22 fevral 2020


İstehsalat > Kağız > İsitmə və soyutma avadanlıqları və istehsalı > Maşın və avadanliq > Butulkalar və qablaşdirma üçün tublar, plastikdən və şüşədən > Asfalt, beton, sement firmaları və layihələr > Kondisioner və soyuducular > Zavodlar > Tikinti materialları > Tikinti şirkətləri > Kinematoqrafiya > Metallurgiya > Mebel istehsalı > Kimya sənayesi > Elektrik və elektron avadanlıgı > Energetika > Tütün və alkoqol > Ətraf mühiti qoruma vasitələri > Sənaye avadanlıqları > Yeyinti sənayesi və süd məhsulları > Neft sənayesi > İçkilər > Elektrik > Toxunmuş mallar > Balıq və balıq məhsulları > Spirtli içkilər > Santexnika > Generatorlar

"BAKI DƏMİR BETON-7 ASC"
 
 

Müəssisənin təməli 20 aprel 1938-ci ildə qoyulmuşdur. Müəssisənin əsas istiqaməti - əmtəə betonunun istehsalından ibarətdir. 2003-cü ildən indiki dövrə kimi köhnəlmiş avadanlığın ləğvi, kommunikasiya xətlərinin yeniləşməsi, yeni dəzgahların işə salınması, müasir avadanlığın və texnikanın əldə olunması həyata keçirilir. Müəssisə siloslarda 1600 ton sementin saxlanması imkanına malikdir. Zavoda əmtəə betonunun saat ərzində istehsal gücü 300 m3 təşkil edir. Buraxılan məhsul B 7.5 dan B 45 qədər təşkil edən Avropa standartı markasına uyğundur. Betonun və onun sement, qum, çınqıl kimi tərkib hissələrinin keyfiyyətini zavodda fəaliyyət göstərən və ən müasir avadanlıq ilə təchiz olunmuş laboratoriya tərəfindən yoxlanılır. Keyfiyyətə nəzarət bu laboratoriyada işləyən yüksək ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir.

Bütün bunlardan savayı, müəssisədə 2 mini-zavod fəaliyyət göstərir və onların hər birinin də istehsal gücü saatda 35-40 m3 əmtəə betonuna bərabərdir. Bu mini zavodlar regionlarda əmtəə betonunun istehsalı üçün istifadə olunur. Beton qarışığı sementin, doldurucuların və əlavələrin keyfiyyətinə dair bütün tələb olunan normalara riayət etməklə hazırlanır.

2008-ci ilin noyabr ayında Madriddə hər il «TİCARƏTİN LİDERLƏRİ KLUBU» tərəfindən təqdim olunan Yeni minilliyin mükafatını«KEYFİYYƏTƏ GÖRƏ» XXII BEYNƏLXALQ MÜKAFATINI əldə
etmişdir.

2009-cu ilin may ayında Parisdə  hər il «TİCARƏTİN LİDERLƏRİ KLUBU» tərəfindən təqdim olunan Yeni minilliyin mükafatını - «2009-cu  İLİN  ƏN YAXŞI TİCARƏT NİŞANINA  GÖRƏ» XXXV BEYNƏLXALQ QIZIL MÜKAFATINI qazanmışdır.

Yüksək keyfiyyət və müştərilərimizə təqdim olunan əla xidmət bizim şirkətin ümdə şüarıdır.

Bu səhifənin daimi ünvanı
Bu səhifəyə keçid kodu