26 aprel 2024


BİZNES VƏ MALİYYƏ > Bank avadanlıqları > Biznesə köməkçi (yardımçı) xidmətlər > Broker və diler şirkətləri > Birja və Fond > Bazar araşdırmaları > Kreditlər və investisiyalar > Lizinq > Sığorta > Holdinqlər > Biznes mərkəzləri > Banklar

"Pasha Holding"
 
 
PAŞA Holdinq (PASHA Holding) – sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində fəaliyyət göstərən investisiya şirkətidir. Holdinq Azərbaycanda son illər ərzində yaradılan ən iri şirkətlərdən biridir. 1 noyabr 2006-cı il tarixdən çalışan şirkət işini beynəlxalq biznes standartları – effektiv menecment, korporativ idarəetmə və düşünülmüş investisiya qərarları əsasında qurur. Holdinqin investisiya portfeli iki növ yatırımlar əsasında qurulub: Holdinq ona məxsus şirkətlərdə və Kapital Bankda nəzarət iştirak payına və digər biznesdə minoritar səhmlər payına sahibdir.

Bizim dəyərlərimiz və biznes fəlsəfəmiz

PAŞA Holding müasir biznes qurumları tərəfindən işlənmiş baza xarakterli davamlı dəyərləri fəaliyyətində rəhbər tutur və onlara dönmədən əməl edir. Məlumdur ki, hər bir məkanda biznes spesifik mədəni mühit kontekstində fəaliyyət göstərir və bu amil biznesin xüsusiyyətlərinə daim təsir edir. Bizdə də, təbii ki, belədir: biz milli adət - ənənələrimizi, formalaşmış həyat tərzimizi nəzərdən qaçırmamaq şərtilə fəaliyətimizi ümumbəşəri dəyərlər əsasında qururuq. Lakin spesifik xüsusiyyətlər təməl amillərini ləğv edə bilməz. Məhz bu səbəbdən bizim üçün üstünlük təşkil edən faktorlar bunlardır:

Şəffaflıq

Biznesin şəffaflığı daxili və xarici biznes – mühit ilə sağlam münasibətlər qurmaq şərtidir. Holdinq açıq və şəffaf fəaliyyət göstərərək, bütün maraqlı tərəflərə zəruri məqamda tam, etibarlı və müqayisə oluna biləcək məlumatları çatdırır.

Keyfiyyət

Holdinqə daxil olan şirkətlər müştərilərinə beynəlxalq standartlara cavab verən çeşidli və keyfiyyətli xidmətlər göstərirlər. Biznesimizdə keyfiyyət üç dayaq üzərində qurulmuşdur – idarəetmədə böyük təcrübə, əməkdaşların yüksək peşəkarlığı və müasir texnologiyaların tətbiqi.

Fərdi yanaşma

Biz dərk edirik ki, müasir biznesdə işə və insanlara mücərrət yanaşma yolverilməzdir. Şirkətin biznes imicini, lokal və beynəlxalq münasibətləri inkişaf etdirmək məqsədləri qarşıya qoyulursa, mücərrət yanaşma heç mümkün də deyil. Davamlı və uzunmüddətli əlaqələr yalnız tərəf-müqabillərimizin tələblərinə fərdi yanaşma vasitəsilə mümkündür. Məhz buna görə bizim şirkətlər müştərilərimizi və işgüzar tərəf-müqabillərimizi qane edən qeyri-standart, fərdi qərarların qəbul edilməsinə üstünlük verirlər. Biznesə yanaşmamız şirkətin loqotipində də öz əksini tapmışdır. Hesab edirik ki, loqotipin boya ahəngi biznes fəlsəfəmizi, həyata müsbət baxışımızı, biganəlikdən uzaq olmağımızı, harmoniyaya doğru hərəkət etmək niyyətimizi vizual surətdə təcəssüm edir.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu