"TURQUOİSE" MMC 2002 - ci ilin dekabr ayında yaradılmışdır.
Yaradıcılarının 30 illik idarəetmə, beynəlxalq ticarət, material və istehsalat bilikləri və təcrübələri sayəsində gənc və energetik "TURQUOİSE" MMC qısa zamanda ciddi inkişaf etmiş və Azərbaycanın irəlidə gedən ticarət şirkətləri arasında yerini almışdır.
"TURQUOİSE" tikinti üçün kimyəvi materiallar sahəsində BASF YKS - nin xüsusi dileridir. NALCO, AQUAMATCH, GRİNDEX, PALME, QÜRBETÇİLƏR, ELEKTRA, BEKAERT, AHED, POLİFİBER - in Azərbaycandakı yeganə təmsilçisi və satıcısıdır. Bununla yanaşı DUPONT, KAYA, NUH Konteyner, ve Çukurova ISI Senaye mallarınıda Azərbaycanın müasir inşaat sektoruna təqdim etməkdədir.
"TURQUOİSE" MMC-nin təmsilçilik etdiyi, yuxarıda adları çəkilən markalardan
BASF YKS-nin 100, DUPONT-un 200 ildən artıq bilik və təcrübə bazası vardır.
Bu markaları daşıyan və hər biri keyfiyyəti ilə özünü on illər boyunca təsdiqləmiş
məhsul siyahısı isə yüzlərlə ifadə edilməkdədir.
"TURQUOİSE" eyni zamanda sənaye təmizlik məhsulları başda olmaqla ev, ofis,
iş sahəsi, fabrik, mehmanxana, restoran, xəstəxana, məktəblərin təmizliyi üçün hər
cür maye, toz və kağız kimi təmizlik mal materiallarının istehsalatı və ticarəti ilə fəaliyyət göstərməkdədir.
Sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatının ən sürətli inkişaf edən sektoru olan
inşaat sektoruna ən müasir beton əlavələri; su, temperatur və səs izolyasiya
materiallarını, harc əlvələrini, beton təmir materiallarını, iç və çöl səth və döşəmə üzlüklərini
təqdim edən "TURQUOİSE" satışdan əvvəl həyata keçirdiyi məsləhət xidmətləri və tətbiq edilmə
zamanı həyata keçirdiyi xidmətlər ilə rəqiblərindən seçilməkdədir.
Özü ilə müasir texnologiyaları Azərbaycandakı inşaat sektoruna daşımağı və müntəzəm
olaraq inkişaf etdirməyə hədəf alan "TURQUOİSE":
"Mövcud və yeni inşa ediləcək binaların sağlamlığını və rahatlığını artırmağı, dözümlülüyünü
və ömrünü uzatmağı" özünə missiya etmişdir.
"TURQUOİSE" MMC - nin əsas prinsipləri arasında olan:
"TURQUOİSE" MMC - nin uğurlarının arxasındakı ən önəmli amillərdir.
Azfen-Tekfen; Azər Körpü, Azersun, Azerenerji ASC, Paşa İnşaat, Dia Holding, Gilan Holding,
Coca Cola, ISR KORAY, MQS, Baku Steel, Hyatt Otel, Mərkəzi Klinik Xəstəxana, ... "həll ortağı"
olmaqdan qürur duyduğumuz yüzlərcə quruluşdan bəziləridir.
Bu səhifənin daimi ünvanı |
Bu səhifəyə keçid kodu |
|