25 aprel 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"BİZON" Boyaları
 

“Dübəndi firmasi”  1995-ci ildən boya istehsalı,satışı və texniki inşaat mühəndisliyi gerçəkləşdirən bir Azərbaycan firmasıdır. Şirkətimizin istehsal məhsulları Bizon markası adı altındadır.

Bizon boyaları 15 illik iş və həyatda qazandığımız təcrübənin məntiqi nəticəsidir. Biz illər ərzində öz üzərimizdə işləyərək inkişaf etdik, xarici ölkələrdə xüsusi universitetlərdə və elmi mərkəzlərdə xüsusi kurslar keçilərək yüksək ixtisaslı kadrlar yetişdirdik,güclü işçi komandası  yaratdıq. Mükəmməl kimyaçı,mühəndis kadrlarıyla ölkə iqtisadiyyatında aparıcı rol oynamaq üçün inşaat və sənaye sahəsində “Dübəndi firmasi” adı altında Bizon boyalarının istehsalı ilə xidmət göstərməyə başladıq.

İstehsal etdiyimiz məhsullar Azərbaycan, İtaliya, ABŞ, Hollandiya, Finlandiya və Almaniya kimyaçıları ilə iş birliyi və səyi nəticəsində əmələ gəlmişdir.

Yeni bir məhsul alıcıya təqdim edilməmişdən qabaq yüksək tərkib işlənir,müxtəlif xammaddə və yeni texnologiyalardan istifadə edilərək alınan məhsullar dəyərləndirilir və geniş istehsala verilir.

İstehsal prosesi yüksək göstəricilərə malik aparatlarda aparılır. İstehsal olunan məhsullar qablaşdırılmamışdan öncə müxtəlif laboratoriya keyfiyyət testlərində keçir. Laboratoriya və istehsal prosesində istifadə etdiyimiz cihazlarımız Almaniya, İtaliya, Böyük Britaniya, Amerika, Türkiyə kimi ölkələrin aparıcı firmalarında istehsal olunmuş cihazlardır. Həmin cihazlar təcrübəyə malik kimyaçı və kimyaçı-texnoloqlar tərəfində işlədilərək çox yüksək keyfiyyətli məhsul əldə edilir.

Boyalarımız iki növ rəngləndirilmə sistemi ilə rənglənir: ColorMİXMultiCOLOR.

ColorMİX – öz firmamızın istehsal etdiyi su əsaslı rəng pastalarıdır və bu pastalar vasitəsilə 80-dən çox rəng almaq mümkündür.

MultiCOLOR – Avropa ölkələrinin tanınmış boya şirkətlərinin istifadə etdiyi rənglərndirmə sistemidir. Bu sistemlə 16000-dən çox rəng almaq mümkündür. Bu rəngləndirmə sistemi bütün əsas satış məntəqələrimizdə mövcuddur.

Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın ən möhtəşəm Teleqüllə, Gülüstan sarayı, Nazirlər kabineti, Hökümət evi və s. bu kimi tikililər “Dübəndi firmasi” şirkətinin istehsal etdiyi Bizon boyaları ilə boyanmışdır. Dünya standartlarına cavab verərək Azərbaycanda özünü təsdiqləməkdədir və zaman keçdikcə yeni-yeni məhsullar istehsal etməklə daha da inkişaf edir. Məqsədimiz yalnız Azərbaycan bazarında deyil, ixrac bazarına da çıxıb Azərbaycanın adını zirvəyə çıxartmaqdır.




Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu