04 may 2024


Mağazalar > Mebel > Ticarət mərkəzləri > Şirniyyat mağazaları > Elektrik > Elektronika və texnika > Saatlar > Uniformalar > Supermarketlər > Hədiyyələr, Suvenirlər, Çiçəklər > Optika > Mobil telefonlar > Əntiq mallar > Dəftərxana malları və seyflər > Kitablar > Xalçalar > Kontakt linzalar > Məişət avadanlığı > Laboratoriya avadanlıqları > Hamilə qadınlar üçün geyim > İçkilər > Sənaye avadanlıqları > Kabellər, sistem və avadanlıq, fibro-optik > Spirtli içkilər > Santexnika > İnteryer və tekstil > Kassa aparatları > Qapılar

"İtaldizain Group"
 
«İtaldizain Group» şirkəti 1996-cı ildə Bakıda İtialiya mətbəx avadanlığını Azərbaycan bazarına gətirməklə keyfiyyətli xidmət təklif edən bir ticarət şirkəti olaraq fəaliyyətə başladı. Şirkət öz tarixi boyu nəinki mebel bazarında möhkəmlənməyi bacardı, həm də yeni, dinamik və diversifikasiyalı biznes yaratmağa nail oldu.

Bu gün «İtaldizain Group» 19 salon və butiki – «İdea», «Creative System», iki «Villeroy & Boch» butik və salonu, «Bag & Olufsen», «Ambiance», üç «Swarovski» butiki, «Royal Collection», «Yves Delorme», «Baccarat - Bernadaud», «Museum», «Chopard», «İdea», «Carpets Boutique», «Llandro - Naviland», «Roberto Coin – de Grisogono»; iki «Eurodesign» və «Transeurocom» telekommunikasiya şirkəti; «İD Catering» keyterinq şirkəti, «ID Consulting» konsaltinq şirkəti və «Creacon» inşaat şirkətini özündə birləşdirən holdinqdir.

«İtaldizain Group»un əsas missiyası – öz müştərilərinə komfortlu və gözəl həyat bəxş etməkdir. Şirkət Avropa və Amerikanın üç yüzdən artıq şirktəi ilə birbaşa əməkdaşlıq edir. Bu isə o deməkdir ki, açıq rəqabət şəraitində «İtaldizain Group»un təklif və xidmətlər bazarda ən yaxşılardandır. Xidmət və qüsursuz servisin yüksək keyfiyyətinin təsdiqi kimi 2000-ci ildə «İtaldizain Group» «Mebel ticarəti sahəsində ilin ən yaxşı şirkəti» nominasiyasında «UĞUR» milli mükafatını aldı. 2002-ci ildə isə «İtaldizain Group» Parisdə Avropranın otuz aparıcı şirkəti sırasında «Keyfiyyətə görə» Avropa beynəlxalq mükafatına layiq görüldü.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu