26 aprel 2024


Mülk və İnşaat > Daşınmaz əmlakın icarəsi və alqı-satqısı > Hovuzlar, akvaparklar > Layihə nəzarəti > Tikinti texnikası > Tikinti materialları > Tikinti şirkətləri > Xüsusi sistemlər > Təmir və dizayn > Alüminium və şüşə fasad, qapi-pəncərə, PVC > Qaynaq materiallari > Asma və dartma tavanlar > Liftlər > Tikinti avadanlıqları > Skylight sistemi, Qış baxçası > İsitmə - Soyutma və Ventilyasiya sistemləri

"PRANT"
 
  • AZ 1005, İ. Səfərli küç., 15
    Tel.:  (99412) 497 37 35, 596 11 00
    Fax:  (99412) 497 31 83
    Моb.: (99450) 393 39 99
    E-mail: prant@prant.az
    Web: www.prant.az
 

Respublikada özəl sektorun aktiv nümayəndələrindən birinə çevrilən, son 13 ildə Azərbaycanda daşınmaz əmlak sahəsində müvəffəqiyyətlə çıxış edən “PRANT” Agentliyi, bütün bu müddət ərzində stabil olaraq həmin sahədə öz birinciliyini qoruyub saxlamağa müvəffəq olmuşdur. Bu Agentlik daim yüksələn xətt üzrə inkişaf edir və həmişə yüksək nəticələr və gözəçarpan nailiyyətlər nümayiş etdirir.

«PRANT» beynəlxalq informasiya agentliyi artıq 13 ildən artıqdır ki, Azərbaycanın daşınmaz əmlak bazarında tanınmış liderdir. O, 1997-ci ildə əsas təsisçisi və Prezidenti olan Yusif Ələkbərovun rəhbərliyi ilə yaradılmışdır. Daşınmaz əmlakın icarəyə verilməsi və satışı üzrə xidmətlər göstərməklə fəaliyyətini başlayan agentlik, hazırda Azərbaycanın daşınmaz əmlak bazarında orta və iri miqyaslı investisiya layihələrininin həyata keçirən ilk özəl müəssisədir.

Agentlik 100 mindən artq obyekt haqqında informasiyanı özündə ehtiva edən həcmli və daim yeniləşən məlumat bazasına malikdir. Bunlara müxtəlif sahəli, şəhərin mərkəzində və Bakının digər rayonlarında, şərq və qərb stillərində təmir olunmuş, şəhərə əla görünüşü və dənizə cəzbedici mənzərəsi olan yaşayış binalarını təklif edir. Həmçinin şirkətin təkliflər siyahısına avadanlığı olan müəssisələr, zavodlar, fabriklər, topraq sahələri və kommersiya yönümlü daşınmaz əmlakın digər növləri daxildir. Məlumat bazasında daim agentliyə sahibləri tərəfindən satış üzrə ekskluziv hüquqlar verilən mənzillər mövcuddur. Agentlik müştərinin daşınmaz əmlakı ilə bağlı məsələləri, zəruri hallarda isə bütövlüklə mürəkkəb “kompleks” sövdələşmələri həyata keçirərək həll edir.

«PRANT» agentlliyi daxili, həm də xarici sərmayenin cəlb olunması ilə də məşğul olur. Agentliyin xidmətləri sahəsinə yüksək gəlirli sərmayə layihələrinin, onların gerçəkləşməsi üçün iqtisadi və maliyyə sxemlərinin təqdim edilməsi, hüquqi məsləhətlərin verilməsi, yüksək ixtisaslı menecment xidmətlərinin göstərilməsi, bundan əlavə tikinti işlərin icrası, bütün növ kommunal və digər xidmətlərin göstərilməsi daxildir.

Bu gün «PRANT» informasiya agentliyi öz statusunu təkcə Azərbaycanın daşınmaz əmlak bazarında yox, həm də onun hüdudlarından kənardа, dünya dövlətlərinin digər tanınmış təşkilatları və şirkətləri ilə birgə fəaliyyət zəminində təsdiq etmək iqtidarındadır. Ölkədə iqtisadi durumun yüksəlişi ilə əlaqədar son illər ərzində agentlik dünyada biznesin müxtəlif sahələrində özünü göstərməyə nail olmuşdur. Daşınmaz əmlak bazarında layihələrin uğurlu icrası ilə əlaqədar olaraq agentlik dəfələrlə beyəlxalq mükafatlarla təltif edilmişdir. 6 noyabr 2004-cü il tarixində İtaliyanın paytaxtında keçirilən müsabiqədə, şirkət, yüksək keyfiyyət göstəricilərinə görə «Qızıl Ulduz» beynəlxalq mükafatına layiq görülmüşdür. Ticarət, turizm və sənaye sahələrinə həsr olunmuş bu müsabi, İspaniyanın “Actualidad” jurnalı tərəfindən vaxtaşırı keçirilən bir beynəlxalq tədbirdir.

Növbəti əlamətdar hadisə kimi «PRANT» agentliyinin 2005-ci ilin sentyabr ayında ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri sırasına qəbul oulnmasını qeyd etmək olar.

2006-cı il agentlik üçün xüsusilə uğurlu il olmuşdur. Bu ildə “PRANT”ın müvəffəqiyyətləri beynəlxalq mükafatlarla qeyd edilmişdir.

Cari ilin aprel ayında “PRANT” ilin “Avropada nüfuz və keyfiyyət lideri” adını almağa müvəffəq olmuş və müvafiq priz ona İsveçrənin Sürix şəhərində təqdim edilmişdir.

Agentlik özünün növbəti mükafatını – “Qızıl Medal”ı May ayında, Parisdə, dövlət statusuna malik olan və əsası 1802-ci ildə Napaleon Bonapartın dekreti ilə qoyulmuş Fransanın “Sənayenin inkişafına yardım Assosiyasiyası” tərəfindən keçirilən beynəlxalq müsabiqənin laureatı olmaqla qazana bilmişdir.

Diqqətə layiq bir haldır ki, “PRANT” agentliyi MDB və qonşu ölkələrin müvafiq profilli agentliklər arasında ilk və yeganə agentlikdir ki, göstərilən medal və beynəlxalq prizləri almağa nail olmuşdur.

Xalqlar və ölkələr arasında dostluq münasibətlərinin inkişafında agentliyin fəaliyyətinin tutduğu yerə Ümumdünya Sülh Federasiyasının və Dünyada Sülh naminə dinlərarası və beynəlxalq Federasiyasının qərarları ilə 2006-cı ilin aprel ayında “PRANT” agentliyinin Prezidenti Yusif Ələkbərov, “Sülhməramlı səfir” fəxri adını qazanmışdır.

10 il ərzində Azərbaycanda daşınmaz əmlak sahəsində uğurla çıxış edən “PRANT”, stabil olaraq bu sahədə öz birinciliyini qoruyub saxlamış və günbəgün gеnişlənən özəl sektorun aktiv nümayəndələrindən olmaqla 2006-cı ilin sonunda Gülüstan Sarayında keçirilən mərasimdə “Uğur” mükafatına layiq görülmüşdür “PRANT”ın fəaliyyəti müntəzəm olaraq yerli və New York Post, Weekly Telegraph, Actualidad və s.kimi mötəbər xarici mətbuat səhifələrində işıqlandırılır.

Göstərilən keyfiyyət və yüksək səviyyəli xidməti nəzərə alaraq, 2007-ci ilin fevral ayının 18-19, Almaniyanın Frankfurt şəhərində keyfiyyətli xidmət və yüksək iş texnikasına görə müştəri razılığı, komunikasiya strategiyası, Bençmarklıq, informasiya və təhlil, liderlik, planlaşdırma və digər bu kimi 100-dən artıq Avropa Keyfiyyət Mükafatı modeli, prinsipləri əsasında əvvəlki illərdə bu mükafata layiq görülmüş şirkətlərin səsvermələri nəzərə alınmaqla BİD (Business İnitiative Directions) “Avropa arkası” mükafatı ilə təltif edilmişdir. Liderlərə Liderlər tərəfindən təqdim edilən bu prestij mükafat 17 media tərəfindən ictimaiyyətə işıqlandırılmışdır.

Bu beynəlxalq və yüksək səviyyəli mükafatlandırılma mərasimində dünyanın bir neçə şirkətləri ilə yanaşı Azərbaycan Respublikasının yeganə nümayəndəsi kimi məhz “Prant” Agentliyi iştirak edirdi. Agentliyin Rəhbəri Y. Ələkbərovun sözlərinə görə “Prant”ın əldə etdiyi nailiyyətlər və mükafatlar onun beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir. “Aldığımız mükafatlar bizi işin keyfiyyətini daha da yüksəltməyə həvəsləndirir.”

Dünya ölkələrindən mötəbər şirkətlər, nüfuzlu iş adamları, keyiyyət üzrə ekspertlərin də iştirak etdiyi, 23-24 sentyabr, London şəhərində BİD-nin təşkil etdiyi növbəti konvensiyasında, növbəti uğur olaraq “Prant” şirkəti “Beynəlxalq Keyfiyyət Tacı” mükafatına layiq görülmüşdür. Keyfiyyət prinsipləri əsasında səsvermə yolu ilə “Prant” şirkətinin layiq görüldüyü bu mükafatı ictimaiyyətə göstərilən xidmətin, peşəkar fəaliyyətin nəticəsi kimi qəbul edilməlidir. Şirkətin bu mötəbər konvensiyada uğurla iştirak etməsi nəinki agentliyin uğuru həmçinin dövlətin sahibkarlara və iş adamlarına göstərdiyi qayğının nəticəsidir. Göstərilən xidmətin səviyyəsinə görə təqdim edilən bu mükafat işin keyfiyyətini daha da yüksəltməyə stimul verir.

Dinamik tərzdə inkişaf edən bu realtor agentliyi Azərbaycanın daşınmaz əmlak bazarında peşəkar xidmətlərin çeşidini təqdim edir. Agentlik əhatəli struktur quruluşuna malikdir. Onun marketinq, maliyyə, iqtisadiyyat, hüquq, tərcümə işləri, tikinti və kommunal xidmətlərin göstərilməsi üzrə bölmələri fəaliyyətdədir. Şirkətin əsas heyəti xaricdə təhsil almış yüksək ixtisaslı peşəkarlardan ibarətdir. Təcrübəli menecerlər müştərilərə seçimlərini düzgün etməkdə köməkliklər edir, onları maraqlandıran suallar üzrə təfsilatlı məsləhətlər verirlər. Hal-hazırda agentlik Bakıda, müxtəlif ünvanlarda yerləşən bir neçə filiala malikdir. Agentliyin xidmətlərindən hər ay çoxlu sayda sifarişçilər istifadə edir və onlar hər zaman göstərilən xidmətlərin keyfiyyətindən razı qalır.

“Xidmət göstərilərkən hər bir müştəriyə fərdi yanaşma” prinsipi ilə çalışan şirkət təsis olunduğu andan sivil bazar prinsiplərini təbliğ edir və əsas iş prinsiplərindən biri müştərilərin maraqlarına qayğı ilə yanaşmaqdır. Buna görə də müəssisə daşınmaz əmlak bazarında məlumatların, texnoloiyaların və iş təcrübəsinin mübadiləsi üçün daima açıqdır. Son zamanlar respublikaya daxil olan xarici investisiyaların artımını nəzərə alaraq, «PRANT» bu sahə ilə maraqlanan şəxslərə çox mərtəbəli hündür binaların, qonaq evlərinin, koteclərin, kommersiya və istehsalat obyektlərinin və s. bina və qurğuların tikintisi və yenidən qurulması ilə bağlı layihələr təklif edir, xarici müştərilərə Azərbaycan qanunverciliyi ilə bağlı hüquqi məsləhətlər verir. Hal–hazırda agentlik dünyada məşhur olan şirkətlərlə əməkdaşlıq edir.

“Bizi dəstəkləyən hər kəsə: əcnəbi şirkətlərə, xarici dövlətlərin səfirliklərinə, kütləvi informasiya vasitələrinə və iş münasibətləri qurduğumuz hər bir şəxsə öz dərin minnətdarlığımızı bildiririk. «PRANT» irkəti olaraq, inanır və söz verir ki, əldə etdiyimiz nəaliyyətlər heç zaman bizi arxayınlaşdırmayacaq və bu mükafatlar tək agentliyin deyil, bütövlükdə Azərbaycanın beyəlxalq arenada gələcək uğurlarına zamin olacaqdır.”- “PRANT”şirkətinin Prezidenti Yusif Ələkbərov.



Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu