26 aprel 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"AZFEN B.M."
 
  • AZ 1001, İstiqlaliyyət küç., 31
    Tel.:  (99412) 492 57 25, 492 82 79, 492 58 35
    Fax:  (99412) 492 57 27, 492 88 75
    E-mail: azfen@azfen.com
    Web: www.azfen.com

 AZFEN B.M. 1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilmişdir.

Məqsədimiz neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir. Təcrübə və müasir texnologiyaların tətbiqi bizə Xəzər regionunda neft şirkətlərinə misilsiz xidmət göstərmək imkanı vermişdir. Biz irihəcmli neft layihələri üçün boru kəmərlərinin, platformaların və terminalların tikintisini həyata keçirmişik. Bacarıq və təcrübəmizlə yanaşı, sağlam və təhlükəsiz iş şəraitinə böyük əhəmiyyət veririk.

Hal-hazırda AZFEN fəaliyyətini dünya miqyasında genişləndirməyə çalışır.

Mühəndislik

 

Bizim mühəndislik məsələlərinin münasib həlli yollarını təmin edə bilən mütəxəssislər qrupumuz mövcuddur. Bura layihələrin planlaşdırılması və işlənməsi, layihələşdirmə əsasları, texniki-iqtisadi əsaslandırma və başqa mühəndislik xidmətləri daxildir.

İstehsalat
AZFEN B.M.-nin istehsalat sahəsi ildə 7,000 ton mürəkkəb polad konstruksiyalar istehsal etmək gücünə malikdir. Regionda ən böyük istehsalat sahələrindən birinə, səkkiz basketbol meydançasına bərabər əraziyə malik anbarı, daimi yeməkxana və yaşayış binaları, yükvurma meydançası, istirahət və əyləncə yerləri, tibb məntəqəsi və tam təchiz olunmuş təlim və daimi ofis binaları ilə AZFEN geniş çeşidli istehsalat xidmətlərini yerinə yetirmək imkanına malikdir.

Tikinti
Tikinti sahəsindəki səriştəmizi müqavilə tərəfdaşımız və məsləhətçimiz olan TEKFENin sayəsində əldə edirik. Onun köməyi ilə, laihələrin uğurla həyata keçirilməsinə nail olmuşuq. TEKFEN-in kompleks platformaların, boru xətti sistemlərinin və neft və qaz terminallarının tikintisi sahəsindəki təcrübəsi bizə regionda tiinti işlərində ən etibarlı tərəfdaş kimi nüfuz qazandlrmışdır.

Quraşdırma
Biz texnoloji, təhlükəsizlik, elektrik və nəzarət-ölcü avadanlıqlarının, eləcə də, boru və konstruksiyaların quruda və dənizdə quraşdırılması sahəsində təcrübə qazanmışıq. Şirkətimiz hər layihə üçün müstəqil Keyfiyyətə Nəzarət İşçi Qrupu təyin edir. Bu isə, quru və dəniz neft sənayesində müəyyənləşdirilmiş ən yüksək təhlükəsizlik texnikası və keyfiyyət standartlarının təmin edilməsi ilə nəticələnir.


Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu