24 aprel 2024


BİZNES VƏ MALİYYƏ > Bank avadanlıqları > Biznesə köməkçi (yardımçı) xidmətlər > Broker və diler şirkətləri > Birja və Fond > Bazar araşdırmaları > Kreditlər və investisiyalar > Lizinq > Sığorta > Holdinqlər > Biznes mərkəzləri > Banklar

"NB QRUP ASC"
 
  • AZ 1093, Əzizbəyov r-nu, Albalılıq qəs., Zavod küç.
    Tel.:  (99412) 453 90 50, 453 90 32, 418 81 14, 437 16 12, 437 16 13
    Fax:  (99412) 453 90 36, 437 16 14
    E-mail: office@nbgroup.az
    Web: www.nbgroup.az
 

 

2004-cü ildə qurulmuş «NB» Şirkətlər Qrupu bir sıra sahələrdə fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətlərindən biridir. «NB» Şirkətlər Qrupu sahəsi 26 hektar ərazini əhatə edən, Zaqafqaziyada ən böyük və analoqu olmayan, gələcəkdə istehsalat artımı nəzərdə tutulan, keçmişin təcrübəsi və müasir texnologiyanı birləşdirərək inşa edilmiş, boya məhsulları və digər kimyəvi məişət mallarının istehsalı üzrə fəaliyyət göstərən «NB Group Kimya Sənaye Birliyinin» təməlini qoymuşdur.

Şirkətimiz sürətlə inkişaf etməkdə olan Azərbaycan Respublikasında aparılan inşaat-quruculuq işləri səbəbindən gedərək artacağı ehtimal olunan kimyəvi maddələr ehtiyacını təmin etmək, müştəriyə ən uyğun və ən yaxşı şərtlərlə təqdim etmək məqsədi ilə təsis edilmişdir. Almaniya, Türkiyə, İtaliya istehsalı olan müasir, ən son avadanlıqlarla və texnoloji xətlərlə, rəqəmsal texnologiyalarla təchiz edilmiş müəssisəmiz 2008-ci ildən geniş çeşidə malik su əsaslı, sintetik və sellüloz əsaslı tam boya qrupunu- İnşaat, Sənaye və Sellülozik Boyaları özündə birləşdirən AZPOL, CORELLA və BERMUDA markaları adı ilə boya və boya məhsullarının, eləcə də bu məhsullar üçün qablaşdırma vasitələri olan metal və plastik qabların, quru inşaat materiallarının, yapışqanların, ara doldurma məmulatlarının (silikon və köpük), təmizləyici və yuyucu vasitələrin istehsalına başlamışdır. Aparılan bütün istehsal prosesləri tam olaraq avtomatlaşdırılmışdır və nəticədə insan əməyindən daha az istifadə olunur. «NB» Şirkətlər Qrupunun məqsədi rəqabətdə daim uğurlu olmaq, yenilikləri izləyərək inkişaf etmək, yeni növ və keyfiyyətli məhsullar istehsal etməkdir. İstehsal olunan məhsulların keyfiyyəti zavodumuzun nəzdində fəaliyyət göstərən Mərkəzi Laboratoriyada daim yoxlanılır. Mərkəzi laboratoriya istehsal edilən məhsulun keyfiyyəti, çeşidi və kəmiyyəti üçün tam məsuliyyət daşıyır. Müəssisənin çoxsahəliliyi, resepturun və texnologiyanın çətinliyi ilkin və köməkçi məhsulların çoxsaylı analizlərini tələb edir.

Şirkətimizin və istehsal proseslərinin idarə olunması Beynəlxalq Standartlara-TS-EN-İSO 9001:2000 Keyfiyyəti İdarəetmə Sisteminin, TS-EH-ISO 18001:2004 Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik İdarəetmə Sisteminin və TS-EN-ISO 14001:2004 Ekologiya İdarəetmə Sisteminin Standartlarına uyğun olaraq aparılır və reallaşdırılır. Şirkətimizdə aparılan bütün proseslərin düzgün təşkil olunması üçün TS EN ISO 9001:2000, TS-EH-ISO 18001:2004 və TS EN ISO 14001:2004 Standartlarına uyğun olaraq bölmələr fəaliyyət göstərməkdədir. İstehsal edilən məhsulların keyfiyyətli olması üçün standartlara cavab verən avadanlıq və texnologiya quraşdırılmış, işçilərə lazımı iş şəraiti yaradılmışdır. İSO 9001-2000 keyfiyyət sertifikatını almış məhsullarımız, istehlakçıların tələblərinə cavab verəcək, tam müştəri məmnuniyyətini təmin edəcək şəkildə hazırlanaraq, ölkə daxilində və xaricində satış planı sayəsində daha çox müştəriyə çatdırılmaqdadır. Şirkətimiz Fransa, Almaniya, Hollandiya, Türkiyə, İtaliya, İspaniya kimi inkişaf etmiş ölkələrlə ticari münasibətlər qurmuş və xarici müştəri məmnuniyyətini maksimum səviyyədə təmin etməklə ölkə xaricində də özünə layiqli yer tutmuşdur.

Məhsullarımız şirkətimizin tətbiq etdiyi operativ çatdırılma vasitəsi ilə bütün Azərbaycana və xarici istehlakçılarına çatdırılmaqdadır. «NB» Şirkətlər Qrupunun sənaye sektoru tərəfindən geniş assortimentə malik məhsul istehsalı bizə fəxrlə deməyə imkan verir ki, müəssisəmizin əsas məqsədi- İnsanların rifahına xidmət edən iş qurmaqdan ibarətdir! Daima tərəqqi edən və böyüyən şirkət olaraq başlıca hədəfimiz qısa zaman ərzində keyfiyyət prinsiplərimizi saxlayaraq, Azərbaycan ərazisində və xarici bazarda ən qabaqcıl markalardan biri olmaqdır!


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu