LAOUMANN məhsullarının bütün ceşidlərini tikinti sahəsində fəaliyyət gostərən ixtisaslaşmış tikinti şirkətlərinin, tikinti sistemlərinin montajı ilə, topdan satışı ilə məşğul olan şirkətlərin, planlaşdırma büroları və memarların, tikinti obyektlərinin sahibi olan ozəl və dovlət təşkilatlarının nəzərinə catdırırıq.
Dünya bazarlarında qazandığımız uğurun əsasında aşağıdakı prinsip və imkanlar durur:
• Biznes tərəfdaşlarımızla qarşılıqlı faydalı əməkdaşlığın qorunub saxlanması və inkişafı, işdə dəqiqlik və müntəzəmlik, müştərinin hər bir istəyinin vaxtlı-vaxtında və effektiv şəkildə yerinə yetirilməsi, işdə vicdanlılıq, açıqlıq və şəffaflıq;
• Bütün texniki sənədləşmələrin, frezerlərin və onların qəliblərinin, proqram təminatının və məhsul nümunələrinin, avadanlığın qaydaya salınmasına təminat;
• Heyətin yüksək ixtisaslaşması, professional məsləhətləri və pəncərə konstruksiyalarının istehsalı ilə bağlı bütün məsələlərdə yardım, istehsalçı heyətin məqsədyonlü şəkildə təlimatlandırılması;
• Azərbaycanın əsas şəhərlərində ticarət anbarlarının və nümayəndəliklərin movcudluğu;
• Boyük həcmdə məhsul ceşidlərimiz və onların Sizə uyğun vaxtda yüklənməsi;
• Anbar və ofisin eyni bir məkan daxilində olması;
• Marketinq və reklam dəstəyi;
• Yüksək istehlakçı keyfiyyətlərinə malik olan və qüsursuzluğu ilə secilən LAOUMANN profil sistemlərinin əlverişliliyi.
LAOUMANN profilli pəncərələr sübut edir ki, dəyər verdiyimiz bütün arzuları həyata kecirmək mümkündür.
Biz Sizə istənilən layihələrin hazırlanması və həyata kecirilməsində dəstək olmağa hazırıq.
Bu səhifənin daimi ünvanı |
Bu səhifəyə keçid kodu |
|