25 aprel 2024


MƏLUMAT VƏ MEDİA > Telekommunikasiya avadanlıqları > Peyk əlaqəsi > Radio stansiyaları və reproduktorlar > Radio və TV > Provayderlər > Mobil əlaqə > İnformasiya agentlikləri > Nəşriyyatlar > Jurnallar > Qəzetlər > Simsiz əlaqə

“General Boards System” GBS MMC
 
  • AZ 1000, Böyük Şor küç., 11/2062
    Tel.:  (99412) 565 01 42, 565 01 43, 565 01 44
    Fax:  (99412) 565 01 42
    E-mail: office@gbs-az.com
    Web: www.gbs.az
 Müasir dövrdə yüksək keyfiyyətli elektrik avadanlıqlarına olan tələbatları nəzərə alaraq, Azərbaycan Respublikası Energetikanın inkişaf qanunlarına əsasən 2006-cı ildə Bakı şəhərində 0,4-35 KV-luq elektrik paylayıcı lövhələri istehsal edən “General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyət təsis edilmişdir.
 

 

Bu məqsədlə BEK və DÜİST standartlarına uyğun istehsal və sınaq sahələri yaradılmışdır, proqram təminatlı yüksək texnologiyaya malik avadanlıqlar alınmışdır. 6-35 KV-luq yüksək gərginlikli paylayıcı qurğular və 0,4 KV-luq müxtəlif paylayıcı elek trik lövhələrinin konstruksiya və texniki xarakteristikaları DÜİST, Beynəlxalq standartlar və qəbul edilmiş normalar əsasında işlənib hazırlanmışdır. Yığma kameralar, onların daxilinə quraşdırılmış elementlər və məmulatlar DÜİST 9920-96, 1516-1,2 izolyasiya standartları, DÜİST 14254-96 – iqlim standartları, İEC 60255-3, DÜİST 687, 7,5-36 KV-luq vakuum açar standartları (Tavrida BB/TEL, Samara SEŞ və 3AH açarlarının), BEK 60-056 və 60-694 Beynəlxalq standartları - VDE 0670 Alman və BS 5311 İngilis standartlarına uyğundur.

 

Yığılmış kameralarda quraşdırılmış açarlar, ayırıcılar, şinaltı və tutum indikasiyalı dayaq izolyatorları 150 kV-luq sınaq qurğusunda DÜİST 1516-1,2-ə uyğun olaraq sınaq edilirlər. Sınaqlarda izolyasiya elementlərinin elektrik möhkəmlikləri ilə yanaşı onların daxilindən və səthindən keçən sızma cərəyanlarının cəmi də ölçülür. İstehsal etdiyimiz məhsullar bütün müştəri lərimiz tərəfindən bəyənilir və uğurla tətbiq edilir.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu