01 fevral 2023


Mağazalar > Hədiyyələr, Suvenirlər, Çiçəklər > Supermarketlər > Uniformalar > Saatlar > Elektronika və texnika > Elektrik > Şirniyyat mağazaları > Ticarət mərkəzləri > Optika > Hamilə qadınlar üçün geyim > Mobil telefonlar > Mebel > Əntiq mallar > Dəftərxana malları və seyflər > Kitablar > Xalçalar > Kontakt linzalar > Məişət avadanlığı > Laboratoriya avadanlıqları > İçkilər > Sənaye avadanlıqları > Kabellər, sistem və avadanlıq, fibro-optik > Spirtli içkilər > Santexnika > İnteryer və tekstil > Kassa aparatları > Qapılar

"BIZIM MARKET" Baş ofis
 
 

«Bizim Market» şəbəkəsinin birinci mağazası 1999-cu il noyabr ayının 23-də acılıb.

Şəbəkə gəliri aşağı və orta səviyyədə olan müştəri təbəgəsinin qida məhsulları və gündəlik tələbat malları ilə təmin etmək məqsədi ilə acılmışdır.

Şirkət qarşıda qoyduğu məqsədlərə nail oldu. Bunun əyani subutu müştəri kütləsinin şəbəkə mağazalarına müntəzəm olaraq gəlışı və bu mağazaları döğrudanda “özlərinin” etməsidir.

Bu gün «Bizim Market» şəbəkəsinə Bakı şəhərinin üç rayonunda yerləşən və hər birinin sahəsi 1000 m2 artıq olan 6 mağaza daxildir. Bu gün bu mağazalar geniş mal çeşidi və ucuz qiymətlər, maşın saxlamaq üçün rahat dayanacaqları və keyfiyyətli xidməti ilə seçilir.

Şirkət bir yerdə dayanmır. Artan rəqabəti və müştərilərin günü-gündən artan təlabatlarını nəzərə alan şirkət rəhbərliyi mal çeşidinin artırılması və xidmət səviyyəsinin yüksıldilməsi istiqamətində daim işlər aparır. Şəbəkənin “əhatə dairəsi” kənarında qalmış şəhər rayonlarında bir neçə yeni mağaza açılması planlaşdırılır.

Şirkət yeni ofisə köçməyə hazırlaşır. Burada ticarət şəbəkələrinə məxsus olan şöbələrlə yanaşı personalın hazırlanması üçün müasir tədris mərkəzidə yerləşəcək.

 

 

Yeniliklər

Yaxın vaxtlara gədər «Bizim Market» mağazalar şəbəkəsində bəzi şöbələrin icarəyə verilmə təcrübəsi həyata keçirilirdi. Belə şöbələr içində “Meyvə və tərəvəz” şöbəsidə var idi.

İşə bu cür yanaşmanın müdiriyyət üçün “rahat” olmaqla yanaşı bir neçə ciddi çatışmazlığıda mövcuddur. Bunların arasında ən əsasları yüksək qiymətlər (icarə haqqının olmasına görə) və çeşidin məhdudluğudur. Bu ilin fevral ayının əvvəllərindən şirkət “Meyvə və tərəvəz” şöbəsinin işini öz gücü ilə təşkil etmə siyasətini irəli sürdü. Birinci belə mağaza “Əhmədli” metrosunun yaxınlığında yerləşən mağaza oldu. “Yeni üsulla” işləyən şöbədəki dəyişiklərə müştərilər dərhal giymət verdilər. İlk növbədə qiymətlər aşağı düşərək nəinki bazar qiymətlərindən hətta şəhərin müxtəlif yerlərində hər həftə keçirilən yarmarka qiymətlərindən də aşağı oldu. Mal çeşidində də fərq hiss olunmağa başladı.

“Meyvə və tərəvəz” şöbəsinin işini təşkil etmək mürəkkəb olduğuna baxmayaraq şirkət rəhbərliyi “İnşaatçılar” metrosu yaxınlığında yerləşən mağazadaa bu şöbəni “özünəxidmət” üsülüna keçirdi. Yaxın vaxtlarda şöbənin icarəyə verilməsindən qalan mağazalardada imtina olunacaq.

Müştərilərin bəzi mallarda rəf üzərində göstərilən və kassa çekində çap olan qiymətlər arasında fərq olmasından şikayətlərini nəzərə alaraq şəbəkə rəhbərliyi mağaza çıxışlarında belə hallar olduğu halda rəhbərliyə müraciət edilməsi xahişi ilə elan yerləşdirib. Belə nöqsanların mağaza imicinə mənfi təsir göstərməsini nəzərə alaraq rəhbərlik təqsiri olan işçiləri cəzalandıracaq. Bu cür halların təkrarlanmaması və müştərilərə xidmət səviyyəsinin artırılması üçün yaxın vaxtlarda şirkətdə personal hazırlama tədris mərkəzi açılacaq.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu