23 aprel 2024


BİZNES VƏ MALİYYƏ > Bank avadanlıqları > Biznesə köməkçi (yardımçı) xidmətlər > Broker və diler şirkətləri > Birja və Fond > Bazar araşdırmaları > Kreditlər və investisiyalar > Lizinq > Sığorta > Holdinqlər > Biznes mərkəzləri > Banklar

"AZƏRBAYCAN LİZİNQ ŞİRKƏTİ"
 
  • AZ 1000, Bakıxanov küç., 6, BRIDGE PLAZA, 4-cü mər.
    Tel.:  (99412 ) 404 54 54
    Fax:  (99412 ) 404 54 55
    E-mail: office@ansar.az
    Web: www.ansar.az
 "Azərbaycan Lizinq Şirkəti" MMC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası tərəfindən təsis edilmiş və 2008-ci il dekabr ayının 12-də rəsmi dövlət qeydiyyatından keçmişdir. Ticarət nişanı “ANSAR LEASİNG” olan şirkətin nizamnamə kapitalının həcmi 5000000 manat təşkil edir. Müəssisə əsasən maliyyə lizinqi xidmətlərinin göstərilməsilə məşğuldur. Fəaliyyətində Şəriət qaydalarını rəhbər tutan müəssisə qısa müddət ərzində Azərbaycanın lizinq bazarında aparıcı mövqeyə sahib olmaq niyyətindədir. Şəriət qaydaları əsasında fəaliyyət göstərmək müştərilərin maraqlarını müdafiə etməyə və onların rəğbətini qazanmağa xidmət edir. Professional əməkdaşlarımız müştərilərimizin məmnunluğu üçün əllərindən gələni əsirgəmirlər.

“Əl-Ənsar” sözünün mənası “kömək edən”, “qoruyan” deməkdir. Bu sözün başqa mənası da var. Müsəlman tayfaları Məkkədən Yəsribə köç edən zaman Ansarlar (“müttəfiqlər”, “yardım əli uzadanlar”), yəni Yəsrib tayfaları Məhəmməd Peyğəmbəri özlərinin dini müəllimi kimi qəbul ediblər. Onlar mühacirlərə köməklik göstərmiş və Mədinə şəhərində qalmaq üçün yer vermişlər.

MƏQSƏD: 
MÜŞTƏRİLƏRİN LİZİNQ XİDMƏTİNƏ OLAN TƏLƏBATINI DÜNYA STANDARTLARINA UYĞUN, MÜASİR TEXNOLOGİYAYA ƏSASLANAN MALİYYƏ LİZİNQİ ƏMƏLİYYATLARI VASİTƏSİ İLƏ ÖDƏMƏK.

MƏRAM: 
YENİLİKLƏR GƏTİRMƏKLƏ, PEŞƏKAR KADRLARIN İŞ FƏALİYYƏTİ VƏ YÜKSƏK IŞGÜZARLIĞI HESABINA AZƏRBAYCANDA ŞƏRİƏT QANUNLARI ƏSASINDA FƏALİYYƏT GÖSTƏRƏN APARICI LİZİNQ ŞİRKƏTİ OLMAQ. LİZİNQ ALANLARIN RƏĞBƏTİNİ QAZANMAQ.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu