, göstərilən xidmət keyfiyyətini yüksəltmək, qiymətini aşağı salmaqla şəffaf-sağlam fəaliyyət göstərən, biznes mühitində yüksək reytinqə və maliyyə göstəricilərinə malik, etibarlı şirkət imici qazanan müştəri cəlb etmək, şirkətin malik olduğu üstünlüklərdən istifadə edərək çevik, daha az riskli siyasət apararaq onu inkişaf etdirmək, mövcud çatışmamazlıqları aradan qaldırmaqdır. Hal-hazırda, FinansLizinq ASC elə bir mərhələyə çatmışdır ki, artıq bazarı tədqiq edir, imkanları müəyyənləşdirir, potensial sifarişçi seqmentlərini aşkarlayır, bazarda lizinq xidmətlərinə artan tələbi ödəmək üçün komanda formalaşdırır və qüvvə və imkanlarını genişləndirir.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu