26 aprel 2024


ƏYLƏNCƏ VƏ İSTİRAHƏT > Əyləncə mərkəzləri > Restoranlar > Turizm agentlikləri > Sanatoriyalar və istirahət zonaları > Distribütiv bron sistemləri > Mehmanxanalar > Aviaşirkətlər > Pablar və barlar > Klublar > Kafe - Restoran > Şadlıq sarayları

“ATLANT” MMC
 
  • AZ 2700, Xaçmaz r-nu, Nabran qəs.
    Tel.:  (99412) 418 66 47, 441 58 48
    Fax:  (99412) 441 58 48
    Моb.: (99450) 375 47 47, (99455) 810 47 47
    E-mail: office@atlant-az.net
    Web: www.atlant-az.net
 
2002-cü ildə Azərbaycanın şimalında, məşhur istirahət bölgəsi olan Xaçmaz rayonu, Nabran qəsəbəsində, Xəzər dənizinin sahilində yeni istirahət guşəsi– “Atlant” ailəvi istirahət və əyləncə mərkəzi açılmışdır.
Mərkəzin yerləşdiyi ərazi gözəl təbii şəraitə və mənzərəyə malikdir. Tanıyanları hər dəfə buralara geri dönməyə çəkən təbiətin bir xüsusiyyəti vardır ki, bu da müxtəlif bitkilərlə zəngin meşənin dənizin tam sahilindən başlamasının heyranedici mənzərəsidir. Təbiətin bu kimi gözəllikləri bizə, qonaqlarımıza təqdim etdiyimiz tədbirlərin sayını artırmaq imkanı verir. Tərəfimizdən təşkil olunan meşə gəzintiləri zamanı meşənin təravətli havası və təbiətlə birbaşa təmas imkanı qazanmış olacaqsınız. Müxtəlif dəniz əyləncələri də həm sağlamlığa xeyrli həm də bir sıra təəsüratlar buraxacaq. Dənizin səsi, yarpaqların xışıltısı, quşların civiltisi yay səslərinin harmoniyasını tamamlayaraq “Atlant”-da keçirəcəyiniz unudulmaz günlərin ab-havasını yaradacaq.
Bizim mərkəzin qonaqları üçün nəfis həm də bir doğma atmosfer yaradılmışdır. Ən azı, şəhərin təlaşlı həyatından məhz burada qurtulmaq imkanı əldə edəcəksiniz.
Xaçmaz rayonu İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən, Xaçmaz rayonu, Nabran qəsəbəsində istirahət düşərgəsinin tikintisi ücün 10 ha torpaq səhəsi ayrılmışdır. Kompleksin tikilib tam başa çatması 2006-cı ildə nəzərdə tutulmuşdur. Tikinti işləri 2001-ci ildə başlanmışdır və 2002- cü ildə 20 ədəd 2-3 otaqlı kotteclər istifadəyə verilmişdir.2004- cü ildən isə 320 nəfərlik istirahət yeri tikilib başa çatdırılmışdır. 2006- cı ildə tikinti işləri davam etdirilmiş və kompleks nəzərə tutulan layihə gucünə çatdırılmışdır, belə ki, 2008 ildə 6 mərtəbəli otel bina tikilib istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin verdiyi dərəcə nişanına əsasən, “Atlant” İstirahat və Əyləncə Mərkəzi 4 ulduz kateqoriyasına layiq görulmüşdür.
Gələcək planlar barədə dedikdə xidmətin keyfiyyətinin daha da yüksəldilməsi və ya xarici turistlərin “Atlant” Ailəvi İstirahət və Əyləncə Mərkəzinə cəlb edilməsi üçün mütəmadə xarici turist şirkətləri ilə danaşıqlar aparılır müqavilələr bağlanılır.

Nömrələr kabel televiziyası ilə və daxili telefonlarla təchiz edilmişdir.Cümə və şənbə günləri estrada ulduzlarının iştirakı ilə şou-tədbirlər keçirilir. Cavanlar 1500 nəfərlik gecə klubunda (diskotekada) əylənə bilərlər. Ekzotika həvəskarları bizim mərkəzə aid bar mağara, yelkənli qayıq-barda qeyri-adi və maraqlı şəraitlə qarşılaşacaqlar. Mərkəzdə bundan əlavə, turistlər üçün 500 nəfərlik İsveç stolu və 600 nəfərlik milli, avropa üslubunda hazırlanmış təamlarla zövqünüzü oxşaya biləcək restoran fəaliyyət göstərir.3 hissədən ibarət olan Akvaparkda su əyləncələri: Böyüklər üçün 10 və uşaqlar üçün 2 akvapark(Biz Sizin uşaqlarınız haqqında da düşünməyi unutmamışıq). Akvaparkın hovuzlarının həcmi – uyğun olaraq 5100 və 1000 kub metrdir.Avtomobilləriniz üçün örtülü avtodayanacaq nəzərdə tutulmuşdur.

“Atlant” MMC-də mövcud olan otaqlar:

2 otaqlı lüks kotteclər, 3 otaqlı lüks kotteclər, 3 otaqlı yarı - lüks kotteclər, 4 otaqlı lüks kotteclər,

4 otaqlı 2 mərtəbəli lüks kotteclər, 1 otaqlı korpus tipli otaqlar, 2 otaqlı korpus tipli lüks otaqlar

Dupleks lüks otaqlar,  6 mərtəbəli otel bina 1 və 2 otaq

“Atlant” MMC-də aşagıdakılar mövcuddur:

Restoran xidməti açıq və bağlı 350 nəfərlik, konfrans zalı – isveç stolu 500 nəfərlik, gəmi bar 60 nəfərlik, bar mağara 85 nəfərlik, hovuz ətrafı yay kafesi 150 nəfərlik, kompüter – internet oyunları 20 nəfərlik, diskoteka 800 oturacaq yeri, böyuklər və uşaqlar üçün hovuzlar, böyüklər ücün 10 ədəd akvapark, uşaqlar ücün akvapark, stolüstü oyunlar tennis və bilyard, avtodrom, uşaqlar üçün əyləncə şəhərciyi, idman məşq növləri 10 ədəd, stolüstü xokkey, sauna 12 ədəd, salyari, avtoyuyucu, badminton, karting, həlqə, uşaqlar üçün yelləncək, venetsiyada qayıqla gəzinti, futbol meydançası, basketbol, voleybol, böyuk tenis, çimərlik voleybolu, uşaqlar uçün maşınlar, velosiped, tir, peintbol, tibb mərkəzi, bərbərxana, camaşırxana, örtülü maşın dayanacağı. “Atlant” İstirahət və Əyləncə Mərkəzinin içməli su təminatı 1 bulaq, 3 artezian quyusu ilə təmin olunur. Ehtiyat su çənləri 300 m3 su tutur. Elektrik enerjisı mərkəzləşdirilmiş şəkildədir. Elektrikin kəsildiyi halda enerji 4 dizel generatorla təmin olunur: 1-cisi 50 kvt, 2-cisi 100 kvt, 3-cüsü 200 kvt, 4-cüsü 500 kvt. Turistlərin isti su ilə təmin edilməsi üçün alternativ enerji növü olan günəş enerjisindən istifadə üçün 400 ədəd kollektor quraşdırılmışdır. 9 kvt-lıq küləkdən alınan elektrik enerjisi il boyu ərazinin işıqlandırılmasına yönəlmişdir. İstirahət edənlərə tibb məntəqəsinin nəzdində təcili yardım maşını xidmət edir.Sutka ərzində “Atlant” Ailəvi İstirahət və Əyləncə Mərkəzi 800 nəfər turist qəbul edə bilir. “Atlant” Ailəvi İstirahət və Əyləncə Mərkəzinin yay mövsümü üçün sutkalıq tarif qiymətləri və aşağıda göstərilən xidmətlər daxilindədir. Hesabat vaxtı 12-00 dan növbəti gün saat 12-00 qədər hesab edilir. 1. “ATLANT” Ailəvi İstirahət və Əyləncə Mərkəzində 1 və 2 otaqlı 2 mərtəbəli korpus tipli binalarda və 6 mərtəbəli oteldə 1 və 2 otaqlılarda 1 nəfərin qalmaq haqqı İsveç masasında gün ərzində 3 dəfə yemək və 26 növ əyləncələr daxil olmaqla, 40 AZN təşkil edir. 2. İsveç masasında səhər yeməyi 4 man, nahar yeməyi 7 man, şam yeməyi 7 manat təşkil edir. (Cəmi 18 AZN )

DAXİL OLAN ƏYLƏNCƏ NÖVLƏRİ

1. Böyüklər üçün akvaparklar,  2. Uşaqlar üçün akvaparklar,  3. Hovuzlara giriş, 4. Venetsiyada qayıqla gəzinti

5. Stolüstü tennis,  6. Diskotekaya giriş,  7. Futbol meydançası, 8. Bilyard,  9. Basketbol, voleybol, 10. Böyük tennis

11. Çimərlik voleybolu, 12. Uşaqlar üşün yelləncəklər,  13. Uşaqlar üçün əyləncə şəhərciyi,14. Badminton

15. Həlqə,  16. 10 ədəd idman məşq növləri


Cəmi 26 növ əyləncə

 
 
 
 

 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu