25 aprel 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"GLASS HOUSE" MMC
 
 
Yaranma tarixi
 
2000-ci ildən dünyanın müxtəlif ölkələrinin tanınmış şüşə və güzgü istehsalçılarının məhsullarının idxalı ilə fəaliyyətə başlayan"Glass House" MMC Azərbaycanın inşaat bazarının şüşə sektorunda addım atan ilk şirkətlərdəndir.

2005-ci ildə ilk istehsalını satin (mat) və dekorativ şüşələrin hazırlanması ilə başlamışdır.

2007-ci ildə tikinti və arxitekturada şüşə emalına olan tələbatı nəzərə alaraq, Finlandiyanın "Glaston Finland" və İtaliyanın "Glaston İtalia" şirkətindən beynəlxalq standartlara tam cavab verən yüksək keyfiyyətli temper xəttini və müxtəlif çeşidli digər avadanlıqları əldə edərək müştərilərinə yeni məhsullar təqdim etdi.

2010-cu ildə "Glass House" Azərbaycanda analoqu olmayan, dünya üzrə məşhur İtaliyanın "Bovone" və "Maroso" şirkətlərinin istehsalı olan laminat şüşə xəttini quraşdıraraq çoxlaylı laminat şüşələrin istehsalına başladı.

2011-ci ildə isə Almaniyanın "Bystronic-Lenhard" şirkətinin müxtəlif növ çoxfunksiyalı şüşəpaketlər istehsal edən tam avtomatik paketləmə xətti istismara verildi.


Nailiyyətlər və mükafatlar

“Glass House” şirkətinin nəaliyyətlərinin ən başlıcası, müştərilərə yaratdığı potensial imkanlar, dünya standartlarına uyğun istehsal etdiyi məhsullar, punktual və təcrübəli kadrlardır.

Bunun nəticəsi olaraq:

01.03.2010-cu il tarixində Parisdə fəaliyyət və biznes sahəsində əldə etdiyi nailiyyətlərə görə “Keyfiyyət Üzrə Avropa Qızıl Mükafatı” (Yeni Minillik Mükafatı) ilə təltif edilmişdir. Mükafat “Ticarət Liderləri Klubu” təşkilatı və “OFİS” nəşriyyatı tərəfindən verilmişdir.

29.03.2010-cu il tarixində Berlində şirkətimiz “Mükəmməllik və Qüsursuz İcrasına Görə”, “Otherways Management Association Club” tərəfindən ümumdünya mükafatı ilə təltif edilmişdir.

24.04.2012-ci il tarixində şirkətimiz, Şüşə emalı sahəsində əldə etdiyi nailiyyətlərə görə "UĞUR 2011" Milli mükafatına layiq görülüb.

İqtisadiyyat və biznes sahələrində illik milli mükafat olan "UĞUR" mükafatı "Consulting & Business" jurnalı tərəfindən təqdim olunub.
 
"Glass House" şirkəti "Şüşə emalı sənayesi" nominasiyasında "İlin şirkəti" Milli Mükafatına layiq görülüb.
 
Təqdimetmə mərasimi 2012-ci ilin 5 dekabr tarixində Jumeirah Bilgah Beach Hotel-də keçirilmişdir.
Xatırladaq ki, "İlin şirkəti" mükafatı 2000-ci ildən nüfuzlu işgüzar jurnal olan Consulting&Business tərəfindən təsis edilib və hər ilin sonunda təqdim olunur.

        
    
Şüşələrin emalı

Kəsmə
Emal edilən bütün şüşələrdə prosesin ilk mərhələsidir. Şirkətimiz İtaliya və Finlandiyanın müştərək “Glaston” firmasının istehsal etdiyi CNC (avtomatik) kəsmə xəttində şüşə lövhələrdən düz və ya müxtəlif formalı kəsimlər təklif edir. Kəsmə zamanı ən sərt mineral olaraq yüksək keyfiyyətli almazdan və sındırma prosesində gözlə görünməyən çatların və çapaqların qarşısını almaq üçün xüsusi texniki xüsusiyyətləri olan uçucu kəsim yağından istifadə olunur.
Şüşənin max ölçüsü: 3700 mm x 2750 mm
Şüşənin qalınlıgı: 3 mm – 19 mm
Rodaj
Şüşə bərk maddə olduğundan kəsilərkən kənarları nahamar şəkildə qalır ki, bu da həm vizual olaraq, həm də təhlükəsizlik baxımından effektiv olmur. Kəskinliyi aradan qaldırmaq üçün şüşənin kənarına 45˚ və 90˚ bucaq altında xüsusi rodaj və polirovka daşları ilə təmas olunur ki, nəticədə tam cilalanmış, müxtəlif formalı, təhlükəsiz səthlər əldə etmək olur.

Ikitərəfli rodaj (double edger) isə şüşələrin eyni zamanda iki paralel tərəfinin rodaj etdiyi üçün şüşələr tam dəqiq ölçülərdə və diaqonal fərqi olmadan emal olunur. Qeyd etmək istəyərdik ki, diaqonalları eyni olması inşaat sektorunda mühüm əhəmiyyət kəsb edir.

Əyrixətli rodaj vasitəsilə kənarları düzxətli olmayan şüşələr ideal şəkildə rodajlanır. Bu da müxtəlif interyer və eksteryer işlərində xüsusi zövqləri təcəssüm etdirməyə imkan yaradır.
İtaliyanın istehsalı olan “Z.Bavelloni” şirkətinin istehsalı olan şaquli, əyrixətli və iki tərəfli rodaj avadanlıqlarından istifadə olunur.
İkitərəfli rodaj
Şüşənin qalınlığı: 3mm -19mm
Şüşənin min və max eni: 300mm - 4000mm

Əyrixətli rodaj
Şüşənin qalınlığı: 3mm -19mm
Şüşənin min və max ölçüsü: 100mm - 2100mm
İstənilən formada kəsilmiş şüşələrin kənarlarını düz formalı, karandaş formalı, iki və üç pilləli cilalamaq (rodaj) və parlaqlaşdırmaq mümkündür.
Faset
 
Şüşə kənarlarının 90˚, ön hissəsinin isə müxtəlif bucaq altında və müxtəlif qalınlıqda cilalanması və parildadılması ilə çərçivə effekti alınır. Faset düzxətli olmaqla yanaşı əyrixətli şüşələrdə də mümkündür.

İtaliyanın istehsalı olan “Z.Bavelloni” şirkətinin istehsalı olan şaquli, əyrixətli faset avadanlıqlarından istifadə olunur.
 

Düzxətli faset
Şüşənin qalınlığı: 3mm - 19mm
Şüşənin min ölçüləri: 40mm x 40mm
Fasetin max eni: 50mm

Əyrixətli faset
Şüşə məhsulların qalınlığı: 3mm - 40mm
Şüşənin min və max ölçüləri: 230mm – 2100mm
Fasetləmədə min diametr: 100mm
Maksimal en: 40mm

Faset
 
Şüşə kənarlarının 90˚, ön hissəsinin isə müxtəlif bucaq altında və müxtəlif qalınlıqda cilalanması və parildadılması ilə çərçivə effekti alınır. Faset düzxətli olmaqla yanaşı əyrixətli şüşələrdə də mümkündür.

İtaliyanın istehsalı olan “Z.Bavelloni” şirkətinin istehsalı olan şaquli, əyrixətli faset avadanlıqlarından istifadə olunur.

Düzxətli faset
Şüşənin qalınlığı: 3mm - 19mm
Şüşənin min ölçüləri: 40mm x 40mm
Fasetin max eni: 50mm

Əyrixətli faset
Şüşə məhsulların qalınlığı: 3mm - 40mm
Şüşənin min və max ölçüləri: 230mm – 2100mm
Fasetləmədə min diametr: 100mm
Maksimal en: 40mm

Dəlik açma
 
Şüşələri dekorativ və konstruktiv bərkitmə üçün onların üzərində müxtəlif ölçülü dəliklər açılır. Deşmələr matkap vasitəsilə işləyən avadanlıqlar və CNC kəsmə-deşmə avadanlıqları ilə aparılır. Şüşələrin deşilməsində istifadə olunan matkapların və frezlərin xüsusi orijinal olması, görülən işin yüksək keyfiyyətli olmasını və eskize tam uyğun şəkildə həyata keçirilməsini təmin edir.

İtaliyanın istehsalı olan “Z.Bavelloni” şirkətinin istehsalı olan avadanlıqlarından istifadə olunur.
 

Şüşənin max qalınlığı: 25mm
Dəliklərin diametri: 4mm – 220mm
Kanalaçma
Şüşənin səthində 2mm dərinliyinə qədər CNC avadanlıq vasitəsilə oyularaq dekorativ şəkil verilir. Oyulmuş hissə parladılaraq şüşə ilə vəhdət təşkil etməsi dizayn işlərində fərqlənməyə imkan yaradır.

İtaliyanın istehsalı olan “Z.Bavelloni” şirkətinin istehsalı olan avadanlıqlarından istifadə olunur.
Daxildən kəsmə
Şüşələrə müxtəlif aksessuarların bağlanıla bilməsi üçün, eləcədə şüşə səthinə perpendikulyar şəkildə hər hansı vasitənin yerləşdirilməsi üçün şüşə üzərində daxildən kəsmə qaçılmazdır. Belə kəsmələr CNC avadanlıqlarla aparıldığı üçün qəbul olunmuş eskizlərə tam uyğun kəsmə işləri aparılır.

İtaliyanın istehsalı olan “Z.Bavelloni” şirkətinin istehsalı olan avadanlıqlarından istifadə olunur.

         

Temperli şüşələrin istehsalı

Temperləmə - şüşənin bərk haldan yumşalma temperaturuna qədər qızdırılıb (650˚C) yüksək təzyiq ilə ani olaraq soyudulması (60˚C) prosesidir. Məqsəd şüşənin daxilində genişlənmə, səthinə yaxın sahədə isə sıxılma yaradaraq şüşənin fiziki özəlliklərini dəyişməz saxlayıb zərbəyə və istiyə dözümlülüyünün artırılmasıdır. Əgər temperli şüşə qırılarsa, adı şüşədən fərqli olaraq onun hissələri çox kiçik və sinmiş hissəciklərin kənarlarının küt olduğundan yaralanma və kəsmə riskini məhdudlaşdırır. Bu xüsusiyyətlərinə görə temperli şüşələr təhlükəsiz şüşələr sinfinə aid olunur və məişətdə geniş istifadə olunur.
 
Temperli şüşələrin üstünlükləri:
  • Zərbəyə davamlılıq adı şüşədən 6-7 dəfə çoxdur
  • İstiliyə dayanıqlıdır (təxminən 200˚C)
  • əyilməyə müqaviməti yüksəkdir – 120 N/mm2 (adi şüşədə-60 N/mm2)
  • sındığı zaman xəsarət yetirməyən xırda hissələrə bölünür və s.
  • temperli şüşələri emal etmək, eyni zamanda yonmaq, kəsmək və deşmək olmaz.
Şirkətimiz tərəfindən temperli şüşələr Finlandiyanın “Tamglass” avadanlığında istehsal olunur.
 
Şüşənin min ölçüsü: 250mm x 100mm
 
Şüşənin max ölçüsü: 3900mm x 2440mm
 
Şüşənin qalınlığı: 4mm - 19mm

 
     
 
Çoxlaylı laminat şüşələrin istehsalı
 
Çoxlaylı şüşə - iki və ya daha çox şüşənin bir birinə, aralarında bir vəya bir neçə laylı PVB (polivinilbutiral) material istifadə etməklə, temperatur və təzyiq vasitəsilə üst-üstə yapışdırılmasıdır. Laminat şüşələr sındığı zaman parçaları olduğu yerində qalaraq yaralanmanın qarşısını aldığı üçün təhlükəsiz hesab edilir, həmçinin yad cisimlərin bir tərəfdən digər tərəfə keçməsinin qarşısını alar. Tavanlarda və əyilmiş şəkildə (bucaq altında) olan konstruksiyalarda istifadə olunması mütləqdir. Təhlükəsizlik səviyyəsini artırmaq üçün çoxlaylı şüşələrin istehsalı zamanı temperli şüşələrdən də istifadə olunur.
 
İnsanların və mülkiyyətlərinin təhlükəsizliyi, ogurluq, vandalizm, silahlı basqın və partlayışdan müdafiəsinin təmin olunma dərəcəsini, çoxlaylı şüşələrin tərkibi və aralıqdakı PVB-laylarının sayı müəyyən edir.

Çoxlaylı laminat şüşələrin üstünlükləri:
  • Zərbəyə davamlılığı və eyni zamanda zədələnərkən olduğu mövqedə dayanaraq qalması mühafizə baxımında əhəmiyyətlidir.
  • Sındığı zaman iri qəlpələrin və iti uclu hissələrin olmaması insanların yaralanmasının və xəsarət almasının qarşısını alır.
  • Müxtəlif çaplı odlu silahlardan, terror və partlayış zamanı yaranmış qəlpələrdən, həmçinin partlayış zamanı alov və səs dalğalarından müdafiə üçün əhəmiyyətlidir.
  • Çoxlaylı şüşələrdə istifadə olunan PVB səsboğucu qabiliyyətə malikdir.
  • Çoxlaylı şüşələrdə PVB UB-şüaları buraxmadıgından əşyaların təbii rənginin uzun müddət qorunub saxlanılmasına şərait yaradır.
  • Istehsal prosesində, çoxlaylı laminat şüşələrdən, polimerdən istifadə etməklə, xüsusi texnologiyanın köməyi lə gülləkeçirməz, zərbəyə davamlı, zirehli şüşələr əldə olunur.
        
Müasir memarlıqda şüşə konstruksiyalardan geniş istifadə olunur. Binaların interyer və eksteryerinə estetik görünüş bəxş edən, müxtəlif funksiyaları özündə cəmləşdirən şüşələr, həmçinin, insanların təhlükəsizliyini də təmin etməlidir. Təhlükəsizliyi təmin etmək üçün inşaatda, gülləkeçirməz, zərbəyə davamlı , xüsusi zirehli şüşələrdən istifadə olunur. Belə şüşələr, silahlı basqından, zərbədən, vandalizmdən müdafiə məqsədi ilə hazırlanır. Zirehli şüşələr ticarət obyektlərində, banklarda, mağazalarda, lombard xidməti obyektlərində, vacib obyektlərin mühafizə postlarında, polis idarələrində və s. istifadə olunmalıdır.
 
“Glass House” şirkəti müştərilərinə gülləkeçirməz, zərbəyə davamlı , zirehli şüşələr təklif edir.

Zirehli şüşələr güllədən müdafiə qabiliyyətinə görə siniflərə bölünür. Ən yüksək sinif üçüncü müdafiə sinfi sayılır.Bu sinfə aid olan şüşələr AKM tipli avtomatdan açılan (57-H-231 güllə , kalibr 7,62 mm ) gülləyə davam gətirir.

İtaliyanın “Bovone” və “Maroso” şirkətlərinin istehsalı olan laminat şüşə xəttini quraşdıraraq müştərilərimizə yüksək xidmət göstəririk.

Maksimal ölçü: 4500mm x 2600mm
Minimal ölçü: 300mm x 550mm
Maksimal qalınlığı: 80mm

      
 
İstehsal prosesində, çoxlaylı laminat şüşələrdən, polimerdən istifadə etməklə, xüsusi texnologiyanın köməyi lə gülləkeçirməz, zərbəyə davamlı, zirehli şüşələr əldə olunur.
 
Şüşə paketlər
 
Şüşə paket- içərisi hava və ya qazla doldurulmuş və bir-birinə məsafəli (distansion) çərçivələrlə yapışdırılmış iki şüşədən ibarət bağlı germetik kameradır. Belə konstruksiyanın əsas üstünlüyü - hava və ya qazın istilik izolyasiyası xassəsindən istifadə edərək, şüşələnmiş sahədən itirilən istiliyin (Ug-istilik ötürmə əmsalının) miqdarının azaldılmasıdır.
Müasir arxitekturada şuşə öz ecazkarlıgı və fantaziyasına görə tikinti materiallar sırasında bir nömrəli materiala çevrilmişdir. Bina və obyektlərdə şüşələmə demək olar ki, maksimum həddə çatmışdır. Bu zaman arxitekturada xüsusi ilə fasadların şüşələnməsi zamanı çoxlu faktorlar nəzərə alınmalıdır;
  • günəşdən müdafiə
  • istilik izolyasiyası, enerjinin qorunması
  • səs izolyasiyası
  • işıqlandırma
  • təhlükəsizlik
Bu gün artıq Glass-House əldə etdiyi müasir Avropa avadanlıqların və təcrübəli personalın köməyi ilə, yüksək keyfiyyətli dünya standartlarına uyğun məhz bu funksiyaları özündə birləşdirən müxtəlif növ şüşə paketlər hazırlayır.
Şüşə paketlərin ölçüləri: min. 190 mm x 350mm

maks. 2700mm x 4000mm
Şüşə paketlərin qalınlığı: 12mm-dən 60mm-ə qədər
Şüşələrin qalınlığı: 3mm-dən 15mm-ə qədər
Məsafəli çərçivələrin eni: 6mm-dən 24mm-ə qədər

İstilik enerjisinin qorunub saxlanılması əsas faktorlardan biri oldugu üçün enerjiqoruyucu şüşə paketlər ən əsas sahələrdən biridir.

Enerjiqoruyucu şüşə paketlər
 
Örtüklü şüşələrin texnologiyasındakı yeniliklər istilik izolyasiyasının gücləndirilməsində növbəti bir addım oldu. Şüşələrin üzərinə müxtəlif metal örtüklər çəkilməsi nəticəsində daha yüksək effektli enerjiqoruyucu şüşələr əldə edilmişdir. Belə şüşələr, eyni zamanda “aşağıemissiyalı”, “istilikizolyasiyalı”, və ya “LOW-E” kimi adlandırılır.
 
Binanın daxilində qızdırıcılar və eləcədə qızmış bütün əşyalar lR-infraqırmızı uzun dalğalar formasında istilik şüalandırır (2500 nm). Aşagıemissiyalı Low-E örtüklü şüşələr bu növ şüaları buraxmadığından şüalar udulur, nəticədə şüşə qızaraq yenidən istiliyi daxilə şüalandırır. Adi(örtüksüz) şüşə isə istilik şüalarını əsasən soyuq tərəfə şüalandıracaq, yəni qışda küçəyə tərəf, bu da enerji itkisi deməkdir.

Günəşqoruyucu şüşə paketlər
 
Günəşqoruyucu şüşə paketlər əsasən möhkəm ortuklü (K-şüşə) reflekt şüşələrdən hazırlanır. Rəng və qalınlığından asılı olaraq, günəş faktoru 40%-dən 80%-ə qədər dəyişə bilir.

Çoxfunksiyalı şüşə paketlər
  • İstehsalatın köməyi ilə əldə edilmiş şüşə məhsullarından müxtəlif növ kombinasiyalar qurmaqla, eyni zamanda bir neçə funksiyaları özündə əks etdirə bilən şüşə paketlər hazırlanır. Aşagıda kombinasiyalardan bir neçəsi göstərilmişdir

  • İstilik izolyasiyasının gücləndirilməsi + günəşdən müdafiə
Bir sıra günəşqoruyucu şüşələr çoxfunksiyalıdır və eyni zamanda aşagıemissiya xassəsinə (istilik izolyasiyasını gücləndirmə) malikdir. Əks halda hər iki xassəli şüşələrdən istifadə olunur.
İstilik izolyasiyası +günəşdən müdafiə+səsizolyasiyası.

Səs izolyasiyasını gücləndirməyin effektiv həlli sırası: (mövcud tələblərdən asılı olaraq);
  • asimmetrik şüşə paketlər (iki müxtəlif qalınlıqlı şüşələrdən ibarət)
  • bir və ya hər iki tərəfi çoxlaylı PVB filmli laminat şüşələrdən ibarət şüşə paket
  • bir və ya hər iki tərəfi çoxlaylı səsboğucu PVB filmli şüşələrdən ibarət şüşə paket
İki kameralı şüşə paketlər

Hava boşluğu istilik izolyasiyasını gücləndirdiyindən bu istiqamətdəki növbəti etap iki kameralı şüşə paketlər oldu, yəni, üç şüşədən ibarət iki hava boşluğuna malik şüşəpaketlər. Belə şüşə paketlər Ug-göstəricisinn çox aşagı olması tələbi qoyulduqda, yəni, 1Vt / m2k) –dən kiçik olduqda istifadə olunur. Lakin, iki kameralı şüşə paketlərində özünün müəyyən catışmamazlığı var. Şüşə paketlər qalın və ağır olduğundan fasadların şüşələnməsində hər zaman istifadə oluna bilmir.
 
Qumlama işləri

Şüşələrin qumlanması – müxtəlif ölçülü qum dənələrinin təzyiq altında şüşə səthinə vurulması nəticəsində qum dənələri şüşənin səthini aşındırır və şəffaf şüşənin mat olmasına gətirib çıxarır. Şüşələrin müxtəlif zolaqlı və dekorativ qumlanması üçün onun üzərinə xüsusi plyonka çəkilir ki, bu da istənilən dekorativ təsvirin qumlama şəklində çəkilməsinə nail olunur. Şüşələr qumlandıqdan sonra üzərində əl və barmaq izlərinin, toz və ləkələrin qalmasının qarşısını almaq məqsədilə xüsusi texnologiya vasitəsi ilə şəffav örtuk vurulur

Şüşə paketlərdə qumlanmış səthin paketin içəri tərəfində qalması tövsiyyə edilir.

        
 
Vitraj şüşələr
 
Vitraj şüşələr özündə incəsənətin və memarlığın vəhdətini təşkil edir. Bu şüşələrin hazırlanması üçün şüşənin səthinə qara və ya rəngli konturlarla dekorativ təsvirin silueti çəkilir. 24 saat quruduqdan sonra həmin konturların arasındakı sahələr təsvirə uyğun olaraq rənglənir. 150-dən artıq müxtəlif standart rənglərin olması və həmçinin istənilən rəngin hazırlana bilməsi təsvirin rəngarəng alınmasında mühüm əhəmiyyət kəsb edir.

Həmçinin avadanlığın 3D rejimində işləyə bilməsi əyilmiş şüşələr üzərində də vitraj işlərinin görülməsinə şərait yaradır.

Vitraj şüşələrin vitraj səthinin şüşə paketlərin iç tərəfinə qoyulması məsləhət görülür.

İstifadə olunan rənglər İngiltərə istehsalıdır ki, bu da orijinallığına görə parlaqlığını, elastikliyini, texniki tərkibini və digər xüsusiyyətlərini uzun illər qoruyub saxlayır.

İngiltərənin “CRİ 3D” avadanlığından istifadə olunur.

Salon: Vitrajlar
 

A.Bakıxanov küç., 62 

Tel:    (99412) 441 33 89 

Mob: (99450) 233 53 22

E-mail: vitrajlar@gmail.com
 
Satin və dekorativ şüşələr
Xüsusi texniki şərtlərə riayət eləməklə, şüşənin səthinə kimyəvi müdaxilə eləyərək onun üzərində müxtəlif dekorativ təsvirləri almaqla və yaxud tam mat (görönməz) şüşəyə cevrilməklə istehsal olunur. Hazırda şirkətimiz tərəfindən belə şüşələrin 30-dan artıq növü hazırlanır. Sətin və dekorativ şüşələr əsasən ağ və qəhvəyi rənglərdə hazırlanır.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu