06 may 2024


Kompüter və İnternet > Kompüterlər və orqtexnika > Kompüterlərin ümumi qulluq və təmiri > Kompakt disklər > Proqram təminatı > Telekommunikasiya avadanlıqları > İstehsal printerləri. Servis və satış

"MONtech" MMC
 
  • AZ 1122, Həsən bəy Zərdabi küç., 71a
    Tel.:  (99412) 434 88 58, 434 88 78, 596 40 40
    Fax:  (99412) 434 88 68
    E-mail: info@montech.az
    Web: www.montech.az
“Montech”  professional İT şirkətidir. Bizim missiyamız, müştərilərimizə informasiya texnologiyalarına yiyələnməkdə yüksək səviyyəli xidmətin göstərilməsidir.
“Montech” üçün əsas istiqamət müştərilərimizin etibarı və partnyorlarımızın hörmətini qazanmaqdır. Informasiya texnologiyaları sektorunda fəaliyyət göstərərək biz Azərbaycanda və onun kənarlarında ciddi təcrübə, nüfuz və möhkəm işgüzar əlaqələr əldə etmişik. Biz əminik ki, informasiya texnologiyaları biznesin əsas məqsədlərinə cavab verməlidir.
Əldə etdiyimiz təcrübə, məsələyə peşəkar yanaşma və partnyorlarımızla uğurlu əməkdaşlığımız bizə hər hansı bir məsələnin kompleks həllinin yəni işlənilməsi, tətbiqi və daha sonra servis xidmətlərinin göstərilməsi imkanları verir.
  • Bizim üçün olduqca vacibdir, nəyi satırıq: müştərilərimizin razı qalmaları üçün, biz dünya brendlərinin ən keyfiyyətli və etibarlı mallarını təklif edirik;
  • Bizim üçün olduqca vacibdir, necə satırıq: bizim üçün önəmlisi odur ki, hər bir müştəri məhz onun tələbatlarına uyğun mal alsın. Və biz bu məslədə müştəriyə peşəkarcasına köməklik edirik;
  • Bizim üçün olduqca vacibdir kim bizə müraciət edir: biz müştərimizi anlamaq və tanımağa can atırıq. Bizim üçün səmimi və uzun müddətli münasibətlər böyük önəm kəsb edir;
  • Bizim üçün olduqca vacibdir ki, bizim haqqımızda nə düşünürlər: biz müştərilərimizin fikirlərini dinləyib nəticələr çıxardırıq və hər birimiz müştərinin narazılığına görə məsuliyyət daşıyır və bu nöqsanların bir daha təkrar olunmaması üçün əlimizdən gələni edirik;
  • Bizim üçün olduqca vacibdir ki, biz kimlərlə işləyirik: şirkətimiz vahid bir komanda kimi çalışır və hər an bir-birimizə dəstək olmağa hazırıq;
  • Bizim üçün olduqca vacibdir ki, hansı mühitdə biz yaşayır və ondanda önəmlisi bizim uşaqlarımız necə yaşayacaqlar: ekoloji və xeyriyyəçilik tədbirlərdə iştirak edərək biz mühitimizin yaxşılaşdırılmasına çalışırıq;
Müştərilərimiz və partnyorlarımıza dair dəyərlərimiz:
Sifarişçinin maraqlarına köklənmək: informasiya sistemlərinin tətbiqi zamanı hər bir müştəriyə fərdi qaydada  yanaşılır. Müştərilərimizin tələbat və istəklərini daima təhlil etmək və onlara dəyər vermək həmişə bizə ekskuliziv və ən effektiv təkliflər verməyə imkan verir.

Səriştəlik

Şirkətimizdə yüksək səviyyəli peşəkarlar çalışır, bu isə öz növbəsində bizə tək İT texnologiyalarının  tətbiqi yox, həm də onların tətbiqindən sonra texniki servisini həyata keçirməyə imkan verir.
Keyfiyyətə dair zəmanət və nəticəyə dair məsuliyyət
Şirkət, işlənilmədən tutmuş, tətbiqi və satışdan sonra texniki servisə kimi bütün etapların nəticəsinə görə məsuliyyəti öz üzərinə götürür, bu isə öz növbəsində sifarişçinin biznesinin effektivliyinin artmasına yol açır.

Obyektivlik
Şirkətimizin hər hansı bir brendə bağlı olmaması sifarişçiyə biznes-məsələsinin daha effektiv və optimal həllini təklif etmək imkanı yaradır.

Məxfilik
"Montech" şirkətinin müştərilər və partnyorları ilə əməkdaşlığının əsasını kommersiya məlumatlarının qorunması və peşəkar etik normalara riayət olunması təşkil edir.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu