20 aprel 2024


BİZNES VƏ MALİYYƏ > Bank avadanlıqları > Biznesə köməkçi (yardımçı) xidmətlər > Broker və diler şirkətləri > Birja və Fond > Bazar araşdırmaları > Kreditlər və investisiyalar > Lizinq > Sığorta > Holdinqlər > Biznes mərkəzləri > Banklar

"QAFQAZ LİZİNQ" MMC
 

“Qafqaz Lizinq” MMC 30 Oktyabr 2007-ci ildə əsası qoyulmuş bir maliyyə lizinq şirkətidir.

Təsis payı 100% NAB Şirkətlər Qrupuna ( www.nab.com.tr ) aiddir.
NAB Şirkətlər qrupunun əsası 1988-ci ildə qoyulmuş və baş ofisi Türkiyədə yerləşir.

NAB Şirkətlər Qrupu biznesin bir neçə sahəsini əhatə edən fəaliyyətlər göstərir ki,

bunlara istehsalat sahəsi (polad əritmə), maliyyə sahəsi (bank, lizinq), tikinti

(Silsila General Trading) və distribyusiya (Hyundai avtomobilləri, məişət texnikası(Tefal),

elektro təhcizatlar (Samsung, Siemens və.s) sahələrini aid etmək olar.

Əsas diqqət mərkəzimiz lizinq alanlar, yəni öz bizneslərini inkişaf etdirmək istəyən sahibkarlar və

öz tələblərini ödəmək istəyən istehlakçılardır. Bazara daxil olduğumuz bir vaxtdan biz potensial və

etibarlı müştəriləri cəlb edib və bu qısa müddət ərzində bizim müştərilərimizə olan münasibətimizə,

cəld və profesional xidmətlərimizə, şəxsi yanaşmalarmıza və rəqabətli bazar təkliflərimizə görə

müştərilərimizin etirabını qazanmağı bacarmışıq.

 

Əsas hədəflər 



Şirkət yarandıqdan bəri həm daxili siyasət, həm də xarici siyasət olaraq bir çox

hədəflərə nail olmağı qarşısına məqsəd qoymuşdur.

  • Yüksək səviyyəli kadr heyəti ilə əla iş atmosferi yaratmaq.
  • Alıcı ilə satıcılar arasında kamil münasibətlərin yaradılması.
  • İstehlak və Korporativ bazarında müştərilərin tələbatlarını qarşılamaqla
  • hər iki sahədə uğurlu olmaq.

Biz inanırıq ki, yuxarıda göstərdiyimiz hədəflərə nail olmaq mümkündür. Ümumiyyətlə

Azərbaycanda lizinq sahəsi yeni bir sahədir və Azərbaycanın sürətlə

inkişaf edən iqtisadiyyatında Lizinqin rolu böyukdür.

Yalnız istehlak bazarında deyil həmçinin son illər ərzində yük və ticarət avtomobillərin

bazar payının böyük olması Qafqaz lizinq MMC nin gələcək

inkişafına və böyük layihələrdə iştirakına  zəmanət verir.  

Bizim xidmətlərimiz yalnız avtomobil sahəsini əhatə etmir. Avtomobil bazarından

əlavə olaraq biz tikinti, səhiyyə, yeyinti, tekstil, ofis ləvazimatları, turizm, kənd

təsərüffatı, neft kimya və s. kimi sahələrin inkişaf etdirilməsi üçün lizinqin verilməsini

də nəzərdə tuturuq. Adlarını qeyd etdiyimiz bu sahələr Azərbaycanda tez bir sürətlə inkişaf etməkdədir və biz də bu inkişafın bir hissəsi olmaq niyyətindəyik.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu