26 aprel 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"AS Group Investment" MMC
 
  • AZ 1052, Xalqlar Dostluğu Xiyabanı, 11, məh. 2135/2136
    Tel.:  (99412) 511 13 09, 511 13 10, 555 00 45
    Fax:  (99412) 448 00 00
    E-mail: office@asgroup.az
    Web: www.asgroup.az

 «AS İnşaat» MMC:   Hasil edirik - İstehsal edirik - Layihələndiririk - İnşa edirik!

      2003-cü ildən fəəliyyət göstərən «AS İnşaat» MMC, “Hasil edirik - istehsal edirik - layihələndiririk - inşa edirik” ideyası ilə çıxış edərək özünün fəəliyyət devizini formalaşdırmışdır.

Keyfiyyətə  ümumi nəzərət olunması,  şirkətin texniki imkanlarının yüksəldilməsi, habeləəssisələrin fəaliyyətinin koordinasiyası və idarəetmə prosesinin optimallaşdırılması məqsədilə istehsalın və inşaatın müxtəlif sahələri üzrə ixtisaslaşan müəssisələrini vahid təsərrüfat mexanizmində birləşdirmişdir.

«AS İnşaat» MMC  istehsal  və tikinti sektorunun inşaat prosesində yaranan bütün istehlak xidmətlərini əhatə edə bilir.

Şirkətimizin əsas prinsiplərindən biri əməkdaşlıq etdiyi müəssisələrlə etibarlı və sağlam  işgüzar münasibətlərin qurulması, bu münasibətlərin genişləndirilməsi və inkişaf etdirilməsindən ibarətdir.  

Məhsul və xidmətlərimiz:  

1. Beton məhsuları

Avropa standartlarına uyğun yüksək keyfiyyətli və davamlı beton məhsulları:

- Beton sinifləri: B7.5/M100;  B10/M150; B15/M200; B20/M250; B22.5/M300;  B25/M350; B30/M400; B35/M450; B40/M550; B45/M600; B55/M700; B60/M800;

- Layihələr əsasında daha yüksək sinifli beton məhsullarının istehsalı və çatdırılması;

- Sulfatadavamlı beton siniflərinin istehsalı və çatdırılması.  

2. Beton doldurucuları

a)  İri Qum-çınqıl tozu qarışığı

- Gillilik 3% dən az;

- İrilik modulu – 2,5-dən çox;

- Tərkibindəki çınqılın miqdarı maksimum 15%. 

b) Qırma daş 

- Ölcüləri 5х10 və 10x20; 

- Gilliliyi  maksimum 1%-ə qədər;

- Möhkəmliyi 100 Mpa-dan çox;

- Yastı və iynəvari hissələrin miqdarı 15%-dən az;

- Qırılmamış çınqıl dənələrinin miqdarı 20%-dən az;

- Hamar səthli dənələrinin miqdarı maksimum 35%. 

3. Beton  ücün qatqılar

a) “Super Bplast”, “Super Bplast S” və “Super Bplast  Art” - superplastikləşdiriciləri beton qarışıqlarının  plastikləşdirilməsi və eləcə də betonun axarlıq markasını P1-dən (k.ç. = 2-4 sm) P5-ə (axarlıq ≥ 21 sm) qədər artırılması üçün nəzərdə tutulmuşdur.

b) “Bplast Froster” - şaxtayaqarşı effektlə malik olan beton və inşaat məhlulları üçün nəzərdə tutulmuş əlavədir. Əlavənin tərkibinə daxil olan şaxta əleyhinə komponent, beton qarışığındakı suyun donmasının qarşısını almaqla –15°C-ə qədər temperaturda betonun bərkiməsini təmin edir.

c) “Bplast Hardener” - beton qarışığının bərkimə prosesini sürətləndirmə effektinə malik olan beton və inşaat məhlulları üçün nəzərdə tutulmuş əlavədir. Əlavə həm hazır beton qarışığının möhkəmlik göstəricisinin artırılmasına, həm də sement sərfinin azaldılmasına imkan verir.

d) “Bplast Redarder” – plastikləşdiricisi plastikləşdiricilik, su azaltma effektinə və eləcə də beton qarışığının tutmasını ləngitmə effektinə malik olan beton və inşaat qarışıqları üçün nəzərdə tutulmuş əlavədir. Əlavə beton qarışığına  kompleksli  təsir göstərməklə yanaşı, həm də beton qarışığının 2 saata qədər tutmasının ləngidilməsini  və sement sərfini 15%-ə qədər azalmasını təmin edir.  

4. Beton məmulatları

Yevlax Dəmir Beton Məmulatları Zavodu kanalizasiya və su təchizatı  sistemləri üçün müxtəlif növdə və ölçülərdə elementlər, yol tikintisi üçün səki daşları, bloklar, plitələr, dəmir-beton seksiyaları istehsal etməkdədir .

-  Beton Borular: diametri Ø 200 mm - Ø 1200 mm qədər, uzunluğu L 1500 mm və 2000 mm;

- Halqlar: diametri Ø 600 mm, Ø 1000 mm və Ø 1200 mm, hündürlüyü 200 mm;  300 mm;  400 mm və 650 mm;

- Dib quyuları: diametri Ø 1000 mm və 1200 mm, gözlərin diametrləri Ø 200 mm – Ø 800 mm;

-  Konik başlıqlar: diametri Ø 600/1000, Ø 600/1200.     

5. Metallkarkas

Armokarkasın minimal diametri: Ø 200 mm

Armokarkasın maksimal diametri: Ø 1500 mm

Armokarkasın minimal uzunluğu: L 3000 mm

Armokarkasın maksimal uzunluğu: L 12000 mm

Millərin minimal diametri N1: 8 mm

Millərin maksimal diametri N1: 40 mm

Məftilin minimal diametri N2: 6 mm

Məftilin maksimal diametri N2: 16 mm

Millərin minimal sayı N1: 5 ədəd

Millərin maksimal sayı N1: 54  ədəd

Spiral arası minimum məsafə: 15 mm

Spiral arası maksimum məsafə: 500 mm

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu