Mən Zahidov Əfsər Əsgər oğlu, 30 yanvar 1960-cı ildə Azərbaycan Respublikası Masallı rayonunun Xırmandalı kəndində anadan olmuşam.
1967-1977-ci illərdə Xırmandalı kənd orta məktəbində təhsil almışam. 01.11.1977-03.05.1978-ci illərdə Gəncə şəhərində S. Ordenegidze adına toxuculuq kombinatında çilingər vəzifəsində işləmişəm.
1978-1983-cü illərdə Ukrayna Poliqrafiya İnstitutunda təhsil almışam.
11.07.1983-05.01.1984-cü illərdə 26-Bakı komissarı adına mətbəə, dəzgahlar üzrə mühəndis vəzifəsində işləmişəm.
06.01.1984-14.04.1984-cü illərdə 3 saylı Bakı Kitab mətbəəsində sazlayıcı vəzifəsində işləmişəm.
1984-1985-ci illərdə SSRİ Silahlı qüvvələrində xidmət etmişəm.
20.01.1986-09.04.1986-cı illərdə 3 saylı Bakı Kitab mətbəəsi, yığma sexində mühəndis – mexanik vəzifəsində işləmişəm.
09.04.1986-17.04.1989-cu illərdə 3 saylı Bakı – Kitab Mətbəəsində usta, ofset sexində sex rəisi vəzifəsində işləmişəm.
17.04.1989-20.11.1989-cu illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında mətbəə müdiri vəzifəsində işləmişəm.
02.01.1990-04.05.1990-cı illərdə M.Əzizbəyov adına Neft-Kimya İnstitutu mətbəəsində 6-cı dərəcəli yığıcı vəzifəsində işləmişəm.
10.05.1990-10-11.1990-cı illərdə Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda mətbəə rəisi vəzifəsində işləmişəm.
12.11.1991-12.03.1992-ci illərdə “Natavan” Gənclik Mərkəzində müdür müavini işləmişəm.
16.03.1992-cı ildən “Şans” kiçik müəssisənin təsisçi direktoru işləyirəm.
2005-ci ildə Azərbaycan Respublikasının Parlament Seçkilərində Xətai rayonu 35 saylı seçki dairəsində deputatlığa namizəd olmuşam.
Ailəliyəm. İki övladım var.
Ссылка на эту страницу |
Код ссылки на эту страницу |
|