“HAKİM” MARKET
Müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında başlamış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər şirkət və müəssisələr kimi, bizim də şirkətlərimizin uğurla inkişaf etməsinə və ən yüksək göstəricilər əldə edərək birincilər sırasına qoşulmasına səbəb olmuşdur.
Azərbaycanda son 14 il ərzində yaradılmış iqtisadi-inkişaf, sabitlik və bazar iqtisadiyyatının tələblərinə uyğun qurulmuş azad rəqabət mühitindən faydalanan şirkətlər sırasında “HAKİM” HOLDİNQ şirkətlər qrupu da vardır.
1994-cü ildən bəri fəaliyyət göstərdiyi Azərbaycan Respublikası ərazisində müxtəlif xidmət sahələrinə yatırdığı sərmayələr və qazandığı uğurlar hesabına inkişaf etmiş şirkətlərimiz, Azərbaycanda özəl sektora yaradılan dövlət qayğısından maksimum dərəcədə bəhrələnmiş, Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğunu, azad sahibkarlığa geniş imkanlar yaradılmasını, özəl sektora göstərilən hərtərəfli dövlət qayğısını diqqətə almış və Avropa inteqrasiya prosesinin tələblərindən irəli gələn məsələləri əsas tutaraq 2008-ci ilin yanvar ayında “HAKİM” HOLDİNQ şirkətlər qrupunu təsis etmişdir.
İldən ilə inkişaf edən və genişlənən şirkətlərimiz yeni-yeni layihələr həyata keçirməklə yanaşı təhsil, idman və s. sosial istiqamətli sahələrin də inkişafına dəstək verir.
14 illik qısa bir zaman kəsiyində müxtəlif uğurlara imza atmış şirkətlərimiz Respublikamızın paytaxtı Bakı şəhərində müxtəlif layihələr həyata keçirmişdir. Şirkətlərimiz həmçinin Naxçıvan MR-da da özəl sektora yaradılan dövlət qayğısından bəhrələnmiş və MR ərazisində də bir sıra layihələrin uğurla həyata keçirilməsinə nail olmuşdur.
Təsisçisi “HAKİM” HOLDİNQ MMC olan şirkətimizin tərkibinə şüşə qablar istehsalı, ticarət mərkəzləri, yanacaq doldurma məntəqələri, restoranlar və s. xidmət sahələri daxildir. “HAKİM” HOLDİNQ bu gün və gələcəkdə həyata keçirməyi planlaşdırdığı layihələr ilə xalqımıza və dövlətimizə sədaqətli olmağı özünün ən qabaqcıl iş hesab edir .
Məqsədimiz rəhmətlik Hakim Sahib oğlu Əliyevin adını daşıdığı “HAKİM” HOLDİNQİN fəaliyyət dairəsini daha da genişləndirmək və Respublikamızın sosial-iqtisadi inkişafının yüksəldilməsində yaxından iştirak etmək və onu mərhumun adına layiq bir dünya şirkəti etməkdən ibarətdir.
Bu səhifənin daimi ünvanı
|
Bu səhifəyə keçid kodu
|