05 may 2024


ƏYLƏNCƏ VƏ İSTİRAHƏT > Əyləncə mərkəzləri > Restoranlar > Turizm agentlikləri > Sanatoriyalar və istirahət zonaları > Distribütiv bron sistemləri > Mehmanxanalar > Aviaşirkətlər > Pablar və barlar > Klublar > Kafe - Restoran > Şadlıq sarayları

"Premier Hotel"
 
 Bakının mərkəzində sizə Azəri xalqına xas olan ənənəvi böyük qonaqpərvərlik göstəriləcəyindən əmin ola biləcəyiniz sakit bir məkan vardır. Şəhərin sakit küçələrindən birində yerləşən və Milionerlər Klubu kimi tanınan Premyer Otelinin yaxınlığında gəzərək gedə biləcəyiniz bir çox yeməkxanalar, mağazalar və əyləncə mərkəzləri, həmçinin mərkəzi futbol meydançası yerləşir. Qürur hissi ilə deyə bilərik, biz Bakının Premyer Otelində səmimi, xoş və rəsmiyyətdən uzaq təbii abi-hava yaratmışıq. Bu müasir mülk qiymət, məkan və komfort arasında əla balans təşkil edir.

Bakının Premyer Otelinin vestibülü otelə təşrif buyuran qonaqları tanınmış Azərbaycanlı rəssamların əl işləri ilə bəzədilmiş Aralıq Dənizi üslubunda inşa edilmiş divarları ilə salamlayır. Vestibülün gül və bitkilərlə dolu gözəl guşələri otelin mühitini daha da gözəlləşdirir. Premyer Otelin münasib qiymətli restoranı yerli səviyyədə yaxşı tanınmışdır. Dinastiya Restoranı qonaqlara gün ərzində yerli və beynəlxalq mətbəxdən ən gözəl nümunələr təklif edir. Bura dostlarla görüşmək və istirahətdən zövq almaq üçün ideal bir məkandır. Otelin qonaqları eyni zamanda otelin saunasında və qapalı basseynində istirahət edə bilərlər. Həm müalicə otaqlarında, həm də qonaqların şəxsi otaqlarında onlara masaj xidmətləri təklif olunur. Bundan başqa, qonaqlar üçün oteldə hava limanına və şəhər daxili digər yerlərə müntəzəm nəqliyyat xidməti təşkil edilir. Otaqlar 24 saat ərzində servis ilə təmin olunur və bir çox dillərdə səlis danışmaq bacarığına yiyələnmiş işçi heyəti qonaqların xidmətində dayanır. Şəhər kənarına səyahətə çıxmaq arzusunda olan qonaqlar otelin İdman Maşınlarından istifadə edə bilərlər. Vestibüldəki hədiyyələr mağazası otelin qonaqlarına sevdikləri üçün suvenir seçməkdə yardım etmək üçün nəzərdə tutulmuşdur.

Otelin 19 ədəd dəbdəbə ilə bəzənmiş otaqları bütün zəruri şərtlərlə, o cümlədən internetə geniş xəttli ödənişsiz naqilsiz giriş, yüksək keyfiyyətli kanallar yayan pulsuz kabel televiziyası, iqlimə nəzarət, mini-bar, fen, hamam xalatları, şəpitlər və otaq-daxili seyflər ilə təchiz olunmuşdur. Adi otaqlardan əlavə, qonaqlar otelin Təmtəraqlı bir və ya iki otaqlı Mənzillərini və ya Çoxotaqlı Premyer Mənzillərini seçə bilərlər. Bizim geniş və rahat olan tək və qoşa çarpayılı, iki qoltuqlu otaqlarımız sizə özünüzü öz evinizdəki kimi hiss etdirəcəkdir.

Premyer Oteldə çalışan gülərüz və nəzakətli işçi heyətimiz sizə təbəssüm və sadiq peşəkarlıqla xidmət göstərmək üçün əllərindən gələn hər şeyi edəcəklər.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu