24 aprel 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"GOK NUR BAKU" LTD
 

“Gök-Nur Bakı LTD” 2003-cü ildə təsis olunmuşdur. “Gök-Nur Bakı LTD” dünya standartlarına uyğun geniş çeşiddə və müxtəlif ölçüdə 450/750V PVC izolə olunmuş quraşdırma (montaj) kabelləri, 450/750V PVC izolə olunmuş fleksibl kabelləri, 300/500V PVC izolə olunmuş quraşdırma (montaj) kabelləri, 300/500V PVC izolə olunmuş çoxdamarlı fleksibl mis ötürücülü kabellər, 0.6/1kv izolə olunmuş alçaq gərginlikli kabellər, PVC kabel kanalları istehsal edir və 2008-ci ilin axırlarından 6/10 kilovolt, 8.7/15 kilovolt, 12/20 kilo-volt, 20.3/35 kilovolt orta gərginlik kabellərinin istehsalına başlamışdır.

“Gök-Nur Bakı LTD” TS EN İSO 9001-2000 keyfiyyət sertifikatı, Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin AZS Milli Sertifikatlaşdırma sistemi ilə “Uyğunluq Sertifikatı”na və Oksas 18001-2007 keyfiyyət sertifikatına layiq görülmüşdür.

2007-ci ildə isə müəssisə öz fəaliyyətini daha da genişləndirmək məqsədilə Əzizbəyov rayonu Zirə qəsəbəsində 4 hektarlıq ərazidə yeni zavodun inşasına başladı. Zavodun inşası qısa müddətdə başa çatdırıldı. Zavod Almaniya, Türkiyə, Finlandiyada istehsal olunan müasir avadanliqlarla təchiz edilmişdir. Zavo-dun istehsalы ayda 2000 ton kabel olmuşdur.

Yeni zavod sayəsində Gök-Nur Bakı Ltd əmtəə bazarına daha keyfiyyətli məhsullar təqdim etməyə başladı. Xammal İran, Rusiya və Türkiyədən alınır. Uyğun qiymətlərlə alıcılara təqdim olunan kabel və kanalların tez bir zamanda quraşdırılmasına və təhlükəsizliyinə zəmanət verilir. Bununla da quraşdırma zamanı divarların rənglənməsinə və digər xərclərə ehtiyac qalmır.

Yüksək keyfiyyəti özünə əsas prinsip seçən Gök-Nur Bakı Ltd istehsal etdiyi malları daxili əmtəə bazarından başqa Gürcüstan, Əfqanıstan və Qazaxıstana da ixrac edir.

2007-ci ildə isə müəssisə ilin ən yaxşı kabel istehsalçısı kimi dəyərləndirilərək əldə etdiyi uğurlara görə “Konsaltinq and Biznes” jurnalı tərəfindən təsis edilən “İlin şirkəti” biznes sahəsində milli mükafat çərçivəsində ilin şirkəti adına layiq görülmüşdür.

“Gök-Nur Bakı LTD” öz məhsullarının keyfiyyətinə zəmanət verir və nəzərinizə çatdırır ki, istehsaldan çıxmış hər bir kabel ayrı-ayrılıqda laboratoriya testi keçir və beynəlxalq standartlara uyğundur.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu