06 may 2024


İstehsalat > Kimya sənayesi > Tikinti şirkətləri > Tikinti materialları > Zavodlar > Kondisioner və soyuducular > Asfalt, beton, sement firmaları və layihələr > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Maşın və avadanliq > İsitmə və soyutma avadanlıqları və istehsalı > Kağız > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > İçkilər > Neft sənayesi > Yeyinti sənayesi və süd məhsulları > Sənaye avadanlıqları > Ətraf mühiti qoruma vasitələri > Tütün və alkoqol > Energetika > Elektrik və elektron avadanlıgı > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"AZALSAN Ltd"
 

Hal-hazirda Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında sürətli inkişaf müşahidə edilir. Ölkədə canlanması müşahidə edilən tikinti işlərinin şəhərin dekorativ, uzunmüddətli və etibarlı tərtibata ehtiyacı vardır. Yeni bina və tikililərin tərtibatında müasir istiqamətlərdən biri də onların şüşələnməsidir, lakin məhz göydələnlərin hündürlüyünün artması ilə, belə ağır şüşələrdən ibarət yüklərə davam gətirə biləcək möhkəm profillər tələb olunur. Ölkədə aliminium istehsalının bu və və bir sıra digər inkişaf layihələri barədə aşağıda söhbət açılacaqdır.

Bizim kompaniyamız Azərbaycan bazarında 2001-ci ildən etibarən fəaliyyət göstərir. Müəssisənin əsas məqsədi tikinti konstruksiya materialı kimi aliminium profillərinin istehsalıdır. Qisa fəaliyyət müddəti ərzində müəssisə keyfiyyətli məhsul buraxılışını təşkil etmiş, İSO-9001:2000 keyfiyyəti idarəetmə sistemi üzrə sertifikatı almış və hər il öz istehsal ğücünü artırmışdır.

Hal-hazırda bizim məhsulumuz bazarda böyük uğurla istifadə edilir. Son illər müəssisəmizdə stabil olaraq istehsalın artma tendensiyası müşahidə edilir. Məhsullarımızın yaxşı alınması və anbarlarda qalmaması, buraxdığımız profillərin beynəlxalq standart və normalara uyğun olmasına sübutdur. Biz standartlara əsaslanırıq, belə ki, Standartlaşdırma, Metroloqiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən dövri olaraq standartlara uyğunluğu yoxlanılır.

Biz öz fəaliyyətimizi bu istiqəmətdə genişləndirirk. Belə ki. İstehsal edilən profillərin kimyəvi və fiziko-mexaniki xassələrinin yoxlanması ilə məşğul olan laboratoriya yaratmışıq. Bundan əlavə, laboratoriyamız zəruri tərkibi almaq üçün hər bir aliminium əritməsinin xüsusi analizini həyata keçirməyə imkan verən spektrometrlə, kompyuter-analizatoru ilə təchiz edilmişdir. Istehsal etdiyimiz aliminium profilləri kimyəvi tərkibə görə AD3 markalı (aliminium-magnezium-silisium)  aliminium əritmələrinə uyğun gəlir. Həmin tərkibin alınması üçün əritmədən nümunə götürülür və onun spektral analizi keçirilir, və onun nəticəsi üzrə tərkib düzəldilir.

Müəssisədə məhsulun keyfiyyətini idarə etmək üçün şöbə yaradılmışdır ki, bu şöbədə konstruktor, keyfiyyət mühəndisləri və nəzarətçilər işləyirlər. Bununla belə, onların üçnövbəli iş rejimi müəssisədə fasiləsiz işi təşkil etmək imkanını verir. Şübhəsiz ki, belə şəraitdə keyfiyyətsiz məhsulun buraxılma ehtimalı istisna edilir.

Hal-hazırda müəssisədə əritmə, pres, boya (elektroctatik üsulla örtüyün vurulması üçün avtomatik xətt) və qalvanik sexləri fəaliyyət göstərir. Bu yaxınlarda kompyuter məlumat bazasına malik olan anbar sahəsi istifadəyə verilmişdir.

Keçən ilin nəticələrinə görə istehsal tempinin artımı 150%-i ötmüş və bu cari ildə istehsalın stabil olaraq artması müşahidə edilir. Bu ilin 6 ayında keçən ilin müvafiq dövri ilə müqayısədə istehsalın 70-80% artması müşahidə edilir. Biz istehsal artımının bütün 2007-ci il üzrə bu tempdə saxlanmasını nəzərdə tutmuşuq. Bizim artıq, məhsulumuzun alış həcmini artıran sabit istehlakçı dairəsi yaranmış, yeni müştərilər meydana çıxmışdır. Bu, bir qədər respublikada tikintinin genişləndirilməsi ilə əlaqədardır. Belə ki, bizim istehsal etdiyimiz profillər qapı, pəncərə, üz çəkmə, şüşələnmə üçün konstruksiya materialı kimi istifadə edilir.

Müəssisəmiz təxminən 220 adda profil istehsal edir ki, bunlar da əsasən qapı, pəncərə, piştaxta vitrinləri, su axma boruları, tavan lambirləri və s. hazırlanmasında istifadə edilir. Ümumiyyətlə, hal-hazırda tikintidə aliminium iki səbəbdən geniş istifadə edilir. Birincisi, bu paslanmayan yüngül metaldır; ikincisi, o yaxşı konstruksiyaya malikdir.

Bizim məhsulumuz bir sıra parametrlərə görə fərqlənir. Birincisi, bizim profillərdən hazırlanmış məhsulların izolyasiya sistemi ilə. Belə ki. izolyasiya sistemi bizim profillərdə, adi profillərdəkindən 30% effektivlidir. Ikincisi, müxtəlif rənglərə malik elektrokimyəvi örtüklə. 2006-cı ildə müəssisəmizdə dekorativ və qəşəng elektrokimyəvi  örtüyün çəkilməsi üzrə ixtisaslaşdırılmış sex tikilib istifadəyə verilmişdir. Kimyəvi oksidləşmə və boyama üsulu ilə aliminium profilinin emal edilməsinin bənzəri üzrə Zaqafqaziyada və Orta Asiyada hələ ki, analoqu yoxdur. Elektrokimyəvi örtüklü profillər, adi boyadan fərqli olaraq vaxt keçdikcə öz keyfiyyətini itirmir və ona görə də onların köhnəlmə ehtimalı çox azdır...

Müəssisəmiz yerli xammal olan Sumqayıt aliminium zavodunun aliminiumündan istifadə edirik. İstehsal etdiyimiz profillərin 98% təmiz aliminiumdan ibarətdir.

Buraxdığımız məhsulun keyfiyyəti üzrə fərqləndirici amil, onun preslənməyə hazırlanması prosesidir. Tökmədən sonra əridilmiş bolvankalar homonizasiya sobasına yerləışdirilir ki, bu zaman onların strukturunun xirdalanması prosesi gedir ki, bunun da nəticəsində strukruru daha eyni mənşəli (homogen) olur, plastiklik artır ki. Bu da presləmənin daha da səmərələşdirilməsinə və texnoloji tullantıların azaldılmasına imkan verir. Bu da bizə presləmə zamanı digər müəssisələrlə müqayisədə daha yaxşı strukturun alınmasına imkan yaradır.

Xarici görünüşü üzrə məhsulumuz qablaşdırılmaya görə də fərqlənir. Mütəxəssislər bizim profilləri başqalarından aydın seçirlər, çünki Azalsan profillərinin divar qalınlığı çoxdur və onlar standartlara uyğun gəlir. İstehlakçı bilir ki, bizim profillərə etibar etmək olar.

Müəssisəmiz istehsal mədəniyyətini artırır, işçilərin məişət şəraitini yaxşılaşdırır, iş yerlərinin attestasiyasını keçirir. Istehsal artımı ilə işçilərin əmək haqqlarının artırılması məsələsinə baxılır. Belə ki. 2006-cı ilin nəticələrinə görə işçilərin əmək haqqları 70%-dən çox artmışdır.

Müəssisəmiz işçilərin dincəlməsi, duşxana və soyunub-geyinmələri üçün məişət korpusu tikmişdir və hal-hazırda iki tennis kortu tikir. İşçilər pulsuz yeməklə təmin edilir, ərazi abadlaşdırılır.

Biz spesifik aspektlərə malik istehsalda işimizi daima təhlil edirik. Bu əsasən əritmə sexinə aiddir, harada ki, 150 mm diametrdə və 5.4 m uzunluqda aliminium bolvankaları şəkildə tökülür və sonra 500 mm uzunluqda pəstahlar kəsilir və pres sandığına yüklənir. Ondan sonra texnologiya robotlaşdırılmışdır və avtomatik presləmədən sonra hazır formalar alınır. Bizim presimiz 1000 ton gücü ilə sıxır, amma bazarımız dəyişilir və bizim şəhərimiz dəyişilir, hündür binalar tikilir ki, konstruksiya materialı kimi daha çox şüşədən istifadə ediləcəkdir, bunun üçün də həmin yükü saxlamağa qadir olan cəbhə profilləri lazım gəlir.

Hal-hazırda Çin istehsalçıları ilə istehsal gücü 1350 ton olan yeni presin alınması üçün kontrakt imzalanmışdır. Həmin presdə biz böyük qabaritli profilləri istehsal edə biləcəyik ki, bu da respublikamızın gələcək bazarını təmin edəcəkdir.

Müəssisəmiz xüsusiləşdirilmişdir. Bununla əlaqədar olaraq, biz gələcəkdə texnologiyanın və istehsal proseslərinin idarə edilməsinin təkmilləşdirilməsini planlaşdırmışıq.

Istehsalı artırmaq üçün bizə, Azərbaycanda perspektivdə nə qədər bina və tikililərin tikilməsi planlaşladırıldığı, hansı materialların istıfadə ediləcəyi, tikintinin hansı kompaniyalar tərəfindən və hansı müddətlərdə yerinə yetirəcəkləri barədə məlumatları bilmək vacibdir. Bəzən tikinti 5 il davam edir ki. Buna əsasən də  istehsalımızı planlaşdırmaq olar. Bazarın tədqiq edilməsi bizi bu nəticəyə gətirmişdir ki, vaxt keçdikcə hündür binaların xarici görünüşü tikilinin ahəngini pozmamaq üçün üzü şüşə ilə çəkiləcəkdir. Bu nöqteyi-nəzərdən müəyyən taxçalar bizim müəssisə tərəfindən hazırlanmış profillərə ayrılacaqdır.

Hal-hazırda məhsulumuzu artıq Qazaxıstan və Rusiyaya ixrac edirik. Bununla belə, Rusiyaya tədarükümüz keçən ilə görə iki dəfə artmışdır.

Azərbaycanda bizim məhsulumuz həm Bakıda, həm də rayonlarda xüsusiləşdirilmiş mağazalarda satılır. Müəssisəmiz inşaat materiallarının keyfiyyətli istehsalına görə “Caspian integration busines club” tərəfindən mükafatlandırılmışdır.

Hal-hazırda mağaza vitrinlərini xaricdən gətirirlər. Onlar şüşədən, alliminium və soyuducu kompressor qurğularından ibarətdir. Azərbaycanda alliminium zavodu, soyuducular zavodu, şüşə zavodu, şin zavodu (rezin bərkidicilərin istehsalı üçün) olduğundan elə iş təməli qurmaq olar ki, aliminium zavodu daxili bazar üçün işləsin və Azərbaycandan hazır məhsul ixrac edilsin. Eynilə də bu aliminium prokata da aiddir, hansından ki, hazır məhsul buraxmaq olar.

Bu yaxınlarda Azərbaycanda aliminium məftilləri buraxılmağa başlayıb. Ümumiyyətlə hal-hazırda bizim bazar öz məhsulumuzla tam təmin edilməyib. Ona görə də inkişaf barədə danışdığımız zaman ilk növbədə daxili bazarı fikirləşmək lazımdır. Eyni zamanda idaxalata o zaman məhdudiyyət qoyulmalıdır ki, o məhsul ölkə daxilində istehsal edilir.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu