26 aprel 2024


MALLAR VƏ XİDMƏTLƏR > Təmizləmə > Avtomatlaşdırma sistemi > Xidmətlər toplusu > Barter > Ketrinq > Distribüterlik > Mətbəələr > Kadr agentlikləri > Menecment və konsaltinq > Tərcümə xidmətləri > Hüquq xidmətləri > Audit və mühasibat uçotu > Təhlükəsizlık sistemləri > Sertifikatlaşdırma > Reklam agentlikləri > Proqram təminatı > Mətbəə xidmətləri > Mühafizə fəaliyyəti > Ağıllı evlər və binalar > Ağıllı ev > Tikinti şirkətləri > Layihələrin Təşkili > Generatorlar > Qiymətləndirmə > Yaşıllaşdırma > Suvarma

"BM International" LLC
 
  • AZ 1065, C. Cabbarlı küç., 44, Сaspian Plaza Biznes Mərkəzi, 15-ci mər.
    Tel.:  (99412) 497 19 14, 497 19 15
    Fax:  (99412) 497 19 13
    E-mail: info@bmlawaz.com
    Web: www.bmlawaz.com
 BM hüquq firması Azərbaycan Respublikasının 1991-ci ildə Müstəqillik haqqında Konstitusiya Aktı əsasında Sovet İttifaqından müstəqilliyi elan edildikdən sonra 1993-cü ildə təsis edilmişdir. Fəaliyyətə başladıqdan məqsədimiz müştərilərimizə ən keyfiyyətli hüquqi məsləhət və hüquqi xidmət göstərməyə yönəldilib.

BM effektiv və faydalı şəkildə xidmət göstərən aparıcı hüquq firmasıdır. Biz Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərə və xarici əqdlər üzrə fəaliyyət göstərən yerli şirkətlərə müxtəlif sektorlarda və hüquq sahələrində peşəkar xidmətlər göstəririk.

Bu gün BM 10 hüquqşünas və köməkçilərdən ibarət olan və müxtəlif sahələrdə təcrübəsi olan hüquq firmasıdır. Biz Azərbaycan qanunvericiliyinin bütün aspektləri üzrə məsləhətlər veririk və xarici investorlara, onların Azərbaycandakı layihələrinin həyata keçirilməsində köməklik göstəririk. Bizim təcrübəmiz korporativ, bank və maliyyə, özəlləşdirmə, enerji və təbii sərvətlər, telekommunikasiya, aviasiya, daşınmaz əmlak, intellektual mülkiyyət, əmək və xüsusi hüquqlar üzrə xidmətlərin göstərilməsini daxil edir. Kommersiya məsələləri üzrə hüquqi məsləhətlərin verilməsindən başqa biz Azərbaycan Respublikasının məhkəmə və dövlət orqanlarında mübahisələrin tam həllini və məhkəmələrdə müvafiq xidmətlərin göstərilməsini təklif edirik.

Müştərilərimiz transmilli korporasiyalardan tutmuş fərdi sahibkarlara kimi geniş kütləni əhatə edir. Bundan əlavə biz həmçinin dövlət orqanları, dövlət müəssisələri və beynəlxalq təşkilatlara müxtəlif hüquqi xidmətlər göstəririk.

Dünya miqyaslı Avropanın aparıcı “Chambers Global” and “Legal 500” məlumat bələdçilərində BM Azərbaycanın aparıcı hüquq firmalarının sırasına daxil edilib. Biz bir sıra aparıcı beynəlxalq hüquq firmaları ilə korrespondent əlaqələr yaratmışıq və lazım olduqda dünyanın hər hansı güşəsində hüquqi xidmətlərimizi göstərmək iqtidarındayıq.
Firmanın hüquqşünasları Ingilis və bir neçə digər xarici dillərdən sərbəst şəkildə istifadə edirlər.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu