24 aprel 2024


Kompüter və İnternet > Kompüterlər və orqtexnika > Kompüterlərin ümumi qulluq və təmiri > Kompakt disklər > Proqram təminatı > Telekommunikasiya avadanlıqları > İstehsal printerləri. Servis və satış

"SİNAM" Şirkəti
 

Şirkətin tarixi

1994-cü ildə təsis edilən SİNAM şirkəti kompüter bazarında və telekommunikasiya texnologiyaları sahəsində etibarlı tərəfdaş kimi tanınır. ŞirkətheyətininəsasınıAzərbaycan Respublikası Milli ElmlərAkademiyasının Kibernetika İnstitutunun mütəxəssisləri təşkil edir.

1997-ci ilin iyul ayından etibarən SİNAM Amerika Ticarət Palatasının üzvüdür.

2005-ci ilin dekabr ayında SİNAM şirkəti İSO 9001:2000 beynəlxalq keyfiyyət sertifikatını almışdır. Bu sertifikat SİNAM-da biznes-prosesin beynəlxalq standartlara uyğun təşkilini təsdiq edir, həmçinin, şirkətin xidmətlərinin yüksək keyfiyyətli olmasına zəmanət verir.

İnformasiya kommunikasiya texnologiyaları sahəsində liderlərdən sayılan SİNAM şirkətində hazırda 100-dən çox mütəxəssis çalışır. SİNAM ilk Azərbaycan şirkəti olaraq 2005-ci ildə Almaniyanın Hannover şəhərində keçirilən yüksək texnologiyalar üzrə beynəlxalq CeBIT sərgisində iştirak etmişdir. Dünyanın İKT sahəsində ən irimiqyaslı sərgisi sayılan CeBIT-də SİNAM şirkəti 2006-cı ildə də iştirak etmişdir.
 

Nailiyyətlər və mükafatlar

2007 - PKİ Infrastrukturu üçün "e-İmza" həllərinin yaradılmasına görə "İnformasiya texnologiyaları" nominasiyasında "İntellect-2007" mükafatı.  

2007 - "İlin İT şirkəti" nominasiyasında "Caspian Energy Award 2007" mükafatı

2006 - "Dövlət əmək resurslarının idarəolunması sistemi"nin yaradılmasında verdiyi töhfəsinə görə SİNAM şirkətinin prezidenti Elçin Əliyev "İnformasiya texnologiyaları" nominasiyasında "İntellect-2006" mükafatını almışdır.

2006 - SİNAM şirkətinin prezidenti Elçin Əliyev Rusiya Federasiyasının Həmkarlar Birliyinin Mərkəzi Komitəsinin medalla təltif olunmuşdur

2006 - Gömrük sahəsində nümayiş etdirdiyi əməkdaşlığa görə SİNAM şirkətinin prezidenti Elçin Əliyev Dövlət Gömrük Komitəsinin medalla təltif olunmuşdur

2004 - Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların öturülməsi şəbəkəsinin yaradılması" layihəsi çərçivəsindəki fəaliyyətinə görə "İlin layihəsi" nominasiyasında "İntellekt-2004" mükafatı.

2003 - UNECE beynəlxalq təşkilatı tərəfindən "E-hökumət sahəsində ən yaxşı layihə" mükafatı.

Uğur fəlsəfəsi

SİNAM şirkəti Azərbaycanın informasiya texnologiyaları bazarının başlanğıcında duran şirkətlərdəndir, və 16 ildir ki, sözügedən bazarın liderlərindən biri hesab edilir. SİNAM şirkəti Azərbaycan bazarında müasir informasiya texnologiyalarının və həllərinin təchizatçısıdır. Şirkətin fəaliyyəti Azərbaycanın müxtəlif institutlarının biznes-proseslərinin səmərəliliyinin artırılmasına və optimallaşdırılmasına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, həmçinin yeni Azərbaycanın cəmiyyətində informasiya mübadiləsinin təkmilləşdirilməsinə istiqamətlənir.
SİNAM şirkətinin əsas fəaliyyət prinsipləri:

  • Tərəfdaşlarla münasibətlərə sadiqlik;
  • Peşəkarlığın üstün tutulması;

• Öz rəqabət üstünlükləri və müvafiq mühit sayəsində müxtəlif məsələlərin planlaşdırılması və onların həyata keçirilməsi.

SİNAM şirkətinin uğurunun tərkibi:

  • Azərbaycanın informasiya texnologiyarı bazarının ən perspektivli seqmentlərinə və region ölkələrinin sürətlə inkişaf edən bazarlarına istiqamətlənmiş biznesin inkişafı strategiyası;
  • Dünyanın tanınmış texnoloji avadanlıq istehsalçıları ilə uzunmüddətli əməkdaşlıq;
  • Azərbaycanı və region ölkələrini əhatə edən geniş və etibarlı tərəfdaşlar şəbəkəsi;
  • Uzunmüddətli əməkdaşlığın zəmanəti kimi hər bir müştərinin tələbinə və probleminə ayrı-ayrılıqda xüsusi diqqət;
  • Nadir ekspertiza və peşəkar proqramçı/mütəxəssis komandasının 16 illik təcrübəsi.
Peşəkarlar komandası

SİNAM PEŞƏKARLAR KOMANDASIDIR

ISO 9001:2000 Ns 22043

SİNAM şirkəti ISO 9001:2000 keyfiyyət sertifikatına malikdir. Sertifikat SİNAM şirkətinin fəaliyyətinin aşağıdakı istiqamətlər üzrə beynəlxalq standartlara uyğunluğunu göstərir:

  • İri telekommunikasiya layihələrinin və inteqrasiya sistemlərinin işlənib hazırlanması və tətbiqi,
  • Proqram təminatının hazırlanması,
  • İnternet servis xidmətləri,
  • Kompüter və ofis texnikasının təmiri və texniki xidməti,
  • Kompüter və şəbəkə avadanhğının, proqram məhsullarının satışının
    təşkil edilməsi,
  • Lokal şəbəkələrin quraşdırılması və dəstəyi,
  • İnformasiya texnologiyaları sahəsində konsaltinq xidmətləri.

SİNAM şirkətinin mütəxəssisləri aşağıdakı sertifikatlara malikdir:

  • CISCO Access Routing & LAN Switching Specialist- CQS-CARLSS
  • Cisco Sales Expert-CSE
  • PIE(Process Ware Integration Environment
  • ABBYY FormReader 6.0 Desktop Edition ABBYY FormDesigner
  • Proxim Wireless System Engineer
  • Alcatel Service Router Product family overview
  • Project Manager. Core and Additional element of IPMA Competence Baseline Process,Procedures and Information Technology

 

 


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu