14 iyun 2021


MALLAR VƏ XİDMƏTLƏR > Menecment və konsaltinq > Kadr agentlikləri > Mətbəələr > Distribüterlik > Ketrinq > Barter > Xidmətlər toplusu > Avtomatlaşdırma sistemi > Mühafizə fəaliyyəti > Tərcümə xidmətləri > Təmizləmə > Hüquq xidmətləri > Audit və mühasibat uçotu > Təhlükəsizlık sistemləri > Sertifikatlaşdırma > Reklam agentlikləri > Proqram təminatı > Mətbəə xidmətləri > Ağıllı evlər və binalar > Ağıllı ev > Tikinti şirkətləri > Layihələrin Təşkili > Generatorlar > Qiymətləndirmə > Yaşıllaşdırma > Suvarma

“Təmiz Şəhər” ASC
 
 Abşeron regionundakı mövcud ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 sentyabr  2006-cı il tarixində «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı» təsdiq olunmuşdur. Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyəti vardır.

Kompleks Tədbirlər Planında ətraf mühitin mövcud  vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Belə ki, Bakı Buxtasının, Bibi Heybət zonasının, H. Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər məsələlər tədbirlər planında əks olunmuşdur.

Kompleks Tədbirlər Planı üzrə təsdiq olunmuş vəzifələr üzrə Abşeron yarımadasında məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi ilə bağlı məsələlərin həll olunması da bu vəzifələr arasındadır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2008-ci il 6 avqust tarixli "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" sərəncama görə Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması Bakı Şəhər İcra Hakimiyyətinə səlahiyyətində qalır. Sərəncama əsasən təsis olunan "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti isə Bakının ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir. 

12 mart 2009-cu ildə “Təmiz Şəhər” ASC dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlamışdır. “Təmiz Şəhər” ASC dövlət müəssisəsi olmaqla, öz təsərrüfat fəaliyyətini müstəqil qurmuşdur, onun ümumi idarəetmə və fəaliyyətinə nəzarət səlahiyyətləri təsisçi qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və İqtisadi İnkişaf Nazirliyi, həmçinin İqtisadi İnkişaf Nazirliyinin formalaşdırdığı Müşahidə Şurası tərəfindən həyata keçirilir.

Cəmiyyətə tullantıların yerləşdirilməsini və utilizasiyasını müasir standartlara cavab verən şəkildə qurmaq və idarə etmək, bu prosesi mütəşəkkil qaydada həyata keçirmək, həmçinin şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək həvalə olunmuşdur.    

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu